Kür və Araz çaylarında suyun səviyyəsində azalma müşahidə olunmaqdadır.
Amma «Meliorasiya və su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə kritik vəziyyətin hələ də davam etdiyini bildirib. O deyib ki, vəziyyət bir qədər də gərginləşəcəyi halda Araz çayının kanal vasitəsilə başqa istiqamətə yönəldilməsinə başlanılacaq.
İndi ən kritik vəziyyət Saatlı və İmişli rayonları arasındakı Sarısu gölü ətrafındadır. Gölün ətrafındakı bənd bir neçə yerdən dağılıb.
Sarısu ətrafında olan Hacıqasımlı kəndində dağılan bəndi bağlamaq hələlik mümkün olmur, hazırda su 6-7 kəndin əkin sahələrinə axmaqdadır.
Kəndin icra nümayəndəsi Əlbilal Əsədov: «Bənd bağlanmasa, əkin sahələri dolandan sonra su evlərə doğru axmağa başlayacaq. İndi burda qızğın iş gedir ki, həmin bəndi bağlasınlar, yaşayış məntəqələri su altında qalmasın».
Daşqın bölgəsində olan AzadlıqRadiosunun müxbirinin verdiyi məlumata görə, mayın 22-də İmişli və Sabirabad rayonlarının Sarısuya yaxın bir neçə kəndi su içində qalıb.