ƏVVƏLİ BURDA
Bayaqdan ağız deyəni qulaq eşitməyən məclisin üstünə elə bil su çilənmişdi. Akopun pəsdən, ancaq şirin, qəlbləri titrədən, yanıqlı, həm də dadlı səsi, bu səsin sanki bir ustad türk müğənnisinin boğazında qaynayaraq çıxması, sözlərin aydın tələffüzü dinləyənləri heyran etmişdi.
Mahnı qurtarcaq, Akop «Son misrasını unutdum, kendimdən yapdım, beni afv edin» - deyəndə Qafur Akopa yaxınlaşıb ilk dəfə onun üzündən öpmüş, uzun sürən şapalaq səsi kəsilənəcən bağrına basıb buraxmamışdı.
O gündən sonra istər Zəngibasarda, istər türklər yaşayan başqa kəndlərdə, rayonlarda, istərsə də İrəvanın özündə Qafuru ad gününə, kef məclislərinə, toya dəvət edəndə özüylə usta Akopu da gətirməsini xahiş edirdilər. Qafur istər İrəvan, istərsə Azərbaycanın özündə nəinki həvəskar oxuyanların, hətta tanınmış, peşəkar müğənnilərin sırasında belə Akop kimi türk boğazı ilə dəqiq oxuyan sənətçini dinləmədiyini oçerkində yazmışdı.
Təpəbaşına köçdüyü ilk günlər ışdən qayıdanda Qafuru narahat edən, ürəyində xof yaradan, xüsusilə gecəyə düşəndə, ceyillərin yığışdığı «Araluq» deyilən yerdən on beş, iyirmi addım aralı taksidən düşüb evə tələsəndə arxadan ona yaxınlaşan hənirtini duyaraq «Mi robbe!-bir dəqiqə» - sözlərini eşidir, arxaya çevriləndə kimsəni görməsə də eymənir, bədəni başdan ayağa ürpəşirdi.
Dərəçiçəkdə sovxoz direktoru işləyən dostu İrəvana gəlib bir axşam Qafura başının dəstəsi ilə iki restoranda qonaqlıq verərək onlardan ayrılanda Qafurun qolundan yapışıb «Məni qostinsiyaya ötür» - demiş, tək qalanda onun cibinə zolaqlı bank lentləri ilə bağlanmış bir dəst üçlük dürtərək «Cib xərcliyi!» söyləmiş, həmişə olduğu kimi azca itələşmə, dartışmadan sonra Qayfur təslim olmuşdu.
Elə həmin gecə «Hər dəfə maşınla gəlməyim onları qıcıqlandıra bilər» düşünərək bu gün «Araluq»dan bir tin aşağı taksidən düşərək səntirləyə-səntirləyə, ancaq inamla bəlkə günlərlə canına yığılan xofdan, vahimədən biryolluq qurtulmaq üçün, bəlkə içkinin təsirindən yaranmış cəsarətdən cavanlara yaxınlaşıb salam verdi, qınayıcı, bir az da ərk edirmiş kimi «Belə qonşuluqmu olar, bir-birimizi tanımırıq» - dedi, gülərək sözünə davam elədi «Menaq Deroyinem canançum.
Edel herruyits – bircə Deronu tanıyıram. Onu da uzaqdan»- dedi.Dumahlı başının ayıq qalmış bir qırıq yerindən həyəcanlı xəbər gəldi- «Çox danışsan, çox dayansan işlər korlana bilər». Əlini cibinə salıb bağlı pul dəstini onların qabağına – taxta masanın üstünə qoyaraq «Mi ban mıdatsek, desek inçek anum. Astvats qamena, mi uriş jamanaq miasin qnsdneq – bir şey fikirləşin, görün nə eliyirsiniz. Allah qoysa, başqa vaxt bir yerdə oturarıq, Bari qşer - gecəniz xeyirə» - deyib həmişəkindən fərqli olaraq qəlbində bir yüngüllük, arxayınlıqla onlardan uzaqlaşdı.
Səhərisi gün işə gedəndə Qafurun qabağını kəsən oğlan axşamkı pul dəstini cibindən çıxarıb ona uzadanda bir an Qafurun qanı qaraldı «Bəlkə xoşagəlməz söz demişəm» düşündü, oğlan pul dəstinə işarəylə «Burda iki yüz altmış yeddidi, bizə otuz üçü bəs elədi, hamımız təşəkkür edirik» - dedi. Qafur nə qədər cəhd elədisə də oğlan pulu geri almadı, «Dero belə məsləhət bildi» deyib uzaqlaşdı.
Qafur Təpəbaşına gəldiyindən on gün ötmüşdü, bu on gündə Qafur Reginanı nə iş yerində, nə də Akopun həyətində qadınların, qızların toplaşdığı su krantının yanında görmüşdü.
Stolüstü lampa işığında yazdığı cümlə ürəyincə olmadığından Qafur əsəbi-əsəbi onun üstündən üçüncü dəfə xətt çəkib, may gecəsində narın yağan yağışın xışıltısını dinləyəndə qapının ehmalca döyüldüyünü eşitdi.
Həyəcan içində qapını açanda Reginanı gördü, əlində qızılgül rəngli çətir var idi o, pıçıltıyla «Evə gec gəldim, gördüm suyumuz yoxdu» - dedi.
Qafur əyləşmək üçün yer göstərəndə Regina çətirini yığmadan döşəməyə qoydu, qəddini düzəldib başını tərpədərək buruq-buruq saçını geri atdı, gülə-gülə, işvə ilə yenə də pıçıltılı, musiqili səsiylə «Vedrəm dolana qədər... ancaq suyu azca açdım, şırıltısı xozeynini narahat etməsin» - dedi.
Qafur «Səni görmək istəyirdim, ancaq bilmirdim işdə kimdən soruşum» deyib yenə əyləşməsini xahiş edəndə Regina «Yəqin ki, qabım doldu, gedim» söylədi. Qafur «Bu dəqiqə sənin üçün dadlı bir kofe dəmləyəcəm» söyləyəndə Regina onun qabağını kəsib «Tələsirəm, uşaq ayılıb qorxar» - dedi, sonra əyilib çətirini götürüb başının üstünə tutdu, fırlada-fırlada «Axı heç demədin, buraları bəyəndin, yoxsa yox?» - soruşdu.
Qafur gülə-gülə «Özü də necə bəyəndim! İrəvanın mərkəzi elə buraymış. Hərdən Akop dayı ilə ikinci mərtəbədə nərd oynayırıq, oradan şəhərin hər yeri görünür» - deyəndə qat-qat gözəlliyini artıran gülüşüylə Regina «Sarı Təpə» də?... - söylədi. Sonra Bakıda olmadığını, oranı görmək istədiyini dedi, masanın üstündəki dağınıq vərəqlərə işarəylə nə yazdığı ilə maraqlandı, yaxınlarda qızını Moskvaya aparıb gözündəki azacıq çəpliklə bağlı həkimə göstərmək fikrində olduğunu bildirdi.
«Deyirdin arxivdə işləməyə gedəcəksən, bəlkə bir vaxta salaq?» söyləyəndə Qafur belə bir təklifi gözləmədiyindən fikirləşmədən «Olar, mümkündü» dedi. Regina əlləriylə tellərini qulağının arxasına yığaraq «Sənin çətirin varmı?» soruşdu. «Son vaxtlar yağışlar çoxalıb, gərək mən də özümə çətir alım...» - deyə Qafur cavab verdi.
- Yağışlı havalardan xoşun gəlirmi? Belə havalarda evdə oturmağım gəlmir. Bütün gecəni bu narın yağışın altında adamsız, sakit küçələrdə səhərəcən dolaşardım...
Gecənin bu vaxtı Reginanın onu gəzməyə dəvət edəcəyi ürəyinə damdı, etiraz edərsə, onun pərt olmaması üçün qabaqlamaq məqsədiylə “Reginacan, bu yağışlar məni də dəli eləyir, ancaq belə havalarda oturub nəsə yazmaqdan daha çox ləzzət alıram,”- dedi. Regina Qafurun otağına ayaq basandan indiyə kimi yağış bir neçə yol güclənib yenidən narın yağmağa başlamışdı.
Bayırda, krantın altında siçan quyruğu nazikliyində axan su bəlkə iyirmi, bəlkə otuz dəfə Reginanın vedrəsini doldurub daşırmışdı.
Qafurun son sözlərindən sonra Regina «Mən ümumiyyətlə, sözgəlişi deyirəm» - söyləmək istədi, ancaq belə deməyə qüruru yol vermədi, sadəcə «Mən gedim, qızım oyanıb qorxar, sən də yazını yaz» - dedi.
Qafur qarşısındakı vərəqdən gözünü çəkib saata baxanda fasilə vaxtının çoxdan qurtardığını gördü, aclığını indi hiss elədi. Bufetə endi, kimsəni görmədi. Bufetçi qadına yaxınlaşıb salam verdi, ərklə «Nora doda-xala mənə bir şey saxlamısan?» - soruşub sözünə əlavə elədi «Canavar kimi acam, nəyin var?». Bufetçi qadın «Ancaq sorderka» - söylədi.
Qafur «Dünyanın ən gözəl yeməyidi!» - dedi, bufetçi qadın əlini telefona aparanda Qafur «İm kuyrıqıs, xıntrumem-mənim bacım, xahiş edirəm, ondan üçünü at suya, sonra danışarsan, ürəyim axıb gedir» deyəndə bufetçi qadın «Mi robbe-bir dəqiqə» deyib sorderkaları qaynar suya saldı, yenidən yaxınlaşıb telefonun dəstəyini qaldırıb daxili nömrəni yığdı, «Yesem... ha...ha eli...-mənəm... hə.... hə də» - deyib dəstəyi yerinə qoydu.
O, iki parça qızarmış təzə madnakaş çörəyi, bir fincan südlü kakaonu, xardalla sorderkanı masanın üstünə qoyanda Regina bufetə girdi, heç yana baxmadan piştaxtaya yaxınlaşdı, «Nora doda, vardeğes? – Nora xala, hardasan?» - deyərək çevrilib arxaya baxdı, Qafuru «Təsadüfən» gördüyünə «Çaşaraq» həyəcan içində ona yaxınlaşdı, «Çes yerevum-görünmürsən?» - deyib Qafurla üzbəüz əyləşdi, piştaxtaya sarı çevrilib «Nora doda...- Nora xala» - deyə səslədi. Qafur onun sözünü kəsərək – onsuz da sordekadan başqa bir şey yoxdur - deyib – Nora xala, bunları təkrar elə – ucadan qışqırdı.
Regina telini qulağının dalına yığdı, girdə yaraşıqlı, uzun boynunun az qala sonunacan uzanan firuzə qaşlı sırğası göründü, Qafur sırğaya işarəylə – Çox gözəl yaraşır- dedi. Regina tələsik «Nora xala- bircə stəkan kakao, vəssalam, onu da Qafura yoldaşlıq etmək üçün... səninlə işim var...».
Reginanın duruxa-duruxa danışmasından şübhələnən Qafur bayaq bufetçinin Reginaya zəng elədiyini indi anladı. Regina dirsəklərini masa üzərinə qoyub əllərini bir-birinə daraqlayaraq çənəsinə dayadı. İri, ala gözlərini geniş açaraq Qafura baxdı.
Qafur bu qaynar baxışların altında yalnız bircə an dözə bildi, nə qədər çalışsa da həyəcanını gizlədə bilmədi, ürəyi kimi əlinin də əsdiyini hiss elədi, nə vaxt çorəyi, nə vaxt sorderkanı dişlədiyini, nə vaxt kakaonu içdiyini bilmədi, bir də gördü kakao stəkanı vaxtından qabaq boşalıb, səsi titrəyə-titrəyə «Nora xala, mənə bir stəkan da kakao gətirin» - dedi. Qafur utandıqca sanki Reginanın cəsarəti daha da artırdı.
- Qafurcan, eşitdim Zeynəb Xanlarova gəlir. Məni də apara bilərsən konsertə, bilet tapa bilərsən?
- Mənim ondan xoşum gəlmir, ancaq sənə bilet tapa bilərəm. Özü də ikisini, üçünü...
- Onda lazım deyil.... Mən sənnən getmək istəyirdim... Regina tələsik çox irəli getdiyini düşündü, Qafuru azdırmaq üçün «Onun səsindən, mahnının musiqisindən başqa sözlərini də bilmək daha maraqlı olardı.
İstənilən şeyin mənim üçün yarımçığı yox, bütövü daha maraqlıdır» - deyib, stəkanı götürüb kakaodan bircə qurtum içib masanın üstünə qoydu, Qafurun həyəcanının sovuşduğunu, gözlərindəki utancaqlığın azalalıb getdikcə cəsarət və inamla əvəz olunduğunu açıqca hiss edəndə, qəlbinə yüngül bir kədər çökdü.
Dolu kakao stəkanını sürüşdürüb özündən uzaqlaşdırdı. İstilədiyinə görə iki əliylə açıq kürəyini örtmüş saçlarını qaldırıb yenidən buraxdı. «Yaxşı, hələlik. Nora xalaya sözüm var» - deyib ayağa qalxdı.
Həmin gecə Təpəbaşında bütün evlərdə işıqlar sönəndən sonra Regina yeri açıq yaşıl, gülləri çəhrayı rəngində çaydanıyla səssizcə Akopun həyətinə girdi, Qafurun pəncərəsində işıq görüb qapıya yaxınlaşdı, özünü toplayıb yavaşca qapını döydü.
Qafur ayağa qalxanda gözü divar saatına sataşdı, ikiyə iyirmi dəqiqə qalmışdı, «Kimdi?» soruşanda pıçıltıdan Reginanı tanıdı, qapını ehmalca açdı.
Reginanın bu gəlişi Qafurun ürəyincə olmasa da – Hametsek- Buyurun- deyib gülə-gülə qarşıladı. Əliylə onun içəriyə keçməsinə işarə elədi.
Regina içəri keçib qapının ağzında dayandı. Qafur nə qədər cəhd etsə də o bircə addım da ayağını irəli atmadı. «Qapının dalında dayanmaqla məni narahat edirsən» - bunu Qafur dedi. «Gündüz bufetdə də narahat olduğunu gördüm...» - bunu da Regina dedi, sonra bunları da əlavə elədi.
- Yatmadığın ürəyimə damdı... Qurtarmısan, yoxsa yenə yazacaqsan?
- Elə sən qapını döyəndə son nöqtəni qoydum...
- Ancaq elə bilirdim deyəcəksən, yazı sabahkı nömrədə getməlidi, hələ qurtarmamışam...
- Mənim yalan danışdığımı, çoxmu görmüsən?...
- Bufetə gəldiyimin səbəbini gizlətmək istəsəm də sən bildin. Utancaq olsan da çox həssasan.
- Mənim bildiyimi duymağın ikiqat həssaslıqdır.
- Gəldim bunu etiraf edim.
- Etiraf etmək böyüklük və səmimilikdir. Kofem hazırdı, isidim içək – deyib ayağa qalxanda Regina «Məni hasarın sonunacan ötür» – dedi.
Onlar may gecəsi sıx yarpaqlı üzüm çardağının altıyla səssizcə addımladıqca, azca aralı daş hasar boyunca sıralanmış qızılgül kollarının üstündəki qönçələr, yarıaçılmış qızılgüllər bədirlənmiş Ayın nuruna qərq olduğundan sanki bu gecəni yatmaq istəmir, öz xoşbəxtliklərini hiss elədiklərindən bihuşedici gözəl ətirini təmənnasız və böyük həvəslə ətrafa yayırdılar.
Regina ayaq saxladı, buta qızılgülləri göstərərək «Onlardan üçünü ver mənə» - deyəndə elə bil Qafuru bağışlanmaz günah üstündə yaxaladılar, verəcəyi cavabın Reginanın xoşuna gəlməyəcəyini bildiyindən «Bilirsən» - deyib, bir an duruxdu, sonra sözünə davam elədi. «Bilmirəm məni başa düşəcəksən, ya yox. Bunu bacarmaram. Birincisi, bunlar mənim deyil, icazəsiz... Bilirəm, mənə bir söz deməzlər.
İkincisi də mən heç vaxt gülü budağından, gövdəsindən sındırmağı, dərməyi bacarmıram, ürəyim gəlmir. Gör necə xoşbəxtcəsinə baxırlar, elə bil doğmalarını görüb, üzümüzə gülürlər, elə bil bayramlarıdı... Sabah «Örtülü bazar»dan gözəl bir buket alaram sənə. Hara deyirsən gətirərəm. Elə bazarın qabağındaca görüşək?»
Regina cavab vermədən bir neçə addım atdı. «Belə zəif, gücsüz olduğunu bilməzdim» - dedi. Qafur «Reginacan» - deyib susdu, fikrini hardan, necə başlamağını bilmədi. «Demək bunu zəiflik, gücsüzlük sayırsan» - söylədi.
Regina yenə susdu, bir an araya sükut çökdü. Hasarın qurtaracağında o, ayaq saxladı. Çardaqdakı tənəklərin budaqları seyrək olduğundan yarpaqlar arasından süzülən Ay işığı Reginanın saçında, çiynində, sifətində gah xətlər, gah da dairəciklər şəklində oynaşırdılar. Qabaq-qabağa dayanmışdılar. Qafur özünü günahkar saydığından, özünə bəraət qazandırmaq üçün nə isə sübut etmək istəyirdi.
- Bilirsən, dünyada bütün adamların hərəsinin içində bir-birinə bənzəməyən qorxu gizlənir. Yeri gələndə, məqamı çatanda üzə çıxır. Adam tanıyıram, canlı-cüssəli pəzəvəngin biridir, sənə deyim ayı ilə əlbəyaxa çıxmaqdan qorxmur, ancaq bir qıçı boyda, çəlimsiz arvadından qorxur, onun yanında aciz bir məxluq olur.
Reginanın dodağı qaçdı, Qafur onun təbəssümündəki kinayəni duysa da, onun kimə, nəyə aid olduğunu sezə bilmədi. «Hə...» - deyib sözünə davam etdi - adam var idman ustasıdı, yüksəklikdən, təyyarəyə minməkdən qorxur. Adam var qaranlıqdan, yaxud darısqallıqdan, nə bilim sudan, ilandan qorxur, adam var təklikdən, tənhalıqdan...
Qafur fikrini tamamlamağa macal tapmamış Regina onun əllərindən tutdu, bərk-bərk sıxaraq «O mənəm...» - dedi. Bir əliylə çaydanın qulpu qarışıq Qafurun əlini sıxdığını duyaraq əllərinin ikisini də çəkdi. «Uşaq mamamgildədi. Bəlkə gedək?...».
Regina istəyinin baş tutmayacağını hiss etdiyindənmi, qəfildən arzusunu üstələyən qürurundanmı «Bizə» sözünü demədi.
Regina «Bizə» sözünü deməsə də, onun evlərinə dəvət etmək istəyini Qafur dərhal duydu.
«Təpəbaşı-Qond», «Araluq»dakı ceyillərin, xüsusilə gözlərində cinlər oynaşan Deronun xofundanmı, Reginanın özünün çevikliyindənmi «Münasibətimiz azca dərinləşsə bunun əlindən yaxa qurtarmaq olmaz» düşünən Qafur xoşəgəlməz, gərgin anlardan uzaqlaşmaq üçün «Su doldurmaq yadınnan çıxdı» - deyəndə Regina cəsarətlə «Su-zad lazım deyildi. Təklikdən qaçıb gəldim» söylədi.
Deyəcəyi fikrin Reginaya necə təsir edəcəyini götür-qoy etmədən Qafur «Hələlik mənim sevgilim təklikdi. Tənha olanda ən səmimi anlarımı yaşayıram. Ona inandığımdan, bel bağladığımdan azad oluram, ürəyimdən keçəni edirəm...» - dedi.
Reginanın səbri tükəndi, Qafurun sözünü yenə kəsərək «Yoldaş centlemen, sən sadəcə ağıllı oğlansan, hasardan bayıra çıxma, burdaca ayrılaq, mən gedim öz qorxumun, təkliyimin qucağına atılım. Sən də öz azadlığının...»
Reginanın «Hasardan bayıra çıxma» sözləri Qafura bərk toxunsa da onun ardınca ürəksiz bir neçə addım ataraq «Sabah gülləri hara gətirim?» - deyəndə Regina geri dönmədən əlini havada yelləyərək «Betkçi-lazım deyil» - söyləyib sürətlə uzaqlaşdı.
Qafur səhər tezdən «Örtülü bazar»a gedib bəmbəyaz, buta qızılgüllərdən iri, yaraşıqlı buket bağlatdı.
Reginaya çatdırmaq üçün bufetçi Noranın yanına qoydu. Yeddi gün keçsə də befetdə piştaxtanın bir qırağında ülüşüməkdə olan bəmbəyaz qızılgül buketi qoyulduğu yerdəcə qaldı.
Reginadan ayrıldığı gecədən bir gün sonra Qafur səhər tezdən Akopla Ağanikin səsinə eşiyə çıxanda divar boyu sıralanmış qızılgüllərin bilövlənmiş oraqlamı biçildiyindən, ovxarlanmış dəhrə iləmi boynundan vurulduğundan başları ağara-ağara qalmış qızılgül gövdələrini görəndə yerində donub qaldı. Birinci özünü günahkar saydı «Üç, beş gülü qıymayanda, üzüb qoparmağa cəsarətin çatmayanda, belə olar» düşündü.
Sonra «Yəni onun işidir, yəni o belə amansızdır, hikkəlidir? Ola bilməz. Bəlkə başqa səbəbdəndir? Başqa nə ola bilər...”
Qafur Akopun da özü kimi gülləri qoparmağa, dərməyə ürəyi gəlmədiyini bilirdi. Ancaq onun kiməsə qoparmağı qadağan etdiyini də görməmişdi. Uşaqlar, qadınlar gül dərəndə onun, üzünü başqa tərəfə çevirdiyini, görməzliyə vurduğunun dəfələrlə şahidi olmuşdu.
Akop qabaqda, arvadı onun arxasınca qızılgüllərin kəsilib başları ağaran gövdələrinə baxaraq indi də hasarın o başından deyinə-deyinə evlərinə sarı gəlirdilər. Akop «Mən kimə qaşqabaq etdim, kimə olmaz dedim. Kahr olmuşlar! Lənətə gəlmişlər! Şöylələrinə gavur demişlər».
Zərinə Qafurun yanından ötdü, ata-anasına çatar-çatmaz «Mets martek, hinçkan em asel!? İnks lezvi çunek!! Harevanner lsumen, Amuta! Hinçkan es gexdot lezvin xoseluyek, tsez xntsorin, tsiranin, bollor derevnerin el qdreluyen...
Qam turkerenek xosum, qam asumek varteri serm İstanbulitsek berel. Srankin yerpek verç dalu. Es orvits çem etalu dbrotsin.- Yekə adamsız, nə qədər demişəm, öz diliniz yoxdu?!
Qonşular eşidir, ayıbdı! Nə qədər ki, bu murdar dildə danışacaqsınız, sizin alma, ərik, bütün ağaclarınız da kəsiləcək... Gah türkcə danışırsınız, güllərin toxumunu İstanbuldan gətirmişik deyirsiniz. Haçan bunlara son qoyacaqsınız. Bu gündən məktəbə getməyəcəm...»
Akop Zərinənin dediklərini eşitmədiyindən hələ də türkcə ürəyini boşaltmağındaydı. «Şöyle hayınlıkmı olur ya!.. Bunlar yapa bilseydiler, elleri yetseydi, göylerden Ayı , yıldızları da koparıverib çöle atardılar...».
Zərinə anasının qolundan tutub silkələyərək ağlamsına-ağlamsına «Asa, eli asa!!! - De də, de!!! Uşaqlar təzəcə ayamanı unutmuşdular. Bacım yenicə özünə gəlib... Elə bilirlər daha bu dildə danışmırsınız...»
Akopun ailəsi İstanbuldan İrəvana köçəndə qızlarından Nazan altı, Zərinə iki yaşın içindəydi.
O qədər də söz ehtiyyatı olmayan, hələlik beyni bu dünyanın uydurma yalanlarıyla çirklənməmiş uşaqlarla oynayan balaca Zərinə istər Təpəbaşında qonşu, istərsə getdiyi bağçada yaşıdlarıyla asanlıqla qaynayıb-qarışdı. Ancaq altı yaşlı Nazan danışanda tez-tez türk sözləri işlətdiyinə görə həm məhəllə, həm də bir sinifdə oxuduğu yoldaşlarından başı az çəkmədi.
Onu ələ salırdılar, «Türkdən dönmə» deyib acılayanda o cavab vermir, anasına çəkmiş iri, ala gözlərini hər dəfə açıb-yumanda dənər-dənər göz yaşları qızılgül rəngli zərif yanaqlarından süzülüb tökülürdü. İkinci sinifdə oxuyanda rəfiqələriylə «Qaçdı-tutdu» oynayarkən bir oğlanın onun qaçan rəfiqəsinə çatdığını görəndə ayağını yerə döyərək ermənicə «Şudara-şudara!» əvəzinə, türkcə «Çabuk ol! Çabuk ol» deyə həyəcanla qışqırdı.
O vaxtdan Nazanın ləqəbi «Çabuk» qaldı. Bəzən dəcəl, biçələk uşaqlar, bəzən də özünü Nazana doğma göstərən, ancaq onun paxıllığını çəkən rəfiqələri qəsdən ucadan onu «Çapuk» deyə çağırır, dərhal peşman olduğunu, bilmədən qəbahət iş tutduğunu rəfiqəsinə inandırmaq üçün üzünü turşudaraq başını bulayır, «Bağışla Nazan, çaşdım» deyir, beləcə onun ürəyini parçalayan bu ləqəbini yaddan çıxmağa, unudulmağa qəsdən qoymurdular. Bəzən Zərinənin yoldaşları, tanışları da onu əsəbləşdirmək, cırnatmaq üçün adını deyil, «Çapukun bacısı» deyirdilər.
Yaxşı geyinəndə, yaxşı qiymət alıb sevinəndə müəllimlər onu tərifləyəndə, kiminsə paxıllıqdan onu ayamasıyla çağıracağından ürəyi səksəkədə olan Nazanın qəlbinə narahatlıq çökür, qazandığı uğurun sevincini heç vaxt ürəyincə yaşaya bilmirdi.
Ağanik ərinin qolundan ehmalca yapışıb pıçıltıyla nəsə deyəndən sonra Akop ermənicə danışmağa başladı. «Axçi, curi şlanqi ber - ay qız su şlanqını gətir»- deyib kəsik kollara işarəylə «Varvumen, gides himi srank vonts curen uzum - yanırlar, bilirsən bunlan indi necə su istiyirlər» söylədi.
Zərinə hirslə-hikkəylə gəlib bayaqdan yerindəcə donub qalmış Qafurun yanından türyan ötdü.
O, istər küçədə, istər həyətlərində, bəzənsə lap evin ikinci qatındakı balkonda Qafurla üz-üzə gəlib qarşılaşanda ya salam vermədən onun yanından indiki kimi hirslə, ya da onu görmürmüş kimi saymazyana keçirdi. Nazansa rəfiqələri, yaxud qonşularıyla birgə Qafurla qarşılaşanda salamlaşmağa məqam tapmayanda başını aşağı salıb keçər, bir anlıq baxışları sataşanda başlarını tərpətmədən göz qapaqlarını sıxmaqla bir-birini salamlayar, həyətdə, yaxud balkonda kimsənin, yaxud Zərinənin görmədiyinə arxayın olanda hər ikisi gülümsəyər, bəzən Nazan hətta «İyi günlər, iyi sabahlar» - deyə Qafuru türkiyə ləhcəsində salamlayar, yaxud «Nasılsınız» - deyə kef-əhvalını xəbər alardı.
DAVAMINI BURDA OXU