Bir qrup gənc Bakı Dövlət Universitetində Əliyevlərin Dubay mülklərinə etiraz ediblər. Gənclər universitet pəncərələrindən kütləvi şəkildə vərəqələr yayıblar. Vərəqələrdə Dubay mülkləri haqqında qısa məlumat verilib və etiraz mətni yazılıb:
«Azərbaycanda sosial uçurumun gündən-günə dərinləşdiyi, insanların iş dalınca Rusiya və Türkiyəyə getdiyi bir şəraitdə 75 milyon dollar dəyəri olan əmlak Azərbaycandakı korrupsiyanın səviyyəsini real şəkildə ortaya qoyur. Belə ki, Prezidentin maaşı ilə bu mülkləri 228 ilə almaq olardı.
Ölkə əhalisinin ağır maddi vəziyyəti fonunda 40 ildən uzun müddətdə Azərbaycana hökmranlıq edən Əliyevlər ailəsinin bu qədər mülkünün, əmlakının, kapitalının bircə mənbəyi var: Azərbaycan xalqı…
Biz hərarət və cəsarətlə deyirik: Azərbaycan xalqının sərvətləri xalqımızın sağlam, xoşbəxt və firavan yaşamasına həsr edilməlidir!»
Dubayda 3 Əliyevin adına alınmış mülklər barədə məlumatı «The Washington Post» qəzeti yayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir