Prezident Natiq Musa oğlu Aslanovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.
Musa Musayev 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2006-cı il martın 24-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Naftalan bələdiyyəsində 23 dekabr 2009-cu il seçkisinin nəticələri ləğv olunub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 96 saylı Goranboy-Naftalan seçki dairəsində icra başçısının seçki prosesinə müdaxilə etdiyini demişdi.
Baş Prokurorluq pozuntuları araşdırmalara başlayıb.