«Türkiyə Ermənistanla sərhədləri açmağa hazırdır, amma bunun üçün ilk növbədə Yerevanla Bakı arasındakı problemlər həll olunmalıdır».
Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İngiltərənin Oksford Universitetində keçirilən konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, Türkiyə-Ermənistan sərhədlərini açmaq kifayət deyil, Türkiyə regionda sabitliyə nail olmaq üçün Ermənistan və Azərbaycan sərhədlərinin də açılmasını istəyir.
Həmçinin Baş nazir Rəcəb Tayyib Ərdoğan bundan öncə Dağlıq Qarabağ probleminin Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesini əngəllədiyini demişdi.