Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi torpaqların sahiblərinə pul əvəzinə kompensasiya kimi əvəzləyici torpaqlar veriləcək. Bunu dekabrın 12-də «Azərsu»nun prezidenti Nizaməddin Rzayev deyib. Artıq bu məsələ ilə bağlı danışıqlar aparılır. Hüquq müdafiəçiləri bildirir ki, 8 rayon ərazisindən keçən su kəmərinin çəkilişi zamanı 4 mindən çox vətəndaşın mülkiyyət hüququ pozulub. Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 267 kilometr, buraxılış gücü isə saniyədə 5 kub metrdir. Layihənin ümumi dəyəri 480 milyon manatdır. Kəmər 2008-ci ildə istifadə verilməli olsa da, hələ də istismara buraxılmayıb. |