“Axır illərdə dünya bir sıra xəstəliklərdən qorxu hissi keçirməkdədir. SARS, quş qripi, indi də donuz qripi. Amma bunlardan gələn təhlükə ilə bağlı ifadə olunmuş fikirlər özünü doğrulmamış kimi görünür.
Biz bilmək istəyirik ki, pandemiya elan edilməsi haqda qərarlar necə verilir. Burada elmi, epidemioloji sübutlar əsas götürülür, yoxsa başa maraqlar? Niyə Dünya Səhiyyə Təşkilatı tutarlı sübutlar olmadan dünyanı H1N1-lə qorxudur?”
Böyük Britaniyadan olan deputat Pol Flinnin bu çıxışı Avropa Şurası Parlament Assambleyasında keçirilmiş dinləmələrdə beynəlxalq miqyasda elan edilmiş pandemiyalarla bağlı daha çox şəffaflığa ehtiyac olması ilə bağlı edilən çağırışlardan yalnız biridir.
“DƏRMAN ŞİRKƏTLƏRİ ÜÇÜN PUL QAZANMAQ İMKANI”
Epidemiyalarla mübarizədə ixtisaslaşan tibbi ekspert, AŞPA-nın səhiyyə üzrə alt komitəsinin sədri olmuş doktor Volfqanq Vodarq deyib:
“Bizə demişdilər ki, donuz qripi bütün bəşəriyyətə təhlükə törədir və buna milyonlarla insan yoluxa bilər. Buna görə də milyonlarla dollar dəyəri olan dərmanlar alınıb. Bu pandemiyaya qarşı mübarizə üçün bütün dünyada 18 milyard dollar xərclənib”.
Vodard deyib ki, keçən ilin mayında Dünya Səhiyyə Təşkilatı pandemiya anlayışının məzmununa dəyişiklik edib və dərman şirkətləri bu dəyişiklikdən istifadə edərək böyük pullar qazanıblar.
“Bağlanan müqavilələrin məzmunu əsasən gizli saxlanır. Əsaslandırlmadığı halda milyonlarla insan peyvənd edilib. Heç vaksinin müsbət effekti olub-olmadığı da bilinmir. Çünki o, klinik şəraitdə sınaqdan keçirilməyib.
Mənim fikrimcə, Dünya Səhiyyə Təşkilatı əlində elmi sübut olmadan belə bir pandemiya elan edib”.
“VİRUSLAR DAİM MUTASİYA EDİR”
Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Keici Fukuda dinləmələrdə deyib ki, hansısa xəstəliyin sonda nə qədər adama xətər yetirəcəyini əvvəlcədən planlaşdırmaq çətindir, çünki viruslar daim mutasiyaya uğrayır.
“1918-ci ildəki qrip epidemiyası bütün dünyada 50 milyon adam öldürdü. Halbuki o qədər də güclü olmayan dalğalarla yayılmağa başlamışdı. Bundan sonra isə dünya tarixində ən ağır nəticəsi olan pandemiyaya çevrilmişdi. İndiki virus çox sürətlə yayılırdı, 8 həftəyə 120 ölkədə aşkar edilmişdi. İndi isə demək olar ki, bütün ölkələrdə bu xəstəlik tapılıb. Bu xəstəlikdən 14 min adam ölüb. Bu ölümlərin hər biri laboratoriyada yoxlanaraq təsdiqlənib”.
Cənab Fukuda deyib ki, onların pandemiya haqqında qərarlarına heç bir dərman şirkəti təsir etmir. Onun sözlərinə görə, onlar xəstəliklərlə mübarizə üçün özəl dərman şirkətləri ilə əməkdaşlıq etməyə məcburdular, amma maraqların toqquşmaması üçün qaydalar da mövcuddur.
“Pandemiyanın “saxta” adlandırılması 14 min adamın ölümünə bəsit və bayağı yanaşmadır”.
TARİXDƏ İLK DƏFƏ...
“Avropa Vaksin İstehsalçıları”nın nümayəndəsi doktor Luk Hessel dərman istehsalçılarına qarşı ittihamları rədd edib. O bildirib ki, bu işdə yalnız dövlətlərin və Dünya Səhiyyə Təşkilatının xahişini yerinə yetiriblər.
“Vaksinlə bağlı qərar vermək asan deyil. Bu yalnız xəstəliyin yayıldığı dövrdə ortada olan məlumatlara əsaslanır. İndidən dərman sənayesinin nə qədər pul qazanması haqda danışmaq tezdir. Məncə dərman sənayesi vaksin hazırlamaqla bağlı xahişə vaxtında qərar verməklə özünün etibarlı tərəfdaş olduğunu sübut etdi”.
Onun fikrincə, vaksinlər lazımi qaydada sınaqdan keçirilib və tarixdə ilk dəfədir ki, pandemiya elan ediləndən qısa müddət keçəndən sonra ortaya vaksin qoyulub.
ADİ QRİPLƏ MÜQAYİSƏ EDƏNDƏ
Münxen Universitetinin professoru, doktor Ulrix Kayl isə deyib ki, donuz qripi yeni xəstəlik deyil.
“Biz bu xəstəlik barədə onilliklərdi məlumatlıyıq. Onun təsirinin proqnozlaşdırıldığı qədər olmadığı aydınlaşan kimi vaksinasiya kampaniyası dərhal dayandırılıb. Mən Dünya Səhiyyə Təşkilatını pandemiya qərarına yenidən baxmağa çağırıram”.
Professor deyib ki, Almaniyada mövsümi qripdən 10 min adam ölüb, amma donuz qripi ilə bağlı ölümlırin sayı cəmi 187-dir. Onların da bəzilərinin donuz qriplə bağlı olduğu şübhəlidir.
“Keçən ilin iyununda pandemiya elan ediləndən sonra dünya ölkələri xəstəliklə mübarizəyə böyük vəsait ayırıblar. Hökumətlər pandemiya elanlarından sonra öz vəsaitlərini bu istiqamətə yönəltməklə həmin pulu küçəyə tullamaqdadır”.
Professor həmin pulun başqa ciddi xəstəliklərlə mübarizəyə ayrıla biləcəyini deyib.