ABŞ dövlət katibi Hillari Klintonun Bakı görüşləri çox maraqlı və səmimi keçib. Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi, regional məsələlər müzakirə olunub. Bunu xarici işlər naziri Elmar Məmmədyarov iyulun 4-də xanım Klintonla keçirdiyi brifinqdə deyib.
Hillari Klintonsa bildirir ki, tərəfləri ticarət əlaqələri, təhsil mübadiləsi birləşdirir. Çox dinamik mədəni, kommersiya münasibətləri mövcuddur. Hərbi sahədə əməkdaşlığı da nəzərə almaqla bütün sahələrdə əlaqələrin inkişafını müzakirə ediblər.
DEMOKRATİYA YOLU UZUNDUR
Hillari Klinton səfərində demokratiya, hakimiyyəti tənqid etdiyi üçün həbsdə yatan bloqçuların məsələsini qaldırıbmı? Xanım Klinton deyir ki, Birləşmiş Ştatlar demokratiyaya sadiq qalır:
«Son 18 ildə Azərbaycanda böyük irəliləyiş var. Biz isə daha çox iş istəyirik. Çünki, bu, həm ölkənin, həm də bu xalqın maraqlarına uyğundur. Biz bir çox məsələlərə dair çox səmimi müzakirə apardıq. Azərbaycanın demokratik gələcəyi daim Amerika siyasətinin diqqətindədir. Bizim çox əhatəli, hərtərəfli münasibətlərimiz var. Enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə, bütün bunlar bizi Azərbaycanda maraqlandıran məsələlərdir. Biz hakimiyyətin söz azadlığını, müstəqil medianı müdafiə etmək sahəsində cəhdlərini dəstəkləyirik. Biz daha çox iş görülməsinə çağırırıq. Əks halda demokratiya məhv ola bilər».
HƏBSDƏKİ BLOQÇULARA GƏLİNCƏ
«Mən əvvəllər də həbsdə olan iki gənc bloqçunun məsələsini qaldırmışam. Bu məsələ təkcə bizim deyil, bütün dünyanın diqqət mərkəzindədir. Biz inanırıq ki, Azərbaycanda inanılmaz tərəqqi baş verib. Ancaq Azərbaycan kimi gənc ölkələrdə gediləsi uzun yol var. Bu gün iyulun 4-ü- ABŞ-ın müstəqillik günüdür. Biz demokratiya yolunu 234 ilə keçmişik. Hələ də son məqsədə çatmamışıq».
Xarici işlər naziri Elmar Məmmədyarov da deyir ki, «Demokratiya quruculuğu daim Amerika-Azərbaycan münasibətlərinin əsasında durub. Biz inanırıq ki, demokratiyanın formalarından biri sabitlik və islahatlardır».
NEFT YOXSA DEMOKRATİYA?
«Siz dediniz ki, demokratiya məsələlərini müzakirə etmisiniz və dediniz ki, bu sahədə böyük irəliləyiş var. Amma beynəlxalq təşkilatların hesabatlarında deyilir ki, Azərbaycanda vəziyyət getdikcə pisləşir. Sizcə necədir? ABŞ-ın Azərbaycana dair münasibətlərində prioritet nədir, neft yoxsa demokratiya? Azərbaycandakı demokratlara mesajınız nədir?»
Bu suala cavabında Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar məqsədləri arasında ayrı-seçkilik saymır, çünki onlar bir-birilə əlaqəlidir:
«Demokratik islahatlar istənilən inkişaf etməkdə olan ölkə üçün bizim prioritetimiz olub. Azərbaycanda tərəqqi əsasən enerji və iqtisadi islahatlar, biznes qurmaq sahələrində baş verib. Təhlükəsizlik sahəsində davam edən əməkdaşlıq hər iki ölkə üçün önəmlidir. Demokratiya məsələsini daim qaldırırıq. Bu, bizim sizin ölkənin hökuməti ilə davam edən dialoqumuzun bir hissəsidir. Maliyyə Nazirliyi, Milli Bankla çirkli pulların yuyulmasıyla mübarizədə əməkdaşlıq edirik. Korrupsiyaya qarşı mübarizə diqqətimizdədir. Əməkdaşlıq edilən istənilən ölkəylə münasibətlərin gündəliyi bir çox məsələləri əhatə edir. Bu gün mən bir qrup gənclə görüşdüm. Mən bu imkanı yüksək dəyərləndirirəm. Bu, mənim birinci səfərimdir, ümid edirəm ki, yenə gələcəyəm və bu məsələləri müzakirə etməyə daha çox vaxtım olacaq. Biz konkret məsələlər barədə də danışdıq, demokratik islahatların yolları barədə danışdıq. Mən indi olduğu kimi gələcəkdə də bunu edəcəyəm».
«POLİTBÜRO» HARA KÖÇÜB?
«Sovet ittifaqı dağılandan sonra Heydər Əliyev deyirdi ki, «Politbüro» Vaşinqtona köçürülüb, sizcə, bu hələ də belədir?».
Xarici işlər naziri Elmar Məmmədyarovun bu suala cavabı belə oldu:
- Biz inanırıq ki, Birləşmiş Ştatlar dünyada sülhün, rifahın yayılmasında maraqlıdır. Qarşılıqlı münasibətlərə gəldikdə, Birləşmiş Ştatlar bizə çox böyük layihədə, Bakı-Tbilisi-Ceyhan layihəsində dəstək verib. Həm Respublikaçılar, həm də Demokratlar bu layihəni dəstəkləyiblər və sonda da region üçün uğurlu bir layihə alınıb.
DÖVLƏT KATİBİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ BARƏDƏ
«Dağlıq Qarabağ münaqişəsinin tərəflərin iştirakıyla həllini dəstəkləyirik. Son bir ildə münaqişənin həlli və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması sahəsində böyük işlər görülüb. Təəssüf ki, görmək istədiyimiz dönüşü hələ görmürük. Region üçün daha çox inteqrasiya, daha böyük fəaliyyət mühümdür. Azərbaycan iqtisadi baxımdan ciddi inkişaf edir. Daha çox inteqrasiya olunmuş, regional bazar yaratmaq ideyası, sərhədlərin açılması, münaqişəyə son qoyulması Birləşmiş Ştatların siyasətinə uyğundur və hər kəsin marağındadır.
Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Helsinki prinsipləri çərçivəsində - ərazi bütövlüyü və hamının öz müqəddəratını təyin etmək üçün bərabər imkanlara malik olması şərti ilə həllinin tərəfdarıdır».
Hillari Klinton deyib ki, prezident İlham Əliyev və Elmar Məmmədyarovla görüşündə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üç ölkə prezidentinin imzaladığı bəyanatdakı fikirləri bir daha vurğulayıb:
«Birləşmiş Ştatlar Azərbaycan və Ermənistana dayanıqlı sülhə nail olmaqda və onu tətbiq etməkdə yardım edəcəklər. Sülhün son addımları hər zaman daha çətin olur. Amma biz inanırıq ki, sülh mümkün və vacibdir. Bu, təhlükəsiz və rifahlı gələcəyin şərtidir. Azərbaycan və daha geniş regionun əhalisinin sülh və əmin-amanlıqda yaşamaq, eləcə də Allahın onlara verdiyi potensialı reallaşdırmaq haqqı var.
ABŞ münaqişəni həll edə bilməz, amma bu istiqamətdə səylərdə əməkdaşlıq və yardım edə bilər. Qafqazın gələcəyi burdakı insanların əlindədir və mən əminəm ki, Azərbaycan insanları pozitiv bir gələcək imkanına malikdirlər».