«Azadlıq»: Əliyev Türkiyəyə getməkdən qorxur
Prezident Administrasiyasında hesab edirlər ki, İlham Əliyevin Türkiyə ilə İsrailin qarşı-qarşıya gəldiyi bir vaxtda Ankaraya səfəri Azərbaycan hakimiyyəti üçün istənilən halda xoşagələn nəticə verməyə bilər.
İlham Əliyev Türkiyəni qardaş ölkə sayır, eyni zamanda İsraillə sıx əməkdaşlıq edir. İndisə dövlət başçısı ya Türkiyənin, ya da İsrailin yanında olmaq məcburiyyətində qalıb. Məlumatlara görə, Prezident Administrasiyası iki variantın üzərində dayanıb:
1. Səfər qaz sazişi ilə bağlı olduğuna görə, İlham Əliyevin yerinə Türkiyəyə Rövnəq Abdullayev göndərilir və bu, dövlət başçısının iş qrafikinin sıx olması ilə izah edilir.
2. Ümumiyyətlə səfər qeyri-müəyyən vaxta təxirə salınır. Məlumatlarda qeyd edilir ki, bununla belə hakimiyyət hələlik gözləmə mövqeyi tutub. Ümid edilir ki, bəlkə Türkiyənin İsrail məsələsinə başı qarışdığından Ankaranın özü səfəri təxirə sala bilər.
«Yeni Azərbaycan»:
Parlamentin vitse-spikeri Bahar Muradova: «Düşünürəm ki, həm İsrail, həm də Türkiyənin məsələni sülh yolu ilə həll etməyə siyasi iradəsi çatacaq».
B.Muradova Türkiyənin dünyada oan qlobal təhlükələrə qarşı çox yüksək səslə öz mövqeyini bildirməsinin hər kəsə bəlli olduğunu deyib: «İstəməzdim ki, Türkiyənin yaxın qonşuları ilə hansısa bir problemi olsun və bu cür problemləri ürək ağrısı ilə qarşılayırıq».
«Yeni Müsavat»: Türkiyə «İsraillə müharibə olmayacaq» dedi
Türkiyə Baş nazirinin müavini Bülənt Arınc TRT-yə müsahibəsində bildirib ki, heç kim bu hadisəyə görə Türkiyənin İsrailə müharibə elan edəcəyini gözləməsin: «Bu, mümkün də deyil, doğru da deyil. Biz ancaq diplomatiya və hüquq müstəvisində hərəkət edəcəyik».
«Bizim yol»: İsrail sülh tərəfdarlarına işgəncə verib
Şahidlər İsrail ordusunun ifrat zorakılıqdan istifadə etdiyini, insanları öldürməklə yanaşı, işgəncə verdiklərini dilə gətiriblər.
Dünəndən etibarən Türkiyə vətəndaşları vətənə dönməyə başlayıblar. Onlardan biri, 13 aylıq uşağı ilə birlikdə İrsail ordusu tərəfindən nəzarətə götürülmüş S.Çətin də azad olunanlar sırasındadır. O, hadisə anını belə anladıb: «Ölənlərdən və yaralılardan neçəsinin türk və ya digər millətlərə aid olduğunu bilmirəm».
MÖVZUNU BURADA ŞƏRH EDİN