Bu gün Kopenhagendə iqlim dəyişikliyi ilə bağlı BMT-nin konfransı işinə başlayıb. Konfrans uşaqlrın mahnısıyla açılıb. Elə bu mahnı da ümidverici əhval-ruhiyyə yaratmaq üçündür.
Sözügedən konfrans tarixdə qlobal istiləşməni necə azaltmağın müzakirə olunacağı ən geniş tərkibli toplantıdır. Burda 192 ölkənin nümayəndəsi iştirak edir. 12 gün davam edəcək konfransda atmosferə istixana effektli qazların buraxılmasını azaltmağın yolları axtarılacaq. Tədbirin əhəmiyyətini həm də o göstərir ki, konfransın gələn həftə keçiriləcək son iclasında azı 100 ölkənin dövlət başçısı iştirak edəcək. Bundan başqa müxtəlif elmi təşkilatların, qeyri-hökumət təşkilatlarının 15 mindən artıq müşahidəçisi də bu toplantıda birbaşa, ya da dolayısıyla iştirak edir.
Konfransın qarşısında həll olunmalı nəhəng bir məsələ dayanır. Ev sahibliyi edən Danimarkanın baş naziri Lars Lokke Rassmussen açılış nitqində bunları deyib:
«Biz siyasətdə ən çətin bir işin öhdəsindən gəlməliyik. Gələcəyin nəhəng problemləriylə necə rəftar etməyin yolunu tapmaq üçün çox mürəkkəb, lakin zəruri qərarlar qəbul etməliyik».
Dünya liderləri bir məsələdə eyni fikirdədir. Qarşıdakı 10 il ərzində orta qlobal temperaturun 2 dərəcədən çox artmasına imkan verməsinlər. Alimlər isə orta temperaturun bundan daha çox, 3 dərəcə artacağı təqdirdə bəşəriyyətin hansı katostrafik nəticələrlə üz-üzə qalacağını indidən xəbər verirlər. Onlar deyirlər ki, əgər orta temperatur 3 dərəcə artsa, buzlaqlar sürətlə əriyəcək və nəticədə sahil şəhərləri su altında qalacaq. Bundan başqa fırtınalar və qasırğalar, leysan yağışlar, quraqlıqlar bir-birini əvəz edəcək.
Buna baxmayaraq atmosferə buraxılan karbon qazının miqdarını necə azaltmaq məsələsində razılığa gəlmək heç də asan deyil. Karbon qazının atmosferə buraxılması birbaşa sənaye fəaliyyətiylə bağlıdır. Dolayısı ilə iqtisadi artımla əlaqədardır.
Konfrans ərəfəsində bəzi ölkələr könüllü olaraq atmosferə buraxdıqları karbon qazını azaldacaqlarına söz verib. Ancaq problem ondadır ki, müxtəlif ölkələr atmosferə nə qədər karbon qazı buraxdıqlarını ölçmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bir çoxları isə hər hansı qadağanın qoyulmasına razı deyil. Eyni zamanda kasıb ölkələr də varlı ölkələrdən ətraf mühit üçün təhlükəsi olan yeni, bahalı texnologiyalardan istifadə etməkdə onlara kömək etmələrini tələb edirlər. Bununla belə konfransın təşkilatçıları dünyanın atmosferə ən çox karbon qazı buraxan iki böyük dövlətin - Çinin və Amerikanın karbon qazı buraxılışına nəzarət etmək və azaltmaq öhdəliyini bəyan etməsindən məmnun olublar.
İctimaiyyətin də konfransa marağı böyükdür. Dünyanın 56 qəzeti baş məqələylə çıxış edib. Hər qəzet öz dövlət başçısını temperaturun 2 dərəcədən yuxarı qalxmamasına təminat verməyə çağırıb.
BMT əməkdaşı, konfrans nümayəndəsi, ətraf mühit fəalları və jurnalistlərdən ibarət təxminən 450 nəfərlik qrup Brüsseldən Kopenhagenə - konfrans keçirilən yerə maşınla yox, qatarla gəliblər. Bununla da ətraf mühiti çirkləndirməməyi göstərmək istəyiblər. Ancaq bununla belə hələ də nümayəndə heyətlərinin çoxu Kopenhagendə Limuzunlər kirayə edirlər. Bu da köhnə vərdişlərdən əl çəkməyin nə qədər çətin olduğunu göstərir. Konfrans dekabrın 18-də başa çatacaq.