Əsgərləri daşıyan maşın dərəyə yuvarlanıb

«QAZ-66»

Aprelin 3-də Azərbaycanın Lerik rayonu ərazisində içində 18 əsgər olan «QAZ-66» markalı hərbi maşın aşaraq dərəyə yuvarlanıb.

Hadisə təxminən saat 15.30 radələrində Lerikin Yeni Günəşlı kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.

4 əsgər ölüb, 14-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lerik rayon Prokurorluğundan faktı təsdiqləyiblər.

Hadisə şahidlərinin ANS-ə verdiyi məlumata görə, qəzaya uğrayan maşında Sərhəd Qoşunlarının hərbi xidmətdən təxris olunan əsgərləri olub.