"The İndependent": "Deyəsən, Azərbaycanın yarısı onun atasına məxsusdur"

Tony Adams


Britaniyanın "The İndependent" qəzeti "Qəbələ" Futbol klubunun yeni meneceri Toni Adams haqqında reportaj çap edib. Qəzet yazır ki, "transferlər və inkişaf üçün “hüdudsuz maliyyə imkanları” var. Pulun haradan gəldiyi isə bir müəmmadır.

Klubun prezidenti Tale Heydərov London İqtisadiyyat Məktəbində təhsil almış 25 yaşlı azərbaycanlıdır. O ölkənin Fövqəladə Hallar nazirinin oğludur. Nazirin çoxlu pulu olması barədə söz-söhbət var, hərçənd ki, nazir kimi onun bizneslə məşğul olmağa ixtiyarı yoxdur.

Qəzetin yazdıqları haqqında daha ətraflı "Korrupsiometr" saytında tanış olun.