«İlk dəfə Bakını 6-7 siniflərdə oxuyanda görmüşəm. Güzdəkdəki 41 nömrəli məktəbdə oxuyurdum. Bizi Bakı sirkinə aparmışdılar. Sirkdə xuliqan uşaqlar vardı. Bizə sataşdılar. Dava düşdü...».
Bayramın son günündə AzadlıqRadiosunun «Can Bakı» proqramına qonaq olan görkəmli xanəndə Alim Qasımov Bakıya ilk gəlişini belə xatırladı.
ATAM MƏNƏ «KUBİNKA»DAN KÖYNƏK ALDI...
«Bir dəfə də atam məni gətirdi «Kubinka»ya (Sovetlər dönəmində Bakının gizli alış-veriş mərkəzi - S.İ.), bir qəşəng köynək aldı».
70 QƏPİYƏ KOTLETLƏ QREÇKA!
Sonralar Bakıya uşaqlarla tez-tez gəldiyini deyən qonağımız hər dəfə «Vətən» kinoteatrında qəşəng bir filmə baxdığını, filmdən sonra elə oradaca ucuz fason, yəni 70 qəpiyə, 1 manata qarabaşaqla kotlet yediyini də unutmadığını söylədi. «O dövrdə bir manat yarımın olsaydı, gəlib şəhərdə bir dövrə vurub gəzmək, kinoya baxmaq, hətta yemək olardı». «Bəs indi?». Qonağımız onu da cavabladı.
MATSON, MOLOKO... ŞƏHƏR NECƏ BAZAR OLDU?
İndi yaşadığı 28 may küçəsində vaxtilə qatıq-süd satdığını söyləyən görkəmli xanəndəmiz hətta öz həyətlərinə də girdiyini yaxşı xatırlayır. «Öz müştərilərim almadı, mən də məcbur oldum həyətləri dolaşım. Sonra şəhər oldu mənim üçün bazar».
İLK «MOSKVİÇ» NECƏ ALINDI?
Alim Qasımov Asəf Zeynallı adına Musiqi Məktəbinə girdiyini, özünə anasının köməkliyi ilə «Moskviç» markalı maşın aldığını, daha sonra uşaqlarının xətrinə Bakıya köçdüyünü bildirdi. «O vaxt indiki kimi deyildi, ev satmaq, ev almaq müşkül iş idi».
KÜÇƏLƏRİ QIZILDAN ŞƏHƏR VARMI?
Qonağımız «Bütün həyatı boyu dünyanın saysız şəhərlərini dolaşan Alim bəy hansı şəhərdə və nədən heyrətlənib, təəccüblənib?» sualını da cavabladı. «Vallah, o qədər sənətimi düşünürəm ki, ay soyuq dəyər, ay səsim yerində olmaz, ta konserti verib qurtarana qədər, küçələri qızıldan olmuş şəhər olsa da nə gəzə, nə heyrətlənə bilirəm. Həm də hər şey o qədər oxşar olur ki, mənə elə gəlir ki, eyni yerdəyəm». Səfərlərə çıxanda yüngülləşdiyini, beyninin sakitləşdiyini, ona yeni ideyalar gəldiyini də sözlərinə əlavə edən qonağımız konsertdən sonra şəhərləri gəzdiyini, hətta özünə pal-paltar aldığını da söylədi.
Səfərdəki Novruzlar da paxlavalı-şəkərburalı keçir—Tamilla xanımın sayəsində!
Novruz Bayramını baba yurdunda--Güzdəkdə qarşılayan Fərqanə xanım da telefonla proqramımıza qoşuldu. Səfərdə qarşıladıqları Novruzdan danışdı.
«Anam çoxlu şəkərbura-paxlava bişirib qoyurdu ki, gözünüz geridə qalmasın».
AY DƏDƏ, GÖYLƏRDƏN BEZMƏDİN?!
Fərqanə xanım bizim «Daim səfərdə həyat necə keçir?» sualımızı da cavabladı.
«Hərdən deyirəm ki, ay dədə, sən bu cür həyatdan bezməmisən? 30 ildir göylərdəsən! Düzdür, həyəcanlı anlar olur, bezdiyin, hətta təyyarədə qorxduğun anlar da olur. Amma düşünürsən ki, onsuz da nə yerdə, nə göydə tam rahat həyat yoxdur. Odur ki, biz atamla həm yerdə, həm göydə dostuq, bir yerdəyik».
Alim bəy lap Məşədi İbad kimi uçuşa «adətkərdə» olduqlarını da vurğuladı və «uçmasaq, xəstələnərik!»—dedi.