Təbii fəlakətlə bağlı yaradılan Hökumət Komissiyasının köçürülmə qərarını su altında qalan kəndlərin bəzi sakinləri narazılıqla qarşılayıblar.
İyunun 23-ü səhər Sabirabadın su altında qalan kəndlərindən Qasımbəyli, Əsgərbəyli və Axtaçı sakinləri rayon icra hakimiyyətinin yaxınlığındakı məktəbin önünə toplaşaraq köçürülmələrinə etirazlarını bildiriblər.
Aksiya iştirakçılarından Qasımbəyli kəndinin sakini Fətulla Fətullayev deyir ki, çiy kərpicdən tikilmiş evləri çıxmaqla su altında qalan evlərin çoxu hələ də ciddi xəsarət almayıb. Onlar köçməkdənsə kəndlərindən suyun boşaldılıb ora qaytarılmalarını üstün tuturlar. Çünki bilirlər ki, köçdükləri yerdə təsərrüfatla məşğul ola bilməyəcəklər:
KÖÇSƏK, TƏSƏRRÜFATIMIZ ƏLDƏN ÇIXACAQ
- Onların bizə verəcəkləri standart evlər olacaq. Biz elə evlərə uyğunlaşa bilməyəcəyik. Ən çoxu da bizə 10-12 sot torpaq verəcəklər. Halbuki, burada ata-babadan qalma hektarlarla pay torpaqlarımız var. Əkin-biçinlə məşğul olurduq.
Aksiya iştirakçıları deyirlər ki, əslində onlar məmur maraqlarının güdazına gediblər. Hökumət Kürün səviyyəsini aşağı salmaqdan ötrü məhz bilərəkdən onların kəndlərini su altında qoyub.
Qasımbəyli kənd sakini Şərafət Musayev isə deyir ki, onları Kür yox, məmurlar yıxıb:
BİZİ KÜR YOX, MƏMURLAR YIXIB
İndi də bizə deyirlər ki, siz buradan köçməlisiniz. Çünki bura qorxuludur. Əslində heç bir qorxu yoxdur. Sadəcə öz məqsədləri var. Sarısu gölündə balıq vətəgələri var. Özlərinə balıqçılıq təsərrüfatları yaratmaq istəyirlər.
Aksiya iştirakçılarından Fətulla Fətullayev deyir ki, onların icra başçısı və polis rəisi ilə danışıqları da olub. İcra başçısı Heydər Abbasov əvvəlcə söz verib ki, onların tələbi yuxarı orqanlara çatdırılacaq. Daha sonra isə aksiya iştirakçılarına bildirilib ki, köçürülmə ilə bağlı qərarı Hökumət Komissiyası verdiyindən onlar bu qərara müdaxilə edə bilməzlər.
Hökumət Komissiyasının qərarında isə tək Sabirabadın yox, Saatlı və İmişli rayonunun da su altında qalan bəzi kəndlərinin köçürülməsindən bəhs edilir.
Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Axtaçı kəndləri kimi Saatlı rayonunun su altında qalan bəzi kənd sakinləri də indi təşviş içindədir və hökumətin köçürülmə qərarına etirazlarını bildirirlər.
Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri İlham Quliyev deyir ki, bu rayonda yalnız bir kəndin köçürüləcəyi gözlənilir:
HÖKUMƏT KOMİSSİYASI QƏRARINI DƏYIŞMƏYƏCƏK?
- Dəlilər kəndi köçməyəcək, Nərimankənd köçməyəcək, Musalı köçməyəcək. Bircə Novruzlu kəndi köçürüləcək.
O ki qaldı Növruzlu kəndinin sakinlərinin köçmək istəməməsinə, İlham Quliyev deyir ki, köçürülməyə düşən kəndlər Kür və Araz çayının yatağında yerləşirlər. Hökumət komissiyası araşdırma aparıb və həmin kəndləri köçürməkdən başqa etibarlı çıxış yolu yoxdur.
Ancaq iyunun 23-ü köçürülmə qərarına etiza edən evləri su altında qalan insanlar bəyan ediblər ki, hökumət onların tələblərini qulaq ardına vurmağda davam etsə, daha ciddi etiraz aksiyaları keçirəcəklər.
MİLLƏTİ QAÇQINLIĞA, ƏLƏ BAXANLIĞA ÖYRƏTMƏK OLMAZ
Kür Vətəndaş Cəmiyyəti Qərərgahının üzvü Oktay Güləliyev isə deyir ki, milləti qaçqınlığa, əla baxanlığa öyrətmək olmaz. Onun fikrincə, hökumət komissiyasının Arazın yeni bir qolunu açmaq layihəsi kimi bu kəndlərin köçürülmə planına da ehtiyac yox idi.
Oktay Güləliyev deyir ki, illərlə salınan infrasturukturları bir kənara atıb, insanları ilan mələyən düzə köçürmək əhəmiyyətsizdir. Üstəlik, nəzərə almaq lazımdır ki, insanlar orada ata-babalarının qəbirlərini qoyub gedəcəklər.
Oktay Güləliyev yada salır ki, hökumət son illər Kürün törədə biləcəyi fəalakətlərin qarşısını almaq üçün 400 milyondan çox vəsait xərcləyib. İndi bu vəsaitin üstündən keçib yeni kəndlər salmaq böyük bədxərclik olardı. Oktay Güləliyevin fikrincə, yeni kənd salmaqdansa, bənd vurma işlərinin gücləndirilməsinə, Kürün deltasının təmizlənməsinə önəm verilməlidir. Ən başlıcası isə Mingeçevir su anbarında suyun səviyyəsinin süni şəkildə artırılmasına imkan verilməməlidir:
SƏHLƏNKARLIQ, TƏNBƏLLİK, KORRUPSİYA
-Bu, hökumətin, daha doğrusu, bəzi məmurların səhlənkarlığından, tənbəlliyindən və korrupsiya iştahından irəli gəlir.
Köçürüləcəyi gözlənilən kəndlərin bəzilərinin 100-ə yaxın yaşı var. Həmin kəndlərin yaşlı sakinlərinin deməsinə görə, Mingəçevir Su Anbarının inşasından sonra onların ev-eşiklərinin su altında qalma təhlükəsi sovuşmuşdu. Ancaq son illərin baxımsızlığı yenidən onları fəlakətlə üz-üzə qoydu.