Həqiqət qaranlıqları bizim üçün təntənəli yalandan əzizdir
A.S.Puşkin
Onda 10-cu sinifdə oxuyurdum. Sinifimiz ayrı bir otağa köçürdü. Müəllim demişdi ki, evinizdən lazımsız kitabları gətirərsiz boş şkafların rəflərini doldurarıq.
Evdə atamın bir sürü kitabı var idi. Hələ kəndimizdəki kirəmitli evimizdə də bir kitabxanamız vardı ki, hər kitabdan orda tapmaq olardı. Kitabın lazımlı və yaxud lazımsız olduğunu hardan bilmək olar? – Müəllimin tapşırığı yadıma düşdü, yaxınlaşıb beynimdən keçən sualı atama ünvanladım.
O gülümsündü, dedi ki: “Lazımlı kitabın üzündə meşə, otluq, dağ-dərə təsvir olunmur, bu lazımsız kitablarda belə olur”. Həmin gün mən Arximeddən də şanslı adam idim. Çünki atam elə bir ipucu vermişdi ki, o ipin ardınca lap rahatlıqla gedib istədiyim şeyi əldə edə bilərdim.
Bir düzünə kitabı evin dörd tərəfinə yığdım. (Anam bunu görüb bir az deyindi, amma… – A.K.) Atamın dediyi istiqamətdə lazımsız kitabları bir tərəfə tullayır, lazımlı kitablara maraqla baxır, təkrar yerinə qoyurdum. Düşünürdüm ki, bu kitabları yay tətilində oxuyacam.
Kitabları lazımlı və lazımsız istiqamətdə seçmişdim. İndi əsas (lazımsız – A.K.) kitablar torbaya, qalan kitablar öz yerlərinə – şkaf rəfinə yerləşdirilməli idi. Ancaq birdən…
Birdən gözümə bir kitab sataşdı. Qara, üz qabığına “Öləngi” yazılmış bu kitab marağıma səbəb oldu. Atamdan bu kitabın lazımlımı, yoxsa lazımsızmı olduğunu soruşdum.
O dedi ki: “Pərvizin “Öləngi” romanıdı. Maraqlı kitabdı, istəyirsən oxu. Pərvizin yazdığı Kafkanın “Qəsr” romanının təhkiyə dilinə oxşayır…”. Axırda deyilən cümlə bir daha beynimdə təkrarlandı:
“Pərvizin yazdığı Kafkanın “Qəsr” romanının təhkiyə dilinə oxşayır…”. Kafka maraqlı yazıçı idi, buna görə də kitabı götürüb öz hücrəmə qoydum. Fikirləşdim ki, görəsən, “Öləngi” nə mənə şeydi.
Hə, məktəbə əli dolu gəldim, müəllimin dediyi kimi hamı evdəki lazımsız kitabları gətirmişdi. Sinifimizdəki bir oğlanın torbasında Füzulinin “Seçilmiş əsərləri” adlı kitabı görəndə təəccübləndim. Füzuli də lazımsızdı?
Yox, ola bilməz. Oğlandan soruşanda, o dedi ki, başa düşmürsən nə yazıb, ona görə də sinifə gətirdim. Bu bədbəxt hardan bilsin Füzuli kimdi? Amma oğlana içimdən keçənləri demədim. Gülüb lağdan dedim ki, bilirsən, Füzuli “boş-boğaz, çox danışan” deməkdir. O da güldü, sonra başladıq kitabları yığmağa.
“Öləngi”ni bir kənara qoyub tənəffüsə çıxdım. Kitab məni o qədər maraqlandırmışdı ki, özümlə bərabər məktəbə gətirmişdim. Bir də fikirləşirdim ki, onsuz da dərslərimizin çoxusu boş keçir, müəllimlərin laqqırtısı ilə də günü günə satırıq, heç olmasa bu boş saatlarda bir kitab oxuyaram.
Geri dönəndə inanmadım. Uşaqlar “Öləngi”ni bir-birilərinə tolazlayırdı. Kitab gah əldən-ələ keçir, gah da tozlu parketlərin üstünə düşüb vərəqləri tökülürdü. Bir-iki ağız qışqırdım ki, “kitab da cırılarmı?”, mənə fikir verən yox idi. Sonra oğlanlar məktəb kitablarını da bir-birilərinə atmağa başladılar.
“Öləngi” açıq qalmış pəncərədən aşağı düşdü, həyətdə oynayan uşaqlar kitabı təpikləyə-təpikləyə yaxınlıqdakı quyuya atdılar. Vəssalam, dedim “Öləngi” rəhmətlik oldu, heyfsəndim ki, kitabı oxuya bilmədim.
…“Ən yeni ədəbiyyat” seriyasından ikinci kitab Pərvizin “Yad dildə” romanı idi. (Əslində belə gurultulu açıqlamaya ehtiyac yox idi – A.K.) Bir an keçən günlər yadıma düşdü, “Öləngi” fəlakəti gözümün qabağına gəldi. “Yad dildə”ni əldə etdim, düşündüm ki, “Öləngi”nin aqibəti “Yad dildə”ni gözləyir, ona görə də kitabı iki günə oxuyub qurtardım. (Hər ehtimala qarşı – A.K.)
Roman çox maraqlı bir mövzuya toxunub. Ölkənin çıxılmaz vəziyyəti, insanların pis gündə yaşaması, demokratiyanın boğulması bir başa olaraq oxucuya çatdırılır. Əsərdəki Çe obrazı insanları Xuntaya qarşı mübarizəyə çağırır.
İnternetdə – çatda bir-biriləri ilə “Dədə-Qorqud”dakı obrazların adları ilə yazışan, azadlıq uğrunda çarpışmağa hazır olan gənclər özlərini Çenin davamçıları zənn edirlər.
Bu yolda Çeyə dəstək olurlar. Müxtəlif proseslərdə, çıxışlarda “Oğuz eli”nin qəhrəmanları sinələrini sipərə verib öz azadlıqlarını tələb edirlər, ancaq sonda istədiklərinə nail ola bilmirlər.
“Yad dildə” mənə Elxan Qaraqanın “A” romanını xatırlatdı. Təxminən hər iki əsərdə azadlıq yanğısı ilə yaşayan insanların yeni bir dünya yaratmaq uğrunda mübarizəsi təsvir olunub.
Çox güman ki, belə romanlar inqilabi ruhda yazılır, buna görə də maraqlı alınır. Ancaq gəlin bir düşünək ki, Azərbaycanda “Yad dildə” romanının personajları kimi mübarizə öncüləri varmı? Və ya onlar nə qədərdilər? Bir də niyə həmişə dünyanı pislikdən qurtarmaq istəyən bu mübarizlər məğlubiyyətə düçar olurlar? Niyə dünyada pislər var?
Romanı oxuya-oxuya bu suallar ətrafında ora-bura vurnuxdum. Yadıma İsi Məlikzadənin “Quyu” povesti düşdü. Orda Umud adlı bir obraz babasından soruşur ki: “Niyə dünyada pis adamlar var?” Baba da cavab verir ki:
“Pislər olmasa dünya yarımçıq olardı”. Yəqin ki, görkəmli yazıçımızın əsərində mənim sualıma verdiyi bu cavab kifayətdir. Ustad sözünə bir şey əlavə etmək yersiz olardı.
“Yad dildə” romanı nə qədər bizi mübarizəyə səsləsə də bir o qədər də təəssüfləndirir. Çünki belə romanlar həmişə eyni bir sonluqla – bədbin sonluqla yekunlaşır.
“Yad dildə” romanı istər təhkiyəsinə görə, istər yazı manerasına görə axıcı sujeti olsa da insanda nikbin hislər oyatmır və yaxud belə desək, bu roman bizim məkandan tam fərqli, yad bir əsərdir. Bu tipli romanlar isə əbədi olaraq insanların yaddaşında qalmır və tez unudulur.
Romanda Pərviz Azərbaycanın hər bir sahəsinin problemini göstərməyə çalışıb, ancaq bu problemlər nədənsə bədii yox, publisistik dillə yazıldığından elə də maraqlı alınmayıb. Romanda təsvir olunan hadisələr reallıqla heç cür uyğunlaşmır, müəllifin təxəyyülü isə bədii həqiqəti ortaya çıxarmır. Bir sözlə, təsvir olunan hadisələr romanın uydurma olduğunu bildirir.
Bir də mən romanı oxuyarkən düşündüm ki, əsər yazarkən mütləq o yazıda problem göstərməlisən?
Bu isə başqa bir yazının mövzusudur.
Sonda oxuculara bir sual vermək istəyirəm: Sizcə, “Yad dildə” romanı lazımlı kitabların sırasına qatılmalıdır, yoxsa lazımsız kitabların sırasına?
P.S. Yadımdan çıxmamış deyim ki, Pərvizin “Yad dildə” romanını oxuyandan sonra sinif yoldaşlarımın sayəsində fəlakətə uğrayan müəllifin ilk romanını – “Öləngi” romanını da oxumaq həvəsinə düşdüm. Görəsən, o kitabda nələr var?
www.kultaz.com