Ukrayna Ali İnzibati Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləməyib. Ali Məhkəmənin bu günkü qərarıyla nəticələrin təsdiqlənməsi seçkidəki saxtakarlıqlarla bağlı şikayətlərə baxılana qədər təxirə salınıb.
Məhkəmnin bu gün yaydlğı qərarda bildirilir ki, Mərkəzi Seçki Komissiyasının élan etdiyi nəticələr araşdırmalar bitənə qədər etibarsız sayılır.
Ukrayna Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilən prezident seçkilərinin ikinci turunda Viktor Yanukoviçin 3.5 faiz səs çoxluğu ilə qalib gəldiyini açıqlamışdı.
Ukraynanın indiki Baş naziri Yuliye Timoşenko isə seçkidə kütləvi saxtakarlıqlara yol verildiyini bildirib, nəticələrin ləğvi üçün məhkəməyə müraciət eləmişdi.
Ali İnzibati Məhkəmə bu gün açıqladığı qərardan apelyasiya şikayətinə baxılmaq gününü fevralın 25-nə təyin edib. Daha öncə Ukrayna Parlamenti də prezident seçilən Viktor Yanukoviçin andiçməsini fevralın 25-nə təyin eləmişdi. Ancaq, məhkəmə bildirib ki, Yanukoviçin andiçməsini təxirsə salmaq səlahiyyətinə malik deyil.