İstanbuldakı “Ötüken” nəşriyyatının sahibi Erol Kılınçın “Azadlıq” radiosunun “Oxu zalı”na müsahibəsi. E.Kılınçla Azadlıq Radiosunun İstanbul müxbiri Mais Əlizadə söhbətləşib.
M.Ə. Bu işə başlamanızın üzərindən 20 il keçdimi? Sovet ittifaqı dağılarkən Türk dilli ölkələrdən kitablar çap etməyə başladınızmı?
E.K. Biz bu işə Sovet ittifaqının ən təzyiqçi dövründə - 70-ci illərdə başlamışıq.
O vaxt Bəxtiyar Vahabzadənin və Nəbi Xəzrinin kitablarını çap etdik.
Bizə o dönəmdə “Turançı” deyib irqçilikdə günahlandırırdılar.
Nəşriyyatımızın ilk 50-60 kitabı arasında Vahabzadə və Xəzrinin də kitabları vardır.
M.Ə. Niyə məhz Vahabzadəni və ya Xəzrini seçdiniz? Onlar o vaxt Türkiyədə tanınırdımı?
E.K. Yox, o vaxt onları Türkiyədə tanıyan yox idi. Biz onların şeirlərini oxumuşduq; xaricdəki Türklərə də böyük marağımız vardı.
Ona görə də onların şeirlərini bir yerə toplayıb çap etdik.
O vaxt Sovet ittifaqı ilə Türkiyə arasında mədəniyyətə dair saziş olmadığına görə, biz o şairləri burada rahat çap edə bilirdik.
O tərəfdə də Türk şair və yazarlarını rahatlıqla çap edə bilirdilər.
Bizim o bölgələrə marağımız həmişə davam etdi.
80-ci illərdə Londonda yaşayan Krımlı Türk dilli yazıçı Cengiz Dağcının kitablarını çap etdik.
Sovet ittifaqı dağılarkən biz bu mədəniyyət ortamını canlı tutmağın lazım olduğuna inandıq və Türkiyədən kənarda olan Türk xalqlarının ədəbiyyatını burada tanıtmaq işinə davam etdik.
Azərbaycan Türkiyə ilə Türk dünyası arasında ən vaz keçilməz mədəniyyət, siyasət və strategiya körpüsü olduğuna görə, bizim üçün başqa önəmi var.
Biz Azərbaycanı Anadolunun davamı sayırıq. Bu gün də dövlətlərimiz arasında “Bir millət, iki dövlət” anlayışı hakimdir.
Bəzi səbəblərə görə, arabir narazılıqlar olsa da, xalqlar arasındakı bu qardaşlığı heç kim poza bilməz.
Nəşriyyat olaraq ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirmək üçün Azərbaycandan bir çox kitab çap etdik.
Anarın, Elçinin, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Kamal Abdullanın kitablarını çap etmişik.
İzmirdəki Egey universitetinin kafedra müdiri, Azərbaycan ədəbiyyatını yaxşı bilən professor Ali Yavuz Akpınar kitabları seçərkən bizə yol göstərir.
Çingiz Aytmatovun kitablarını biz buraxdıq.Türkmən, özbək yazıçı və şairlərinin əsərləri də bizdə çıxdı.
Tarixçi alim İsmayıl Məmmədovun “Türk Qafqazında siyasi və etnik struktur: əski dövrdən bu günə qədər” kitabını çap etdik.
Filosof Səlahəddin Xəlilovun “Şərqdən Qərbə fəlsəfə körpüsü” kitabı çıxdı.
İndi həmin müəllifin “Romantik şeirdə Şərq-Qərb məsələsi” adlı kitabı çıxıb. Könül Bünyadzadənin “Şərqdə və Qərbdə irrasional düşüncənin səviyyələri” adlı kitabı da nəşriyyatımızda işıq üzü görüb.
Kitab ərəb ədəbiyyatının tədqiqatçısı Aida İmanquliyevanın xatirəsinə həsr edilib. Əbülfəz Süleymanlının “Millətləşmə prosesində Azərbaycan Türkləri” əsəri da nəşriyyatımızın kitabları arasındadır.
Özbəkistanın müxalif lideri Məhəmməd Salehin “Türküstan şüuru” kitabı bizdə çapdan çıxdı.
Professor Füzuli Bayatın “Türk mədəniyyətində qadın şaman” və bir neçə başqa kitabını çap etdik.
Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanlarını Türk oxucusuna biz tanıtdıq.
Bu yaxınlarda Elçinin ədəbi düşüncələrini ifadə etdiyi “Qırx ambar” kitabını çap edəcəyik. Şəhriyarın Türkcə bütün şeirlərinin öz əksini tapdığı kitab mənim çox ürəyimdən olub. Yusuf Gədiklinin hazırladığı kitabı biz 4 dəfə çap etmişik.
M.Ə. Şəhriyarın kitabı üçün sizə ayrıca təşəkkür düşür.
E.K. Sağ olun.
M.Ə. Siz bu işə 70-ci illərdə ideallarınızın diqtəsi ilə başladığınızı dediniz. Ancaq nəşriyyatın sahibi özünüz olduğunuza görə, ortaya belə bir sual çıxır: bu kitabları satıb pul qazana bildinizmi?
E.K. Bunların heç biri bizə pul qazandırmayıb.Bir quruş da pul qazanmamışıq.
M.Ə. Elə isə nəşriyyat bu kitabları sadəcə sizin ideallarınız naminə çap edirmi? Bəs işin maddi tərəfini hecə həll edirsiniz?
E.K.Biz artıq bu kitabları çap etməmək üçün qərar qəbul etdik. Çünki çap etdiyimiz kitablar əlimizdə qalır. Ambarlarımızda yer qalmır.Bu kitablar həm bizə heç nə qazandırmır, həm də əlavə yük olur.
Bu vəziyyəti düzəltmək lazımdır.Azərbaycanla Türkiyə arasında mədəniyyət körpüsü ola biləcəyini umduğumuz bəzi adamlara tövsiyələr etmək istərdim.
M.Ə. Bu kitabların çap edilməsi üçün müştərək bir fond yaradıla bilməzmi?
E.K. İşin fondla əlaqəsi yoxdur. Fond da yaradıla bilər. Ancaq hər iki ölkənin mədəniyyət nazirlikləri var.
Azərbaycanda və Türkiyədə xeyli kitabxana vardır.
Bizim təklifimiz budur:hər kitabdan 500 ədəd alıb Azərbaycandakı kitabxanalara qoysalar, Azərbaycan yazıçı, şair və alimlərinin Türkiyədə çap etdiyimiz kitabları da bizə əlavə yük olmaz. Eyni şeyi bizim mədəniyyət nazirliyi də edə bilər.
Ancaq Türkiyənin siyasətçilərində kitab şüuru yaranmamışdır.
Ona görə də Türkiyədəki siyasətçilərin bu iş barədə düçünmələrindən söhbət gedə bilməz. Bu, acı bir həqiqətdir.
Ancaq Azərbaycanda şairlər, yazıçılar, elm adamları dövlət işlərində çalışırlar.
Ona görə də onlar Türkiyədə təkcə “Ötüken” nəşriyyatını yox, bu işlə məşğul olan o biri nəşriyyatları da dəstəkləməlidirlər.
Onlar Azərbaycan ədəbiyyatının və ya elmi fikrinin burda çıxan hər nümunəsindən ən azı 500 ədəd öz kitabxanalarına almalıdırlar. Biz artıq dolmuşuq, kontingentimiz dolub.
Ona görə də qıraqdan gələn kitabları geri qaytarmaq məcburiyyətindəyik.Çünki hər kitabı zərərlə çap etmək bizim işimizi çox axsadır.
Siz fond deyirsiniz.Mən də deyirəm ki, mədəniyyət nazirlikləri və ya kitabxanaların bağlı olduqları nazirliklər öz ölkə şair, yazıçı və elm adamlarının bizdə çap edilən kitablarından 500 ədəd alıb kitabxanalara paylamalıdırlar.
Bu məqsədlə fəal çalışan bir şura da yaradıla bilər.Şura bir çox məsələyə vaxtında çarə tapar.
M.Ə. Çingiz Aytmatovun kitablarından da pul qazanmadınızmı?
E.K. Aytmatovun kitablarından, əlbəttə ki, pul qazandıq.
Ancaq bu iş bir yazıçı ilə bitmir.Bu qığılcımı hər iki tərəfdən üfürmək lazımdır ki, alova çevrilə bilsin.
Türk dünyasının əcnəbilərin müstəmləkəsi olmaqdan qurtulması, siyasi və iqtisadi cəhətdən müstəqil olması ölkələrimiz arasındakı mədəni bağların gücləndirilməsindən keçir.
Biz mədəniyyət sahəsində şüurlu şəkildə əməkdaşlıq etməliyik.Bizim mədəniyyət məsələlərini ön planda tuta bilən siyasətçilərin layihələrinə ehtiyacımız var.
Mən bunun Türkiyədə yapılmasını umuram.Ancaq Türkiyədəki siyasətçilərin beynində “kitab” məfhumu yoxdur.
Azərbaycanda bu vardır.Ona görə də Azərbaycandan gözləntim daha böyükdür.