Axşamınız xeyir, əziz futbol həvəskarları! Bu gün milli yığmamız meydandadır.
Şitlərdə nümayiş etdirilən halal kolbasaların, toyuq dönərinin, dermantin ayaqqabıların, attestat və diplomların, bələdiyyə,deputat və icra başçısı yerlərinin, elmi dərəcələrin, hərbi biletlərin, qul bazarlarının… bər-bəzəkli reklamlarıdı.
Bəri başdan xatırlatmaq istəyirəm ki, matçdan sonra ölüsü-ölüsü 7 milyon manatlıq fişəngi şəhərimizin səmalarına buraxıb atəşfəşanlıq edəcəyik.
Fasilə zamanı estirada müğənnilərimizin vətənpərvərlik ruhunda konserti olacaq, bizdən ayrılmayın!
Aha, deyəsən, oyun çoxdan başlayıb! Axırıncı vaqon, qapını burax!
Göründüyü kimi top Ramiz Mehdiyevdədi. Ramiz meydanın ortasıyla irəliləyir və topu Oqtay Əsədova ötürür.
Oqtay başüstə deyərək topu başı ilə qəbul edir, lakin Hacıbala Abutalıbov topu onun əlindən alır. Hacıbala bu yerdə lap fontan eləyir və qüvvətli zərbə ilə topu irəli vurur.
Topu Murtuz Ələsgərov sinəsi ilə qəbul edərək Oqtayı və Hacıbalanı aldadıb meydanın kənarı ilə şumlaya-şumlaya sürətlə irəliləyir. Kəmaləddin Heydərovdan çox maraqlı bir oyun: o, yıxılaraq topu sürətlə irəliləyən Murtuzun əlindən alır və qalxıb cərimə meydançasına tərəf irəliləyir.
Budur o, topu Ziya Məmmədova ötürdü.
Ziya topla irəliləyir,lakin topu onun əlindən Rövnəq Abdullayev alaraq geri, öz dostuna, Məzahir Pənahova ötürür. Məzahir topu başı ilə qəbul edir və topla xeyli irəliləyir. Gözəl oyun göstərir, Hacıbalanı və Rövnəqi keçərək cərimə meydançasına daxil olur və…güclü zərbə ilə topu qapıya vurur. Lakin qapıçı İlham Əliyev öz yerindədir.
İlham yıxılaraq topu çox çətinliklə tutur. O, topu bir neçə dəfə yerə vuraraq atıb-tutur və var gücü ilə meydançaya daxil edir. Top Vasif Talıbovdadı, Vasif topla irəliləyir və topu Elmar Məmmədyarova ötürür.
Elmar sevinmiş topla irəliləyərkən… ayyyyayyay, Rövnəq onu çox gobudluqla yıxır.
Cərimə! Görəsən cərimə zərbəsini kim yerinə yetirəcək? Azarkeşlər üçün onu da deyim ki, bu oyun Murtuzun sonuncu oyunudur, özünün də etiraf etdiyinə görə artıq o, idman yaşını ötüb keçmişdir, lakin mən deyərdim ki, millimizin azarkeşləri onun oyunlarını uzun müddət xatırlayacaqlar.
Bəli, qapıçı İlham çox narahatdır, o, müdafiəçiləri önündən dağıtmağa çalışır. Aha, demək, cərimə zərbəsini Məzahir vuracaq. Vurur! Ayyyayyay!
Qapıçı İlham atılaraq topu çox məharətlə qapı dirəyinin üstündən geri atır.
Görünür zərbə çox güclü idi. Küncdən zərbə! Küncdən zərbəni Ramil Usubov vuracaq. Küncə basdırılmış dubinka ona çox mane olur, lakin topu birtəhər öz yerinə qandallayır və qətimkan tədbirilə güclü zərbə vurur. Top cərimə meydançasına daxil olur! Misir Mərdanov! Misir irəli atılaraq topu başıyla düzbucaqlı üçbucağın kateti tərəfə vurur.
Top təsadüfən qapıya tərəf istiqamətlənir. İlham topu asanlıqla tutur və onu güclü zərbəylə irəli vurur. Bəli, Artur Rəsizadə buradadır. Artur topla irəliləyir, Rövnəqi aldadaraq meydanın yan xətti ilə bir ayağı üstündə qaçır.
Top Murtuzun ayağına dəyərək meydandan çıxır. Aut! Vasif topu Naxçıvandan meydana daxil edir.
Anar Rzayev başla oynayır. Məncə gələn çempionatda bu oyunçunu da görməyəcəyik. Nə qədər təəssüflənsək də yaş öz işini görür, əlbəttə. Yaxşı, gəlin kövrək mövzulara toxunmayaq.
Aha, Anar irəliləyir, ətrafina göz gəzdirir və Yazıçılar Birliyini remont eləyir. Görək indi o, topu kimə ötürəcək? Əlbəttə, mən belə də bilirdim! Top Murtuzdadı, Misir topu onun əlindən fırıldaqla alır və sağ tərəfə, Hacıbalaya ötürür. Hacıbala boynunu bükərək gülə-gülə bulvarla irəliləyir. Nə oldu ona, niyə yıxıldı görəsən?
Ax, belə de! Onun ayağına qanqal batibmış.Heyhat,o, ayağını tutaraq yerə yıxılıb. Həkim heyəti ona tərəf qaçır. Hacıbala əli ilə “zamen” istəyir. Heyif, Hacıbala çox güclü oyunçu idi.
Bəli, komandada dəyişiklik edilir, Tagı Əhmədov oyuna daxil olur. Hakim topu göyə atır. Tağı ilə Misir göydə baş-başa dəyir. Lakin onlar yerə düşən kimi qucaqlaşıb öpüşürlər.
Top Anardadı, Anar Ramizlə oynayır, Ramiz topu Kəmaləddinə ötürür.
Kəmaləddin Artura atır, Artur baş ilə oynayarkən protez dişi yerə düşür. Oqtay otlar arasından onun qızıldişli protezini taparaq öz maykasına silir və dişi doğma sahibinə qaytarır. Bu zaman Anarla Misir də ora gəlirlər. Ramil topu güclü zərbə ilə irəli vurur. Top gedib MTN-in zirzəmisinə düşür.
Dəmir çarpayıda mürgüləyən Hacı Məmmədov yerindən dik atılaraq topu qucaqlayır. Hakim topu ondan tələb edir. Hacı deyir ki, mən topun üstünə mütləq öz qolumu çəkməliyəm.
Hakim əlacsız qalıb razı olur. Hacı topa bir dənə şəkil, altından da qol çəkir. Ziya topu dördüncü platformadan ataraq oyuna daxil edir. Ekranlarınızda görürsünüz, Hacıbala artıq sancaqla ayağından qanqalı çıxarıb, oturub ağız şirinliyi ilə millimizə azarkeşlik eləyir. Göründüyü kimi o, gah gülür, gah da səbəbsiz aglayır.
Bəli, Məzahir topu sinəsilə saxlayır və onu cəld Oqtaya ötürür.
Oqtay Murtuzla oynayir, Murtuz Ramilə pas atır, Ramil topu qabağında teyləyərək irəliləyir.
Sonra o, dəqiq pasla topu Tağıya ötürür, Tağı topu DEPO-dan Misirə ötürür, Misir kərpic dəftərinin qırmızı cızığı ilə xeyli irəliləyir və topu Vasif tərəfə vurur.
Vasif pası Anara ötürür, Anar ədəbi-bədii vəziyyətdə başı ilə topu Artura verir, Artur təmiz rusca irəliləyir.
Elmar topu Arturun əlindən almaq istəyir. Lakin Artur tullanaraq irəli adlayır və topu Ramizə atır. Ramiz meydanın ən boz tərəfi ilə irəliləyərək Ramili, Kəmaləddini və Murtuzu ötür və topu Misirə ötürür. Məzahir topu onun əlindən almaq istəyir, lakin kvorm olmadığına görə oyun gobud alınır. Misir yıxılaraq dombalaq aşır.
Budur, hakim müşavirə otağından qaça-qaça onların yanına gəlir, Görəsən nə göstərəcək? Bəli, belə də olmalıydı! Hakim Məzahirə qirmızı mandat göstərir.
Tamaşaçılar tərəfindən fitə basılmağına baxmayaraq, doğurdan da, hakim düzgün qərar çıxardı. Bəli, Məzahir meydançanı tərk edir. Cərimə zərbəsi! Vasif hazırlaşır deyəsən.
Vasif topu “Şöhrət” ordeni ilə qapı ağzına qaldırır. Oqtayla Ramiz baş ilə oynamaq istəyirlər, onların başı topa çatmasa da top onların tellərini yan darayır. Budur, top Ramildədir!
Təhlükəli vəziyyətdi! Ramil qapıya yaxınlaşır, qapıya vurmaq olar!!! O, topu Elmara ötürür, Elmar topun üstündə oturaraq xeyli fikirləşir, nə etməlidi, yadına sala bilmir, sağ əliylə sinəsində xaç çevirir və qəfildən hər şey yadına düşür. Elmar topu təsadüfən qapıya tərəf vurur və… QOOOOL!!!
Doğrudan da çox gözəl qol idi! Anoloqu olmayan bir qol idi!
Gözlənilməz bir qol idi! Gəlin, indi də bu gözəl qolun təkrarına baxaq. Çağırın bütün qonum-qonşuyu! Budur, Elmar irəliləyir, baxın, o, irəliləyərkən əl dırnaqlarını necə gəmirir?!!
Baxın, irəlilədikcə boynundakı qalstukunu səliqə ilə necə düzəldir?!! Aydınca görünür, baxın o, topu qapıya yönəldərkən ingiliscə necə təmiz danışır?!!
Baxın o, topu qapıya vuranda necə utanırdı, çəkinirdi…Bəli, bəli, o, çox utancaq oğlandır! Görmüsünüzmü o, xarici səfərlərdə Qarabağ haqda danışanda necə utanır? Demək olar ki, utanıb yerə girir…
Bəli, ekranlarınızda atılıb-düşən Hacıbaladı. Deyəsən heç onun xəbəri yoxdu, udan kimdi, uduzan kim, təki qol olsun… Qapının arxasında topdaşıyanlar da görsənirlər.
Siyavuşdu, Mübariz Qurbanlıdı, nə bilim, Zəlimxandı… Onlar da xeyli pərt görünürlər. Aperatorlar hətta Elman Bayraqdarı da göstərir, baxın, bayrağımızı dalğalandırır.
Ancaq məndən olsa ona deyərdim ki, kasıb oğlansan,sənin bayraqla nə işin? Bax, ağacı nə qədər desən uzada bilirsən, çıxart o bayrağı ordan, ağacın ucuna bir qarmaq tax, get dənizdən balıq tut, yedirt balalarına, vallah, bu vətənə daha yaxşı xidmət olardı…
Aha, gəlin baxaq görək, burda nə olmuşdu?
Deyəsən qapıçı zədələnib… Oho! Onun burnunun üstü qanayıb. Aha, aha, təkrarını göstərirlər! Yox, heç kim ona toxunmayıb.
Atılarkən burnunun üstü qapının toruna sürtünür. Həkimlər yardıma gəlirlər… Oqtay Şirəliyevdi, bir də Əli İnsanov. Ancaq İlham hələ oyuna davam eləmək istəyir.
Burnunun qanı kəsir, həkimlər gətirdikləri xərəyi meydançadan çıxarırlar…