«Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarı qüvvəyə minməyəcək».
Bu fikirləri Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Azərbaycan Avropa insan haqları məhkəməsinin hər bir qərarını yerinə yetirib, yerinə yetirilməyən qərar yoxdur:
«Amma Eynulla Fətullayevlə bağlı ölkə artıq böyük palataya şikayət edib. Ona görə də bu qərar qüvvəyə minməyəcək».
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Eynulla Fətullayevin işi üzrə bu ilin 22 aprel qərarına əsasən, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro məbləğində təzminat ödəməlidir.
Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.
2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir.