Fevralın 21-də «Nyu York Times» qəzeti Kambocanın dissident siyasətçisi Mu Soçua haqqında maraqlı material dərc edib. Mo Soçua Kambocada qadın haqları müdafiəçisidir. Yaxın keçmişdə həm deputat, həm də qadın məsələləri üzrə nazir olub. Hakimiyyətlə sözü çəp gələndən sonra hər iki vəzifəsini itirib.
Qəzet yazır ki, 2004-cü ildə nazir vəzifəsini itirən Mo Soçuanın çətin günləri başlayır. Keçən il Kambocanın ən güclü siyasi xadimi, baş nazir Hun Sen Soçuaya «çeunq klanq» (güclü ayaqları olan) deyir. Bu isə Kambocada qadına deyilə biləcək ən ağır ifadələrdəndir. Soçua baş naziri diffamasiya maddəsi ilə məhkəməyə verir. Belə olanda isə baş nazir də eyni maddə üzrə Soçuanı məhkəməyə verir və... Soçua dərhal deputat yerindən məhrum edilir. Gözlənildiyi kimi, məhkəmədə də baş nazir qalib gəlir və Soçuanın üzərinə 16 500 000 riel (4000 ABŞ dolları) miqdarında cərimə kəsilir.
«MƏN ÖZ SƏSLƏRİMİ TOPLAYACAĞAM! BİR-BİR»
Soçua deyir ki, bu məbləği ödəmək fikrində deyil və bundan sonrakı hər anı cəriməni ödəmədiyinə görə həbs təhlükəsi ilə üz-üzə olsa da, öz inadından dönmək fikri yoxdur. Soçua deyir ki, cəriməni ödəmək bütün Kamboca qadınlarına bu sözləri deməkdir ki, sənin qiymətin budur və kişi sənə istədiyi sözü deyə bilər.
55 yaşlı Soçua isə mübarizəsini davam etdirmək fikirindədir. O, artıq indidən 2013-cü ildə keçiriləcək parlament seçkiləri üçün kampaniya aparır. «Mən öz səslərimi toplayacağam! Bir-bir». Məqsədinə nail olmaq üçün Soçua nazik bir qayığa oturub öz seçki dairəsinin ən ucqar kəndlərinə səfər edib seçiciləri ilə görüşür.
Qəzet yazır ki, Soçuanın 2013-cü ildə keçiriləcək parlament seçkiləri üçün indidən kampaniya aparmasının səbəbi var. Belə ki, hökumət nəzarətində olan qəzetlər və televiziya Soçuanı tamamilə kənara atıb. Kambocalı dissident isə deyir ki, kampaniyanı aparmaq üçün vaxt ikisinə yol vermək olmaz. «Seçicilərin yalnız 35%-i ötən seçkilərdə kimə səs verdiklərini xatırlayır» deyən siyasətçinin fikrincə, bu sahədə görülməli çox iş var.
Qəzet onu da qeyd edir ki, əvvəllər qadın haqları sahəsində müəyyən işlərin görülməsi üçün yaradılan qadın qruplarında iştirak edən Soçua indi həmin hərəkatlara yükdür. Belə ki, onun adı ilə bağlı olan istənilən siyasi qrup müxalifətçi adını alır. «Mənim səsim hərəkatı öldürür. Bu mənim uğursuzluğumdur. İndi ki, mən müxalifətin simvoluna çevrilmişəm, qadınlar mənə deyirlər: «Biz sənə inanırıq. Biz səninlə fəxr edirik. Ancaq biz səninlə birgə ola bilmərik, çünki onda hərəkat öləcək»
VİTRİN DEPUTATLARI
Nazir olduğu vaxtlarda Soçua qadın hüquqlarının müdafiəsi üçün bir çox əhəmiyyətli islahatların keçirilməsinə, mühüm qanunların qəbul edilməsinə nail olmuşdur. Lakin qadın hüquqlarının indiki durumundan danışan Soçua deyir ki, Kambocada kəmiyyət keyfiyyəti üstələmişdir. Vaxtilə Soçuanın göstərdiyi aktivliyin sayəsində indi Kambocanın 123 nəfərlik parlamentində 27 qadın var. Lakin həmin deputatların 21-i Kambocada iqtidar partiyası olan Kamboca Xalq Partiyasının üzvləridir. Soçua deyir ki, həmin deputatlar «vitrin deputatlarıdır» və öz işlərində partiya xəttinin diqtə etdiyini deyirlər. «Onlar danışmırlar», Soçua deyir. «Bu barədə danışmaq çətindir və mən qadınları üz-üzə qoymaq istəmirəm, amma əgər bizim susduğumuza görə qadınlar bu ölkədə əziyyət çəkirsə, günahkar bizik. Biz onların həyatlarının yaxşılaşdırılması üçün nə edirik?»
«BƏLKƏ DƏ, BAŞQA QADIN BU İŞİN ÖHDƏSİNDƏN GƏLMƏZDİ…»
Qəzet yazır ki, varlı ailədə böyümüş və 12 yaşından təhsilini ABŞ-da almış, Amerikalı ilə evlənmiş və övladları da ABŞ və Böyük Britaniyada yaşayan Soçua ənənələrin idarə etdiyi Kambocaya Qərb dəyərlərini gətirməyə çalışanlardandır.
«Nyu York Times»ın yerli əhali ilə söhbət aparan jurnalistinə yerli balıqçılardan biri belə deyir: «O, bizim adımızdan danışır və məncə kişidən heç nə ilə fərqlənmir. Bəlkə də, başqa qadın bu işin öhdəsindən gəlməzdi, amma o bunu edə bilir çünki güclüdür və qorxmur».
Reportyor qeyd edir ki, öz seçiciləri ilə görüşən Soçua geri qayıtmaq üçün öz qayığına oturmağa hazırlaşarkən bir motosikiletçi mobil telefonla onun fotoşəkillərini çəkir və dərhal da motosikiletini sürüb aradan çıxır. Çayın o biri üzündə isə Soçuanı qarşılayan bir kəndli Soçuaya yetişmiş quava meyvəsini uzada-uzada deyir:
«Mən sənə səs vermişəm. Amma heç kəsə demə».