Bunu AzadlıqRadiosuna Azərbaycanın «Eurovision 2010» müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirir.
«İTV-nin şöbə rəhbəri Tahir Məmmədli demişdi ki, Səfurənin çıxışında hansısa sürprizlər ola bilər. Sürprizlər varmı» sualına Adil Kərimli belə cavab verib:
«Sürprizlər geyimlə, səhnənin dekorasiyası ilə bağlı idi. Bu yeniliklər açıqlanmırdı. Biz bunu sürpriz kimi təqdim edirdik. Bu gecə biz onları nümayiş etdirəcəyik. Düzdür, siz bunları məşqlərdə də izləmisiniz. Amma bir neçə düzəlişlər olub»...
Bu müsahibənin səs yazısını burada dinləmək olar
Səfurə Əlizadə «Telenor Arena»nın səhnəsinə sıraca 7-ci çıxacaq. Yarımfinalda iştirak edən 17 ölkə nümayəndəsindən yalnız 10-u yarışı davam etdirəcək.
Yarımfinalın iştirakçıları:
1. Litva
2. Ermənistan
3. İsrail
4. Danimarka
5. İsveçrə
6. İsveç
7. Azərbaycan
8. Ukrayna
9. Hollandiya
10. Rumıniya
11. Sloveniya
12. İrlandiya
13. Bolqarıstan
14. Kipr
15. Xorvatiya
16. Gürcüstan
17. Türkiyə
5 ölkənin nümayəndəsinə birbaşa finala vəsiqə verilib. Bunlar müsabiqəni keçirən Norveç, habelə Böyük Britaniya, Almaniya, Fransa və İspaniyadır.
Bundan başqa, birinci yarımfinaldan Moldova, Rusiya, Serbiya, Bosniya-Herseqovina, Belçika, Albaniya, Yunanıstan, Portuqaliya, Belarus və İslandiya finala vəsiqə qazanıblar.
Estoniya, Slovakiya, Finlandiya, Latviya, Polşa, Malta və Makedoniya isə finaldan kənar qalıblar.