Bu ilin 5 ayı ərzində İşgəncələr Əleyhinə Komitəyə 80 müraciət daxil olub.
Bu barədə AzadlıqRadiosuna Komitənin sədri, ATƏT-in Bakı ofisinin həbsxana və müvəqqəti saxlanma yerləri üzrə eksperti Elçin Behbudov məlumat verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daha çoxdur.
Hüquq müdafiəçisi bildirir ki, 2009-cu ildə onlara edilən müraciətlərin ümumi sayı 140-a yaxın olub.
REZİN DƏYƏNƏK, TAXTA PARÇASI VƏ AYAQ ALTINA VURULAN ZƏRBƏLƏR
Müraciətlərdə həm Daxili İşlər Nazirliyinin, həm penitensiar sistemin, həm məhkəmələrin, həm də hərbi hissələrin adları çəkilir:
«İlkin ifadələr alınan zaman insanlara fiziki təzyiqlər göstərilməsi halları var».
E. Behbudov deyir ki, yenə də rezin dəyənəklə, taxta parçaları ilə bədənin müxtəlif hissələrinə, iz qalmadığı üçün əsasən də adamların ayaqlarının altına zərbələr endirilir:
«İndi həm də elektroşokdan istifadə edilir. Saxlanılan şəxsin bədəninə elektrik cərəyanı buraxmaqla onu istənilən sənədə imza atmağa, cinayəti boynuna almağa məcbur edirlər».
İŞGƏNCƏ ÜÇÜN İSTİFADƏ OLUNAN MÜASİR VASİTƏLƏR - BUTULKA VƏ VİDEOKAMERA
Hüquq müdafiəçisi deyir ki, bir neçə gün əvvəl ona daha bir işgəncə faktıyla bağlı müraciət olunub:
«Bir nəfər bizim komitəyə gəlmişdi, mən təhlükəsizliyinə görə həmin şəxsin adını açıqlamaq istəmirəm. Dedi Elçin müəllim məni əliqandallı otuzdurdular, yanıma şampan butulkası qoydular, bir də videokamera gətirdilər. Bildirdilər ki, dediyimiz sənədlərə imza atmasan, səni zorlayıb, kameraya çəkib rüsvay edəcəyik. Mən də həmin rüsvayçılığa, təhqirə dözməyib deyilən sənədlərə imza atdım».
Amma hüquq müdafiəçisi həmin faktın hansı qurumda baş verdiyini açıqlamaq istəmir. O, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib araşdırma aparılmasını istəyib.
E. Behbudov deyir ki, etdiyi müraciətlərə həmişə bir cavab verilir: «İşgəncə faktları öz əksini tapmayıb».
«Amma sonradan görürsən ki, işgəncə halları ilə bağlı adları hallandırılan bəzi şəxslər cəzalandırılır».
E. Behbudov işgəncə hallarını daha çox peşəkarlıq səviyyəsinin aşağı olmasıyla əlaqələndirir. Cinayətin üstünü aça bilməyənlər işgəncə metodlarından istifadə edirlər.
RƏSMİ QURUMLAR İŞGƏNCƏNİ YAXINA BURAXMIRLAR
Amma hüquq müdafiəçisinin səsləndirdiyi fikirlərlə rəsmi qurumların heç biri razılaşmır. Onlar konkret faktlar istəyirlər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, indi polis orqanlarının bütün müvəqqəti saxlanma yerləri dünya standartlarına uyğundur. Beynəlxalq və yerli qurumların buna hər hansı iradları olmayıb. Nazirlik əməkdaşı hesab edir ki, müraciətlərin olması hələ işgəncə faktlarının olması demək deyil.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov da deyir ki, indiyə qədər beynəlxalq qurumlar həbsxanalarda olub, məhkumlarla ayrı-ayrılıqda görüşüblər. İşgəncə faktları olsaydı, həmin qurumlar bunu öz hesabatlarına salardılar.