Brayza Azərbaycana səfir təyin olunur

Mətyu Brayza

ABŞ-ın Azərbaycanda növbəti səfiri Mətyu Brayza təyin olunur. EurasiaNet.org saytının məlkumatına görə artıq qərar verilib və yaxın vaxtlarda bu barədə rəsmi elan veriləcək.

Mətyu Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub.

2009-cu ilin iyul ayından ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi boş idi. Azərbaycan hökuməti bu qeyri-müəyyənliyin ikitərəli əlaqələrə təsir etməsindən narahatlıq ifadə etmişdi.