GƏNCƏDƏ İKİ MİLYON MANATA MƏKTƏB BİNASI
Gəncədəki 13 saylı məktəbin 1000-ə yaxın şagirdi bir il əvvəl 250 yerlik məktəb binasında təhsil alırdı. Təhsil Nazirliyi şagird sıxlığını nəzərə alıb 2008-ci ildə 960 yerlik yeni məktəb binasının tikintisini sifariş verir.
Məktəbin direktoru Hüsnay Mövluyeva deyir ki, yeni bina tikilməzdən əvvəl uşaqlar məktəbin həyətində qoyulmuş dəmir otaqlarda dərs keçirdilər:
«Qaçqınlar ki, Ermənistandan gəldilər, burda şagirdlərin sayı çoxaldı. Haradasa 1500-ə qədər şagird oldu. Yerləşmək mümkün deyildi. Ona görə kömək kimi dəmir otaqlar qoymuşdular. Şagirdlər orda təhsil alırdı. Çox ağır şəraitdə».
Gəncədəki 13 saylı məktəb dövlət büdcəsinə təqribən 2 mln. manata başa gəlib. O, Təhsil Nazirliyinin tikdiyi məktəblərdən biridir.
... AMMA DAHA BAHALILAR DA VAR
Ekspertlərin fikrincə, həm də ən bahalı layihələrdən biridir. Amma Bakıda məktəblər bundan da baha başa gəlir.
İqtisadçı-ekspert Qadir İbrahimli deyir ki, əgər Gəncədəki 13 saylı məktəbin bir sinif otağı 44 min manata başa gəlibsə, Bakıda eyni sinif otağı 80 minə gəlib çıxır.
Təhsil Nazirliyinin rəsmisi isə bu cür hesablamanı doğru saymır. Nazirlikdə Əsaslı Tikinti İdarəsi Texniki sektorun müdiri Elman Əzimovun sözlərinə görə məktəb təkcə sinif otağından ibarət deyil, orada başqa yardımçı sahələr də yaradılmalıdır.
LABORATORİYANIN AÇARI KİMDƏDİR?
Hüsnay Mövluyeva 13 saylı məktəbdə daha nələrin olduğundan danışır: «Üç laboratoriyamız, müasir standartlara cavab verən idman və akt zalı, kitabxanamız var. Yəni hər cür şərait yaradılıb».
Məktəbdə laboratoriyalar olduğunu həm direktor, həm də Təhsil Nazirliyinin rəsmisi deyir. Ancaq bu laboratoriyalara baxmağa dəfələrlə cəhd etsək də, məktəb müdiriyyəti qapıların bağlı olduğunu və açarların hətta direktorda belə olmadığını bildirdi.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə məktəblərə ayrılan vəsaitlərin niyə fərqləndiyini belə izah edir:
«Əsas səbəb tikinti materiallarının qiymətinin enib-qalxmasıdır. İkincisi, məktəblərin harada yerləşməsi, onların mərkəzdən nə qədər uzaqda yerləşməsi rol oynayır. Elə məktəb var, məsələn, Qubanın Xınalıq kəndində biz məktəb tikiriksə, tikinti materiallarının ora aparılması çox ciddi xərc tələb edir».
İqtisadçı-ekspert Qadir İbrahimli isə bildirir ki, region fərqi olsa belə, bu məsafə ümumi xərcdə 3-5 faizdən artıq olmamalıdır:
«Astara rayonun Rinə kəndində 18 sinif otağının tikintisi 96 min manata başa gəlib. Lənkəran rayonunda eyni həcmli məktəb isə 820 min manata başa gəlib. Təxminən 9 dəfə fərq edir. Özü də bunlar ikisi də cənub bölgəsindədir, eyni regiondadır».
BİRBAŞA MÜQAVİLƏNİN TENDERDƏN FƏRQİ YOXMUŞ?
13 saylı məktəbi Fərid MMC tikib. Təhsil Nazirliyi bildirir ki, bunun üçün şirkətlə tendersiz, birbaşa müqavilə bağlanıb.
Təhsil Nazirliyinin Əsaslı Tikinti idarəsi Texniki sektorun müdiri Elman Əzimov deyir ki, birbaşa müqavilə də tenderin bir növüdür:
«Əgər təbii fəlakət, yanğın, qəza baş verirsə, birbaşa müqavilə üçün Satınalmalar üzrə Dövlət Agentliyindən icazə alınır. Məsələn, məktəbdə yanğın iyunda baş veribsə, bizim tender keçirməyə vaxtımız yoxdur, çünki sentyabrın 15-i dərs başlayır. Bu zaman Təhsil Nazirliyi uzun müddət əlaqə saxladığı podratçıya sifariş verir».
Yenisi tikilməzdən əvvəl 13 saylı məktəbin köhnə binasında qəza vəziyyətini aradan qaldırmaq üçün bina artıq təmir olunub. İbtidai siniflər hələ də orda dərs keçir. Ekspert Qadir İbrahimli bildirir ki, əgər yeni məktəb müstəsna halda tikilməyibsə, o zaman Satınalmalar haqqında qanuna yenidən qayıtmalı oluruq.
«Qanunda açıq-aydın göstərilir ki, 50 min manatdan yuxarı dövlət satınalmalarını həyata keçirmək üçün mütləq tender keçirilməlidir. Tender şəffaf aparılmalıdır, sonda qərar qəbul olunmalıdır ki, hansı üstünlüyünə görə filan firma seçilir».
İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu əlavə edir ki, tender həm o işin icraçısının ən yaxşısını tapmaq, həm də dövlət sifarişini səmərəli həyata keçirmək üçün vacibdir.
TƏZƏ TİKİLƏN MƏKTƏB BİNASINDA ÇATLAR
Ekspertlər deyir ki, tender keçirilməməsi həm də görülən işin keyfiyyətinə təsir edə bilər.
13 saylı məktəbə May ayında – məktəb təhvil veriləndən 8 ay sonra baş çəkdik. Direktor otağının tavanındakı çatlar və döşəmədəki qabarmalar 115 nəfərlik müəllimlər otağında da gözümüzə dəydi.
«XXI əsr Təhsil Mərkəzi» İctimai Birliyinin sədri Etibar Əliyev bildirir ki, sanki bu sahəyə nəzarət etməli olan qurumlarla tikintini aparanlar arasında razılaşma var, heç kim problemlərdən danışmaq istəmir:
«Dövlət orqanları bu məsələyə olduqca biganə yanaşırlar. Dövlətin buna nəzarət edə biləcək qurumları sanki bir-bir ilə danışılmış şəkildədirlər. Keyfiyyətsiz tikilib nə olsun? Hər halda, halda müəyyən bir iş görülüb, belə hesab olunur. Elə bil ki, dövlətin külli miqdarda vəsaiti korrupsiya üçün nəzərdə tutulub».
Təhsil Nazirliyindən isə bildirirlər ki, qüsurlar aradan qaldırılıb. Və layihənin sığorta şərtlərinə görə, podratçı şirkət bu cür qüsurları yalnız bir il müddətində aradan qaldıra bilər.
Bu müddət isə payızda bitir...