Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən kütləvi qətllə bağlı məhkəmə baxışı başlayıb.
Ötən il aprelin 30-da akademiyaya hücum olub. Gürcüstan vətəndaşı, 29 yaşlı Fərda Qədirov tələbə və müəllimlərə «Makarov» tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs binanın dəhlizində özünü də öldürüb.
İstintaq orqanı Fərda Qədirovun tanışları Nadir Əliyevi, Ariz Qabulovu, Cavidan Əmirovu və Nəcəf Süleymanovu da həbs edib. Həmin şəxslərin bəziləri cinayətdən əvvəlcədən xəbər tutub,bu barədə polisi məlumatlandırmamaqda təqsirləndirilirlər.
Prokuror Abdulla Yusifov ittiham aktını elan edib. Prokuror elan etməyə başlayanda təqsirləndirilənlər etiraz ediblər, etiraz əlaməti olaraq arxalarını çeviriblər. Hakim məhkəmənin işini pozduqlarına görə onlara xəbərdarlıq edib.