Oğurluq? Oğurluğu vaxtında siz etmisiniz, qardaş. O vaxtın büdcəsinə bax, indinin büdcəsinə bax. İnsafın olsun…
Müsavat deputat qrupunun üzvü Pənah Hüseynlə Milli Məclisin sədri Oqtay Əsədov arasında belə bir dialoq keçdi. İyunun 18-də parlament «2010-cu ilin Dövlət büdcəsi haqqında» qanuna prezidentin təklif etdiyi əlavə və dəyişiklikləri müzakirə olunarkən. Pənah Hüseynin dediklərinə az sonra qayıdarıq.
MİLYARDLAR HARA YÖNƏLƏCƏK
Bəri başdan bəzi rəqəmləri çatdıraq. Bu il büdcə gəlirlərinin 1 milyard 490 milyon manat, xərclərinsə 1 milyard 11 milyon manat artırıldığı bildirilir. Bununla da, gəlirlər 11 milyard 505 milyon manata, xərclərsə 12 milyard 275 milyon 3 yüz min manata çatdırılacaq. 1 barel neft 60 manat hesablanacaq. Maliyyə Naziri Samir Şərifov:
«Bu il büdcə iki istiqamət üzrə artırılacaq. Vergilər Nazirliyi xəttiylə toplanan gəlirlər hesabına 490 milyon manat, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer hesabına bir milyard manat…»
Samir Şərifov bildirib ki, büdcə gəlirlərinin 300 milyon manatı sel fəlakətinin fəsadlarının aradan qaldırılmasına yönələcək, 400 milyon manatı müdafiə xərclərinə əlavə ediləcək. 129 milyon manatı isə yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına
«DÖVLƏT NEFTİNDƏN TRANSFERLƏR 1 MİLYARD MANAT ÇOXALIB»
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov təbii fəlakətlə mübarizəyə ayrılan vəsaitin az olduğunu bildirib. Vahid Əhmədovun bu fikrini bəzi deputatlar da dəstəkləyiblər və gələcəkdə bu məsələyə yenidən baxılmasını təklif ediblər.
Amma Vahid Əhmədov diqqəti əsasən ona yönəldib ki, Dövlət Neft Fondundan transferlər çoxalıb:
«2010-cu ilin büdcəsini qəbul edəndə Neft Fondundan 4,9 milyard manat transfer olunmasını nəzərdə tutmuşduqsa, indi 5,9 milyard manat nəzərdə tutulur. İlbəil bu məbləğin artırılması müsbət hal kimi qiymətləndirilə bilməz. Başqa ehtiyat mənbələrindən istifadə olunmalıdır. Ya Dövlət Neft Fondunun əsasnaməsi dəyişməlidir, ya da əsasnamədə təsdiqlənmiş maddələrə əməl olunmalıdır».
«90 MANATA BİZİ SELDƏN QORUMALIYDILAR»
Müsavat deputat qrupundan Pənah Hüseyn isə ondan danışıb ki, imkan olmasına rəğmən büdcədən maliyyələşənlərin maaşları artırılmır. Deputat bildirib ki, neft gəlirləri müəllimlərin, həkimlərin, hərbçilərin, polislərin insan kimi yaşamasına sərf olunmalıdır. Onun qənaətincə, müəllimin və ya polisin rüşvət almasına səbəb maaşlarının çox az olmasıdır:
Pənah Hüseynin dediklərini dəstəkləyən Cəmil Həsənlisə sovet dönəmindən banklarda qalan əmanətlərin qaytarlımasına toxunub. O hökumətə müraciət edib ki, bu təxirəsalınmaz məsələ kimi gündəmə gətirilsin və əmanətlər daxili borc kimi tanınıb əhaliyə qaytarılsın.
«EVSİZ QALANLARIN ƏLEYHİNƏSİZ…»
Bu çıxışlara etiraz edən YAP-dan olan deputat Aydın Mirzəzadə isə deyib ki, büdcənin əleyhinə olanlar daşqınlar nəticəsində evsiz qalanların, Azərbaycan ordusunun daha modern silahla təchiz olunmasının əleyhinədirlər.
98 nəfər lehinə, 5 nəfər əleyhinə olmaqla Milli Məclis 2010-cu il dövlət büdcəsi haqda qanuna dəyişiklikləri qəbul edib.