ATƏT-in Bakı Ofisi Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə sərbəst toplaşmaq azadlığı ilə bağlı birgə işçi qrupu yaradıb.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel məlumat verib.
Səfir deyib ki, birgə işçi qrupu sərbəst toplaşmaqla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan müraciətləri nəzərdən keçirmək və fərdi ərizələrə baxmaq üçün formalaşdırılıb. Onun sözlərinə görə, ATƏT nümayəndələri orada yalnız məsləhətçi qismində iştirak edəcək, son qərarı isə İcra Hakimiyyəti verəcək.