Fevralı 13-də görkəmli rus yazıçısı Mixail Bulqakovun 20-ci əsrin ən məşhur romanlarından sayılan "Usta və Marqarita"nı bitirməsinin 70 ili tamam olub.
Bu ərəfədə İspaniyada Bulqakovun sovet diktatoru İosif Stalinə məktubları çap edilib. (“El Pais” qəzeti)
Tarixçi Vitali Şentalinskinin tərtib etdiyi kitabda ilk diqqəti çəkən odur ki, ehtiyac içində yaşamasına baxmayaraq Bulqakov Stalinə məktublarında maddi, yaxud başqa yardımlar istəmir, hakimiyyətin, nəşriyyatların, sənətkar yoldaşlarının ona qarşı təqiblərinə son qoyulmasına çağırır.
"SADƏLÖVH BULQAKOV"
Yazıçı Stalinə məktublarında etiraf edir ki, SSRİ-də qalması, “yazmaq imkanının olmaması onun üçün diri-diri basdırılmaq kimidir”.
Tarixçi Şentalinski ehtimal edir ki, Bulqakov həmin dövrdə tərəddüd içində olduğu üçün bəzi məktubları ünvanına göndərməyib.
Yazıçı həmin məktubları “Tarzan” imzası ilə yazır və Stalinlə şəxsi əlaqə yaratmağa çalışır.
Tarixçi güman edir ki, bu həm də Bulqakovun sadəlövhlüyü ilə bağlı idi.
Bulqakov SSRİ rəhbərliyinə göndərdiyi 28 aprel tarixli məktubunda öz vəziyyətini belə təsvir edir:
“Mən əlimdəki sənədlərlə sübut edə bilərəm ki, repertuara nəzarətin həvalə edildiyi bütün SSRİ mətbuatı və təşkilatları mənim bütün yaradıcı fəaliyyətim dövründə bir ağızdan və qeyri-adi bir hiddətlə Bulqakovun əsərlərinin SSRİ-də mövcudluq haqqının olmamasını sübut etməyə çalışıblar.
Və mən bəyan edirəm ki, Sovet mətbuatı tamamilə haqlıdır...
Hansı formada və hansı hakimiyyətin dövründə mövcud olur-olsun, senzura ilə mübarizə bir yazıçı kimi mənim borcumdur...”
"AĞQVARDİYAÇI YAZAR"
Bulqakov yazır ki, ağlara və qırmızılara münasibətdə bitərəf və obyektiv olmağa çalışmasına baxmayaraq Sovet hakimiyyət orqanları və ədəbi tənqid ona “ağqvardiyaçı attestatı” verib.
“Mən Sovet hökumətindən xahiş edirəm ki, həyat yoldaşım Lyubov Yevgenyevna Bulqakova ilə birgə təcili qaydada SSRİ-ni tərk etməyimə göstəriş versin.
Mən Sovet hökumətinin humanizminə ümid edərək xahiş edirəm ki, öz Vətənimə fayda vermək imkanım olmadığı üçün məni azadlığa buraxsın”.
Bundan sonra – 1930-cu il aprelin 18-də axşam saat 7 radələrində Mixail Bulqakovun evinə zəng olur.
Dəstəyi Lyubov Bulqakova götürür. Zəngin Mərkəzi Komitədən edildiyini eşidən kimi ərini çağırır.
Bulqakov bunun bir zarafat olduğunu güman edir.
Katib: Mixail Afanasyeviç Bulqakovdur?
Bulqakov: Bəli, bəli.
Katib: İndi sizinlə yoldaş Stalin danışacaq.
Bulqakov: Nə? Stalin?
2-3 dəqiqə keçir...
Stalin: Sizinlə danışan Stalindir. Salam yoldaş Bulqakov.
Bulqakov: Salam, İosif Vissarionoviç.
Stalin: Biz Sizin məktubunuzu aldıq. Yoldaşlarla birlikdə oxuduq. Məncə Sizə müsbət cavab veriləcək... Siz doğrudan xaricə getmək istəyirsiz? Yəni biz Sizi belə boğaza yığmışıq?
Bulqakov: (özünün itirmiş halda və bir neçə saniyəlik sükutdan sonra) ...Məni axır vaxtlar bir məsələ düşündürür ki, rus yazıçısı Vətəndən kənarda yaşaya bilərmi? Və mənə elə gəlir ki, yaşaya bilməz.
Stalin: Siz haqlısınız. Mən də belə düşünürəm. Siz harada işləmək istəyirsiz? İncəsənət Teatrında?
Bulqakov: Bəli, istəyərdim. Amma mən bu istəyimi bildirmişdim və mənə “yox” cavabı vermişdilər.
Stalin: Siz ora ərizə verin. Mənə elə gəlir ki, onlar razılaşacaqlar. Məncə, bizim görüşüb söhbət etməyimiz lazımdır.
Bulqakov: Bəli, bəli! İosif Vissarionoviç, mən də sizinlə söhbət eləməyi çox istəyərdim.
Stalin: Bəli gərək vaxt tapaq və mütləq görüşək. İndisə Sizə uğurlar arzulayıram.
Amma bu görüş baş tutmur.
SINAN VƏ SINMAYAN BULQAKOV
Aprelin 19-da Bulqakovu “MXAT”a işə götürürlər – o, rejissor assistenti olur. Bundan başqa onu Fəhlə-Gənclər Teatrına da işə qəbul edirlər. Amma onun pyeslərinin oynanılması yenə problemə çevrilir.
Bulqakov Stalinə ünvanladığı sonrakı məktublarına cavab almır.
Əsərləri ara-sıra tamaşaya qoyulur, dostları və yaxınları ona “hamını sındırıblar, bir sən qalmısan” deyib təbliğati əsər yazmağı məsləhət görürlər.
Nəhayət Bulqakov gənc İosif Cuqaşvili haqqında “Batum” pyesini yazır. Amma sovet diktatoru “əsəri yaxşı hesab etsə də, onu səhnələşdirməyi qadağan edir”...
Yazıçının daxili tarazlığı pozulur, haqsızlıqlar onun psixikasına mənfi təsir edir.
Bütün cəhdlərinə baxmayaraq sovet rəhbərləri ona SSRİ-ni tərk etməyə icazə vermirlər.
Ölümünə bir neçə həftə qalmış Bulqakov özünün şedevrini, 20-ci əsrin ən güclü romanlarından sayılan “Usta və Marqarita”nı bitirir.
Amma bu əsərdəki Stalin və İblis arasındakı analogiyanın nə effekt doğurmasını görmək Bulqakova nəsib olmur, yazıçı 1940-cı ildə vəfat edir, onun şedevri isə SSRİ-də yalnız 1989-cu ildə - Qorbaçov yenidənqurması zamanı nəşr ediir.