Biz nəyik?
Bəzi vaxt mən özüm-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”.
Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa.
Bəlkə elə belə də lazımdır ki, bizi bir şey hesab edib bizdən ehtiyat eləsinlər?!
Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir: amma biz özümüz öz əlimizlə öz işimizi xərab eləyirik.
O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar – başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı, üç qəpikdir.
***
“Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur.
Keçən nömrələrin birində həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri İstambul ilə münasibətdədir, İstambuldan göndərilmiş siyasi agentlər yuvasıdır.
Qəhvəxanalarda, məktəblərdə sultanın şəkli divarlara asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə xəyanət tədarükü görülür”.
Bu rəhmətliyin oğlu İsmayıl bəyin də işi-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa.
Və lakin Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi ... başlı firqədaşları indi indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər, amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki, bu millətin içi boşdur.
Məsələn, bir camaatın ki, ticarət sinfinin rəisi ola S.M.Toppuzov, - o camaatın içi boşdur.
Bir millətin ki, üləmasının başçısı ola Xəlil, Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, - o millətin içi boşdur.
Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək istəməz.
Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı var, - hamısının cavan uşaqları dərslərini yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq eləməkdədirlər ki, on üç ildən sonra bir nişana sahib olsunlar.
Bəylərimiz və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı böyük görəndə baş yendirsinlər.
***
Budur bizim işlərimiz, biz buyuq. Amma özgələr bizi bir şey hesab edir.
Mən ölüm üstünü açma.
“Molla Nəsrəddin”, 9 aprel, 1911