Türkiyədə Azərbaycan dili lüğətləri hazırlayıb çap etdirən Seyfəttin Altaylı həm də Rəsulzadədən müasir Azərbaycan yazıçılarına qədər cild-cild tərcümələr edib. Onunla AzadlıqRadiosunun İstanbul müxbiri Mais Əlizadə xüsusi olaraq "Oxu zalı" üçün söhbətləşib.
“Köç” romanına görə mənə verilən tərcümə qonorarının hamısını Bakıda Mövlud Süleymanlıya təqdim etdim...
Hüseyn Cavid Türkiyədə yaxşı tanınmır...
“Əsrimizin Siyavuşu” əsərini Türkiyə türkcəsinə çevirdim, amma öz imzamı qoymadım...
Şamo Arifin “Qınamayın məni” romanı heyrətamiz bir əsərdir...
Mən onları oxumuram.Günel Mövludun bir neçə əsərini oxuyub kənara qoydum...
Mais Əlizadə: Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərini 1989-cu ildə Türkiyədə çap etdirdiyinizi bilirik. Azərbaycanla münasibəti “Əsrimizin Siyavuşu” vasitəsi ilə yaratdınızmı?
Seyfəttin Altaylı: Mən 1980-ci ildə universiteti bitirdim.Ancaq 5 il kənddə yaşamalı oldum.
M.Ə: Hansı universiteti bitirdiniz?
S.A: İstanbul universitetinin dil-ədəbiyyat fakültəsindən məzun oldum. Kəndə qayıtmağımın səbəbi - 12 sentyabr 1980-ci ildə Türkiyədəki hərbi çevriliş idi.
Iğdırın Dizə kəndində Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərini ərəb əlifbasında oxudum (“Əsrimizin Siyavuşu Türkiyədə ilk dəfə 1923-cü ildə çap edilib - M.Ə.).
Ərəb əlifbasında olan əsərin dili də ağır idi.
İndiki nəsillərin onu başa düşməsi qeyri-mümkün idi.
8 AY İŞLƏYİB ƏSƏRİ MÜASİR TÜRKCƏ İLƏ ÇAPA HAZIRLADIM
1985-ci ildə TRT-də “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasında işə girdim.
Ankaradakı Azərbaycan Kültür Dərnəyinin üzvü idim. Oradakı ağsaqqallarımıza “Əsrimizin Siyavuşu”nun çap edilməsinin lüzumunu izah etdim.
Onlar da mənim fikrimə müsbət yanaşdılar və 1989-cu ildə əsər müasir Türkcə ilə çap edildi. Kitabı Arasoğlu imzası ilə çap etdirdim.
M.Ə: Niyə?
S.A: Çünki o vaxt Sovet ittifaqının tərkibində olan Azərbaycana getmə niyyətim vardı. Fikirləşdim ki, “Əsrimizin Siyavuşu”nu öz imzamla çap etdirsəm, oraya getməyimə problem yarana bilər.
Azərbaycana gedib-qayıdandan sonra o biri əsərləri öz imzamla çap etdirdim.”Əsrimizin Siyavuşu”nu 90-cı ildə Bakıda “Azərbaycan” jurnalında çap etdirdilər.
M.Ə: Onu sizin nəşrinizdən mən çapa hazırlamış və Arasoğluna minnətdarlıq bildirmişdim.
S.A: Azərbaycanla bağlı ədəbi fəaliyyətim bu şəkildə başlamışdı. Sonra Güney Azərbaycandan Həsən Məcidzadənin “Apardı sellər Saranı” kitabını çap etdirdim.
O vaxtlar Mövlud Süleymanlının “Köç” romanını tərcümə etdim.
TRT-də işləyəndə ezamiyyət götürüb İzmirə - müəllimimiz professor Əli Yavuz Akpınarı görməyə getdim.
Ondan Azərbaycan ədəbiyyatı ilə bağlı müsahibə aldım. Professor Akpınarın kitabxanasından “Köç” romanını götürüb kserokopiya etdim.
11 ay işləyib romanı çapa hazırladım.
BƏZİ SÖZLƏRİ BAŞA DÜŞMƏK ÇOX ÇƏTİN İDİ
Çünki əlimizdə heç bir lüğət də yox idi.
Bəzi kəlmələr dialekt sözləri kimi sadəcə Mövludgilin kəndində yaşayırdı. Azərbaycana gedəndə Mövlud Süleymanlı ilə tanış olub bəzi sözlərin mənasını ondan öyrəndim.
İstanbuldakı “Ötüken” nəşriyyatı “Köç”ü çap etdi. Kitab iki dəfə çap edilib. Romana görə verilən tərcümə qonorarının hamısını Bakıda Mövlud Süleymanlıya təqdim etdim.
O vaxt Azərbaycan təzəlikcə müstəqil olmuşdu - yazıçıların güzəranı ağır idi.
M.Ə: “Köç”dən sonra Süleymanlı ilə əməkdaşlığınız davam etdimi, yoxsa?
S.A: Əməkdaşlığımız bitdi. Ondan sonra Məmməd Arazın, Məmməd İsmayılın şeir kitablarını və Nəbi Xəzrinin “O uzaq gecə” povestini çapa hazırladım.
Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması və Xəlil Rzanın “Azadlıq” kitabı son 20 ildə çapa hazırladığım əsərlər olub.
Cənubi Azərbaycandan Şeyx Məhəmməd Xiyabaninin “Azadistan” adlı əsərini hazırladım.
Bəxtiyar Vahabzadənin “Gülüstan” və Xəlil Rzanın “Azadlıq” kitabları Türkiyədə çox maraqla qarşılandı.
Milli təhsil nazirliyi tərəfindən “Azərbaycan Türkcəsi sözlüyü” kitabım çap edildi.
”Azərbaycan Türkcəsinin deyimlər sözlüyü”nü çap etdirdim.
Üzərində 25 il işlədiyim “Müqayisəli ensiklopedik Azərbaycan Türkçəsi” kitabını
ÇAP ÜÇÜN BAKIDA HEYDƏR ƏLİYEV FONDUNA VERDİM
Hələ ki, kitabın çapından bir səs-soraq yoxdur.
Türkiyənin mədəniyyət və turizm nazirliyi də o kitabı çap etmək istəyir - yəqin ki, bir neçə günə o kitabı nazirliyə də təqdim edəcəyəm.
M.Ə: Gabriel Garsia Markes deyir ki, “Yüz ilin tənhalığı” romanında 42 qüsur görürdüm. Ancaq tənqidçilərin heç biri o qüsurlardan bircəciyini də görmədi. Sadəcə əsərin italyan dilinə tərcüməçisi 6 qüsuru görə bilmişdi. Siz tərcümə etdiyiniz yazıçı və şairlərlə münasibətinizi necə qurursunuz - indiyə qədər neçə qüsur yaxalaya bilmisiniz?
S.A: Yadımdan çıxmışdı - Kamil Əfsəroğlunun hekayələrini də çapa hazırlamışam.
Türkiyə Dini işlər qurumu Əfsəroğlunun kitabını çap etdi. Ruscadan, ingiliscədən, fransızcadan tərcümə asandır.
Çünki o dillərdən əsər tərcümə edəndə öz üslubunu yaradırsan.
Ancaq Türkcənin hər hansı bir şivə və ya ləhcəsindən tərcümə edəndə çox çətinlik çəkirsən - çünki yazıçının üslubuna toxuna bilmirsən.
Ona görə də frazeoloji ifadələrin və idiomların qarşılığını tapıb yerinə qoyanda işlər qəlizləşir.
Məsələn, Mövlud Süleymanlının “Köç” romanında belə bir ifadə vardı:
“QARAKƏLLƏLƏR DÜNYANIN BEL UZUNU YOL GEDİRDİLƏR”
O vaxt Mövludu tanımırdım - ona görə də bu cümləni Türkcədə səsləndirmək üçün çox fikirləşdim.
Məncə, Mövlud Süleymanlı burada ekvatoru nəzərdə tutmuşdu.Türklərin Şərqdən Qərbə köçlərini nəzərə alanda bütün köçlərin ekvator xətti üzərində olduğunu görürik.
Ona görə də mən o cümləni “Əzəldən əbədə” şəklində verdim.Dünya dairəvi olduğuna görə, ekvator xəttinin də ucu yoxdur.
Qarakəllələr Türk millətinin simvollarından biri olduğuna görə, romanda Türklər əzəldən əbədə kimi yol gedir.
Bunu Süleymanlıdan da soruşanda demişdi ki, “dünyanın beli uzunu” ilə gündoğandan günbatana gedən yolu nəzərdə tutur.
Üsluba toxunmayanda hər hansı əsəri başqa dil və ya ləhcədə səsləndirmək çox çətin olur.
Mənim hazırladığım sözlükdə 23700 deyim var. Ancaq indiyə qədər Türkiyədə hazırlanan ən qalın sözlükdə cəmi 10 min deyim var. Məncə, Azərbaycan Türkcəsi -Türkiyə Türkcəsindən daha zəngindir. Mən Cənubi Azərbaycanı da nəzərdə tuturam.
M.Ə: Kimlərlə daha rahat işləyirdiniz? İş prosesində yazar və ya şairlə əlaqəniz hansı səviyyədə olurdu?
S.A: Məmməd Arazın şeirlərində o qədər də çətinliyə düşmədim.”Köç” romanındakı dialekt sözləri məni çox məşğul etdi.
M.Ə: Əsərlərini çapa hazırlamazdan əvvəl yazıçılarla məsləhətləşirdinizmi?
S.A: Əlbəttə.Azərbaycana gedəndə görüşürdüm.
MƏMMƏD ARAZ BÜTÜN ŞEİRLƏRİNİ ÖZÜ SEÇDİ
Vahabzadə də eləcə. Xəlil Rzanın şeirlərini özüm seçmişdim. Xəlil bəyin kitabı Türkiyədəki milliyyətçi təbəqənin böyük rəğbətinə səbəb oldu.
M.Ə: Kitab bazarına baxanda Azərbaycan ədəbiyyatından tərcümə edilən, ancaq sizin ürəyinizdən olmayan kitablar görürsünüzmü?
S.A: Lüğətlər üzərində 25 il işləməsəydim, daha çox kitab çap etdirə bilərdim.
Məsələn, İsa Hüseynovun, Anarın, Əkrəm Əylislinin, Yusif Səmədoğlunun, Elçin Əfəndiyevin daha çox kitabının burada çap edilməsini istərdim. Şamo Arifin “Qınamayın məni” romanı heyrətamiz bir əsərdir. Sovet vaxtı rejimə qarşı bu qədər cəsur bir əsər yazmaq çox çətin olub.
Türkiyədə Əhməd Cavad yaxşı tanınsa da, Hüseyn Cavid yaxşı tanınmır. Cəlil Məmmədquluzadənin bütün əsərlərini çap etdirmək istərdim.
O, burada ən yüksək səviyyədə tanınmağa hamıdan çox layiqdir.
Vaqif Bayatlı Önər, Ramiz Rövşən, Əlisəmid Kür, Qulu Ağsəs - əsərlərinin Türkiyədə çap edilməsini istədiyim müəlliflərdir.
M.Ə: Azərbaycanın postmodernist ədəbiyyatını da izləyirsinizmi?
S.A: Mən onları oxumuram.Günel Mövludun bir neçə əsərini oxuyub kənara qoydum.
M.Ə: Bundan sonrakı fəaliyyətinizdə Cənubi Azərbaycan ədəbiyyatına üstünlük verəcəksinizmi?
S.A: Məncə, biz Cənubi Azərbaycan ədəbiyyatına diqqəti maksimum dərəcədə artırmalıyıq. Nəsur Mənzurinin kitabının Bakıda çap edilməsi mühüm hadisədir.Cənubi Azərbaycandan da görkəmli yazıçı və şairlərimiz çıxmalıdır.
M.Ə: Şəhriyar Bakını “Qızıl Kəbə” adlandlrmışdı...
S.A: Cənubda ədəbiyyatın güclənməsi oradakı milli-intellektual şüurun güclənməsinə səbəb olacaqdır.