Rusiya prezidenti Dmitri Medvedev iyulun 29-da Federal Təhlükəsizlik Xidməti - FSB-yə daha geniş səlahiyyətlər verən yeni qanun imzalayıb.
İyulun 19-da parlamentdə üçüncü oxunuşdan keçən mübahisəli layihə FSB-yə cinayət tərkibi yaradan şəxslərə qarşı tədbirlər görmək, şübhələndiyi şəxsləri idarəyə çağırmaq, hətta mətbuatda xəbərdarlıqlarını nəşr etmək səlahiyyətləri verir.
Qanunun yekun layihəsinin tənqidçiləri isə çoxdur.
Rəsmi Kreml bəyan edir ki, sənəd ekstremizmlə mübarizəyə və insanlara bəzən bilmədiyi qanuna zidd hərəkətlərdən çəkinməyə yardım edəcək. Məsələn, icazəsiz etiraz aksiyaları və nümayişlərdə iştirak kimi. Çünki FSB-yə insanların evlərini tərk etməyə qoymamaq səlahiyyəti də verilib.
QANUN FSB-Nİ QANUNDAN YUXARIDA QOYACAQ
Hüquq müdafiəçiləri hesab edirlər ki, yenilənmiş qanun KQB-nin varisi olan – FSB-ni qanundan yuxarıda qoyacaq və nüfuzunu artırmaqla jurnalistləri, siyasi opponentləri qorxutmaq üçün istifadə ediləcək – lap Sovet idarəçiliyində olduğu kimi.
Bununla belə, qanunun mahiyyətini və təsirini anlayanlar çox azdır. «Levada» müstəqil araşdırma təşkilatının keçirdiyi sorğuya görə, ölkə boyunca əhalinin 67 faizi qanun layihəsi barədə heç eşitməyib. Yalnız 3 faiz müzakirələri «yaxından izlədiyini» bildirib.
Mərkəzin rəhbəri Lev Qudkov deyir ki, rusların FSB-yə əlavə səlahiyyətlər verilməsi ilə bağlı fikri haçalanır. Bir qrup səlahiyyətlərin artırılmasını tənqid etsə də, digərləri bunun dövlət maraqlarına xidmət etdiyini düşünür:
MÜSBƏT FİKİRLƏR TELEVİZİYADAN ASILI OLAN İNSANLARA XASDIR
- Bu cür müsbət fikirlər əsasən təhsilsiz, informasiya qıtlığı olan kənlərdə və ya kiçik şəhərlərdə, dövlət təbliğatından – yəni televiziyadan asılı olan insanlara xasdır. KQB və FSB barədə mənfi fikirlər isə daha təhsilli və yetkin şəxslər tərəfindən səslənir. Bu, onlarda kütləvi repressiyalar, terror, dissidentlərin və opponentlərin təqibi ilə assosiasiya olunur.
Vladimir Putinin hakimiyyətə gəldiyi 2000-ci il Federal Təhlükəsizlik Xidmətinin də nüfuz qazandığı dövrlər olub. FSB son illər özünü insanları terror və islamçı ekstremistlərdən qoruyan müdafiə sistemi kimi qələmə verib, ancaq çoxlarını inandıra bilməyib.
Buna baxmayaraq, Pskov şəhərində sakinlərin təhlükəsizlik agentliyi ilə bağlı fikirləri birmənalı deyil:
BU, İYRƏNCDİR
- Mən olanları böyük təlaşla izləyirəm, çünki Rusiyanın «çekist» qarmağında olduğu fikri ilə razıyam. Bu, iyrəncdir. Biz bunları 70-80-ci illərdə keçmişik. Həmin vaxt bütün vətəndaş cəmiyyəti KQB-nin təsiri altında idi. Bu gün həmin yoldayıq.
- Təhlükəsizlik orqanları ilə işim olmayıb, ancaq hesab edirəm ki, onlar yaxşı işləyir. Televiziyalar daim xəbər verir ki, terror hücumlarının qarşısı alınıb, ya da sərhəddə şübhəli şəxsləri saxlayıblar. Biz sakit yaşayırıq.
- Qərb dövlətlərinin mümkün hədələrindən və ya casus cəhdlərindən xəbərimiz olmadan kifayət qədər təhlükəsiz yaşayırıq. Buna görə güman ki, təhlükəsizlik orqanlarına borcluyuq.
/Tərcümə etdi: Sevinc Hüseynzadə/