«Freedom House»un hesabatına görə, 8 ildir Ermənistanda demokratiyanın inkişafında irəliləyiş müşahidə olunmur. Ermənistan «qismən azad» ölkələrdən hesab olunur. Ötən il olduğu kimi bu il də Ermənistanda siyasi hüquqların qorunması 6 balla qiymətləndirilib. Bu isə əvvəlki göstəricidən 1 bal yüksəkdir. Hesabata görə, vətəndaş azadlığının müdafiəsi bir qədər yaxşılaşıb. Hərçənd ekspertlər 2002-ci ildən bəri bu sahədə heç bir irəliləyiş görmür. Ermənistan bu göstəriciyə görə 7 mümkün baldan 4-nü alıb.
1 bal – vətəndaşların hüquqlarının tam, 7 isə tamamilə müdafiə olunmadığından xəbər verir.
İkinci qiymətləndirməyə görə, Ermənistan «qismən azad ölkə» siyahısına daxil edilsə də, həqiqətdə «qismən azad»la və «azad olmayan» arasında tərəddüd edir.
Hakim Respublika Partiyasının sədr müavini Razmik Zoqrabyan «Freedom House»un hesabatının ölkəyə psixoloji təzyiq göstərdiyini desə də, müxalifət nümayəndəsi hesabatın «yumşaq» olduğuna inanır. Ermənistanın Milli Konqresinin nümayəndəsi Aram Manukyan hesab edir ki, hesabat müəllifləri bu yolla ölkədə müsbət dəyişikliklər baş verəcəyinə ümid edirlər.
YARANMIŞ VƏZİYYƏT BİZNES VƏ SİYASƏTİN QOVUŞDUĞUNDAN XƏBƏR VERİR
«Siyasi qüvvələrin qiymətləndirməsi bir-birindən fərqlənə bilər. Ancaq ildən-ilə Ermənistanda demokratiya inkişaf etmir və bu şübhəsizdir» - Transaprency İternational Ermənistan təşkilatının icraçı direktoru Varujan Oktanyan bu fikirdədir. O qeyd edir ki, yaranmış vəziyyət biznes və siyasətin qovuşduğundan xəbər verir. Eyni adamlar həm siyasətlə, həm də bizneslə məşğul olurlar. Bu cür hesabatları hökumət nəzərə alsa da, vəziyyəti dəyişmək üçün addım atmır:
- Biznes və siyasət ayrılmayana kimi nə vətəndaş azadlıqları və vətəndaş cəmiyyətinin qurulması baş verəcək, nə siyasi hüquqların müdafiəsində, nə də ki, normal seçkilər və korrupsiya ilə mübarizədə irəliləyiş olacaq.
Oktanyan deyir ki, bu cür hesabatlara ciddi yanaşmaq və nəticə çıxarmaq lazımdır. Əks təqdirdə inkişaf əldə etmək mümkün olmayacaq:
- Dəyişiklik keyfiyyətli olmalıdır. Ölkədə təxminən 70 siyasi partiya var, ancaq seçkilər normal keçirilmir. Biz yoxsul ölkələr qrupundan çıxmışıq və gəlirləri orta həddən aşağı olan ölkə hesab olunuruq. Ancaq iqtisadi modelimiz yüksək texnologiyalara əsaslanmır və müasirlik yoxdur. Bu cür şəraitdə isə buna nail olmaq mümkünsüzdür.
Varujan Oktanyan əlavə edir ki, məhz buna görə beynəlxalq təşkilatlar Ermənistana maliyyə yardımını azaldır:
ERMƏNİSTANA YARDIM AZALIR VƏ BUNUN SƏBƏBİ MƏHZ HESABATLARDIR
- ABŞ-ın «Minilliyin çağırışı» proqramı hesabat əsasında hansı ölkələrə yardım verəcəyinə qərar verir. Ötən ilin ortalarında Ermənistanın kənd yollarının düzəldilməsinə verilən vəsait kəsilib. İlbəil ABŞ-ın Ermənistana verdiyi yardım azalır və heç təəccüblənmərəm ki, bunun səbəbi məhz hesabatlardır.
Yerevan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan deyir ki, son 8 ildə Ermənistanda KİV-lərin sayı artsa da, keyfiyyətli dəyişiklik baş verməyib:
- Son illər Ermənistanda informasiya sahəsinin genişlənməsi prosesi gedir - yeni televiziyalar yaranır, KİV-lərin texniki təchizatı yaxşılaşıb. Ancaq təəssüflər olsun ki, bu kəmiyyət göstəriciləri keyfiyyət dəyişikliyinə səbəb olmayıb. Müstəqil mətbuat olmadan demokratiya mümkün deyil. Bizdə məhz bu vəziyyətdir.
«Helsinki Assosiasiyasının» Vanadzor bölməsinin rəhbəri Artur Sakunçun fikrincə, nə mətbuatda plüralizm, nə biznes və digər sahələrdə rəqabət, nə də müstəqil məhkəmə sistemi yoxdur. Başqa sözlə, demokratiyanın inkişafı üçün əsas mövcud deyil:
MƏHKƏMƏLƏR NOTARİAT KONTORU ROLUNU OYNAYIRLAR
-Məhkəmələr müstəqil fəaliyyət göstərmir və demək olar ki, notariat kontoru rolunu oynayırlar. Bizdə rəqabət yoxdur – avtoritarlıq və maliyyənin, iqtisadi və siyasi resursların kobud idarəçiliyi var.
Artur Sakunç əmindir ki, yaxın gələcəkdə müsbət dəyişikliklər olacaq. Ermənistan vətəndaşları vəziyyətdən narazıdır və seçici fəallığının aşağı olması buna sübutdur.
Ötən həftənin sonunda Ermənistan parlamentinə əlavə seçkilər keçiriləndə seçicilərin 75 faizi iştirak etməyib:
- Dəyişiklik qaçılmazdır. Təzyiq nəinki xaricdən, həm də daxildən olacaq. Mən seçicilərin etinasızlığını ümidsizlik kimi yox, narazılıq kimi qiymətləndirirəm.
Varujan Oktanyanın sözlərinə görə, ölkədə inkişaf ancaq idarəçilik üsulları dəyişiləcəyi təqdirdə olacaq:
ERMƏNİSTANDA VƏZİYYƏT 70-Cİ İLLƏR LATIN AMERİKASINI XATIRLADIR
- Ermənistanda vəziyyət 70-ci illər Latın Amerikasını xatırladır. Hərbi xuntaların idarə etdiyi Argentina, Çili, Braziliya, Uruqvay, Boliviya, Peru kimi ölkələrin çoxu azaddır. Digər hissəsi isə qismən azad olsa da, göstəriciləri Ermənistandan daha yaxşıdır. Bu, optimist olmağa əsas verir. Bizim ciddi problemlərimiz var, ancaq bu cür sistemdə onları dəyişmək mümkün deyil. Hazırkı vəziyyət və iqtisadi model mövcud sistemin nəticəsidir.