Qənimət Zahid: «Azadlıq mənim haqqımdır»

Qənimət Zahid

«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid bu səhər azadlığa çıxıb. Prezident İlham Əliyevin martın 17-də imzaladığı yeni əfv sərəncamıyla 62 məhbus azadlığa buraxılır.

Qənimət Zahid əfv sərəncamına münasibət bildirərkən deyib ki, «azadlıq mənim haqqımdır».

Jurnalist bir müddət dincəldikdən sonra yenidən fəaliyyətə başlayacağını əlavə edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qənimet Zahid azadlıqda



Prezidentin sərəncamı ilə bundan əlavə, cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər də əfv edilir. 7 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad edilir.

Fərmanla ömürlük azadlıqdan məhrum edilmiş 1 şəxsin ömürlük cəzası 20 illik cəza ilə əvəz edilir. Cərimə cəzasına məhkum edilmiş 1 nəfər də əfv olunanlar arasındadır.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ildə həbs edilib. O, xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.