Qəzzaya yardım aparan gəmilərə İsrailin təşkil etdiyi əməliyyat Türkiyə siyasətindəki mübahisələri daha da alovlandırıb.
Siyasi şərhçilər BMT Təhlükəsizlik Şurasının İsraili qınayan qərarını müsbət, ancaq «əskik» kimi dəyərləndirdilər.
«HAMI SUSSA DA, BİZ SUSMAYACAĞIQ»
Baş nazir Ərdoğan Silahlı qüvvələr baş qərargahı rəisinin birinci müavini və Baş kəşfiyyat idarəsinin rəisi ilə görüşündən sonra Adalet və Kalkınma Partiyasının parlament qrupunun iclasında çıxış etdi. Maraqla gözlənilən çıxışında baş nazir Ərdoğan deyib:
«Hamı sussa da, biz susmayacağıq. Türkiyə Fələstin məsələsinə arxasını çevirməyəcək, gözünü yummayacaq. Türkiyə gənc bir qəbilə dövləti deyildir. Ona görə də heç kim Türkiyənin gücünü sınamamalıdır».
Baş nazirin müavini Bülənt Arınç «Heç kim Türkiyənin İsrail ilə müharibəyə girməsini gözləməməlidir», - dedi.
ƏRDOĞAN SAVAŞ MƏĞLUBLARINA NİYƏ BƏNZƏDİLDİ?
Müxalifətdəki Milliyyətçi Hərəkat Partiyasının parlament qrupunun iclasında çıxış edən partiyanın sədri Devlet Bahçeli isə baş nazir Ərdoğanı «savaş məğlublarına» bənzədərək belə dedi:
«Baş nazir tamamilə tükənmişdir, hökumət bitmişdir. Baş nazir Ərdoğan və hökuməti ağlını başına yığmalı, qurulan tələlərə düşməmək üçün yolun bu qovşağından bir an əvvəl dönməlidir».
Devlet Bahçeli Türkiyənin İsraildəki səfirinin müddətsiz şəkildə geri çağırılmasını və İsraillə hərbi əməkdaşlığa son qoyulmasını tələb etdi.
Xarici işlər naziri Ahmet Davutoğlunun İsraili «üzr istəməyə və təzminat ödəməyə» dəvət etməsi Türkiyədə «tarixi açıqlama» kimi qiymətləndirildi.
TÜRKİYƏ-İSRAİL MÜNASİBƏTLƏRİNİN DAVAMI...
«Radikal» qəzetinin Orta Şərq üzrə mütəxəssisi Cengiz Çandar baş nazir Ərdoğanın AKP-nin parlament qrupunda İsrailə qarşı sərt sözlər deməsinə baxmayaraq, heç bir konkret sanksiya göstərməməsinin arxasında Tayyip Ərdoğanın bu axşam Birləşmiş Ştatların prezidenti Obama ilə telefonda danışacağını göstərdi. Çandara görə, Ərdoğan hökuməti İsrail ilə bundan sonrakı münasibətlərində çox ciddi bir yol xəritəsi hazırlayacaq.
Yaşanan prosesləri AzadlıqRadiosuna dəyərləndirən «Milliyyət» qəzetinin beynəlxalq məsələlər üzrə şərhçisi Kadri Gürsel Türkiyə-İsrail münasibətlərinin bundan sonra əvvəlki kimi olmayacağını dedi. Gürselə görə, Qəzza blokadasının qaldırılması üçün ABŞ və Misir bütün imkanlardan istifadə etməlidir. Türkiyənin Aralıq dənizi sahilindəki dəniz bazasına terror təşkilatının hücumu ilə İsrailin «gəmi əməliyyatı» arasında məntiqi əlaqə qurmağa çalışan Kadri Gürsel, ölkədəki «kürd problemi» həll edilmədiyi müddətcə xarici qüvvələrin bundan istifadə edəcəyini vurğuladı.
ONE MİNUTE!
Bir çox şərhçi Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşməsini baş nazir Ərdoğanın 26 yanvar 2009-cu ildə Davosdakı «one minute» demarşına bağlasa da, əslində gərinliklərin izini daha əvvəlki tarixlərdə axtarmaq düzgün olacaq.
Belə ki, İsrailin Şimali İraqdakı xüsusi təyinatlı peşmərgələrə təlim verməsi və bölgədəki kürd üsuli-idarəsi ilə yaratdığı yaxın münasibət uzun müddətdən bəri Türkiyənin diqqət mərkəzində idi. 2006-cı ilin fevralında baş nazirin xarici məsələlərə cavabdeh o vaxtkı müşaviri Ahmet Davutoğlunun Hamasın Suriyadakı liderlərini Ankaraya dəvət etməsi Tel-Əviv tərəfindən xoş qarşılanmamış və İsrail bunun əvəzində terror təşkilatı ilə əlaqə yarada biləcəyini gizləməmişdi. İki ölkə arasında yazda nəzərdə tutulmuş hərbi təlimlərin ləğv edilməsinə isə Türkiyənin Tel-Əvivdəki səfiri Oğuz Çəlikkola İsrail xarici işlər naziri müavininin göstərdiyi diplomatik qaydalardan uzaq münasibət səbəb olmuşdu.
OBAMA ƏRDOĞANLA DANIŞACAQ
İki yaxın hərbi müttəfiq arasında münasibətlərin bu şəkildə gərginləşməsi bölgədə kimə fayda gətirir?
Cərəyan edən proseslərlə bağlı açıqlamalarını sərtləşdirən İranın və prosesləri pərdə arxasından izləyərək münasibət bildirməkdə təmkinli davranan Suriyanın.
Son illərdə İsrail liderlərindən çox Ankara və İstanbulda İran və Suriya rəhbərlərinin görünməsi Türkiyənin regiondakı siyasət dəyişikliyinin göstəricisi ola bilərmi?
Suala qənaətbəxş cavab tapmaq üçün Obama ilə Ərdoğan arasındakı telefon danışığını gözləməkdə fayda var. Danışıq təklifi Obamadan gəlib...