Vikinqlərin avtoqolu, Portağalların cansıxıcı qələbəsi

Bi saniyədən sonra Simon Poulsen başı ilə vurduğu top öz qapısına girəcək

E qrupunun ilk matçında Hollandiya Danimarka ilə qarşı-qarşıya gəldi. Çempionatın finalının baş tutacağı Sokker Siti stadionunda keçirilən oyunda Hollandiya 46-cı dəqiqədə Simon Poulsen (öz qapısına) və 85-ci dəqiqədə Dirk Kuytun qolları ilə rəqibini 2:0 məğlub etdi.
ROBBEN OYNAMADI

Hollandiya millisinin ulduz futbolçusu Aryen Robben zədəsi tam keçmədiyindən baş məşqçi Bert Van Marvyik tərəfindən oyuna buraxılmadı.

ILK HISSƏ DARIXDIRICI KEÇDI

Oyundan öncə mütəxəsislər bol qollu bir matç proqnozlaşdırsalar da, gözlənilən olmadı. Xüsusilə birinci hissədə komandalar cəmi 4 təhlükəli hücum gerçəkləşdirə bildilər. Hollandiya Van Persi və Şnayder ilə, Danimarka isə Romm Edal və Bendtner ilə qola yaxınlaşdı.

İKİNCİ HİSSƏ QOLLA BAŞLADI

46-cı dəqiqədə Van Persinin sol cinahdan asmasını danimarkalı Simon Poulsen başı ilə uzaqlaşdırmaq istəsə də, topu öz qapısına göndərdi—1:0.

ELİA VƏ AFFELAY PORTAĞALLARI CANLANDIRDI

İkinci hissədə oyuna daxil olan Elia və Affelay Hollandiyanın cinahlarına canlılıq gətirdi. 85-ci dəqiqədə Şnayderin ötürməsi ilə topu qəbul edən Elia qapıya sərt zərbə vurdu. Qapı dirəyindən dönən top Dirk Kuytun önündə qaldı və Hollandiyanın 7 nömrəli oyunçusu topu boş qapıya vurdu—2:0.

Beləliklə, Hollandiya rəqibini 2:0 məğlub edərək çempionata 3 xalla başladı.

OYUNUN MARAQLI EPİZODLARINA BURADA BAX (FİFA.COM)