Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.
...“Dünyanın arşını”ndan az sonra mən “Yamacda nişanə” povestini yazdım.
Bu povest ilk əsərdir ki, mən onu birbaşa makinada yazdım.
“Ulduz” jurnalında çap olundu. Daha sonra “Yaşıl teatr”, “Qanköçürmə stansiyası” yazıldı və çap olundu.
Doğrudur, Mərkəzi Komitənin qərarına düşəndən sonra mən beş il kitab buraxdıra bilmədim.
Daha mənim hər bir yazımı dörd gözlə oxuyur, mikroskopla baxırdılar.
“Azərbaycan” jurnalında, istər “Ulduz”da çap olunurdum. Jurnallarda çap olunmaq asandı, oradakılar tanışlar, yaxın, qəhmar insanlardı.
Amma kitab yox. Orada imansız, amansız, senzor, qisasçı məmur, vəzifəgüdənlər əyləşmişdilər.
Mənim bircə əlyazısı gətirməyimi gözləyirdilər, düşsünlər üstünə.
“Yaşıl teatr” və “Qanköçürmə stansiyası” jurnallarda çıxdıqdan sonra onları verdim “Azərnəşr”ə.
“Yaşıl teatr” jurnalda da bir xeyli qalmışdı.
Onda “Azərbaycan” dərgisinin baş redaktoru Cəlal Məmmədovdu.
“Doroqoy” ayaması ilə bu kəs – qatı mürtəce kimi tanınırdı.
Qəribədir, bu adam roman barədə mənə elə məsləhətlər verdi, olduqca yetərli!
Romanı ilk dəfə oxuduqdan, cavabı yubatdıqdan sonra onunla görüşmüşdüm.
O mənə dedi: “Sən təsvir etdiyin adamların əməyini də gətir əsərə.
Onlardan ötrü bir iş tap”. Ağlabatan məsləhətdi. Romandakı həyətdə özümüz kirayədə qalmışdıq. “Lermontov” küçəsində qaldığımız evdi.
O evin bir yanı “Yaşıl teatr”, bir yanı “Drujba” restoranı, Dağüstü park, bir yanı Bayılda zoopark, onun yaxınlığında Doğum evi və məhkəmə idi.
Mən bu yerləri qovuşdurmağa, yalnız hadisə ilə deyil, içəridən, mənaca, mahiyyətcə bağlamağa çalışmışdım.
Buradakı insanları yaxşı tanıyırdım. Baş redaktor doğru tutmuşdu.
Bu adamlar əsərin ilk variantında işsiz, əməlsiz, avara idilər.
Bəs mən onların əmək səhnəsini haradan, necə tapım gətirim?
Birdən yadıma düşdü.
Biz oradan, Çəmbərəkənddən mənzil alıb Yasamala köçdükdən sonra təzə binada qonşu, beşinci mərtəbədə bir iri ailə yaşayırdı.
Balkonlarımız açıq, bir-birinə bitişikdi. Divarın o üzü onlar, bu üzü bizdik.
Səmimi, yaxşı insanlardı, bir evli təki qonşulardı. Arvadın beş qızı vardı.
Evin ağsaqqalı kişi də bizimlə yaxındı. Balkonda, yanaşı yaşamağımızla mehribanlaşmışdıq.
Qonşular olduqca zəhmətkeş insanlardı. Qızlar anaları ilə birgə bütün günü eyvanda çalışırdılar.
Gördükləri iş də bu idi: onlar “evə iş” sexindən mal götürürdülər.
Bu olurdu xalça, örtük, şal. Gətirib evdə onun qalan işlərini görürdülər, saçaq bağlayırdılar, tirmə çəkirdilər.
Şal, xalça-örtük, süfrə onların üstəlik əməyilə tamamlanır, bitirdi.
Lapca yerinə düşürdü. Elə mən orada “Yaşıl teatr”dakı Kainat xanımı bütünlüklə belə bir əməklə bağlaya bilərdim.
Belə də elədim. Qonşuların gördükləri iş sonra mənə gərək olacaqmış.
Onlar toxumuş, hörmüş, mən də öz eyvanımızda dayanıb, oturub onları izləmiş, ötrənmişdim.
Mənim əməkçi insana böyük rəğbətim var.
İş görən, zəhmətə qatlaşan, istehsalla bağlı neftçiyə, əkinçiyə, taxılçıya, kimin əlləri cibində deyilsə, işləyirsə, belə insanlara böyük ehtiramım var.
Deyirlər, yer kürəsi iki öküzün buynuzunda qərar tutub.
Yox, yer kürəsi əməkçi insanın əlləri üstədir.
Beləliklə çoxusunun “KQB agenti” kimi tanıdığı Cəlal Məmmədovun tövsiyəsindən sonra romanı yenidən işlədim.
Orada həqiqətən boşluq varmış və bu boş yerə iş, əmək fəsilləri gətirilməliymiş.
Cəlal Məmmədov onu çap elədi. İndi qalırdı kitab.
Kitabçün romanla birlikdə “Qanköçürmə stansiyası”nı da verdim.
“Azərnəşr”də oxudular, redaktə olundu. Onda nəşriyyatın baş redaktoru Əliağa Kürçaylı, şöbədə redaktorsa Vidadi Babanlıydı.
Kitabın redaktoru Babanlı olmuşdu. Daha hər şey hazırdı və kitabı yığılmaq üçün mətbəəyə göndərməyə çalışırdılar.
Həmin vaxtlarda mən Yaltaya, Yaradıcılıq evinə yollandım.
Bilmirəm, Yalta idi, yoxsa Pisunda. Arxayınca orada dincəlir, çalışır, güman edirdim, Bakıya qayıdanda gedəcəm, kitab hazırdı. Bəlkə “siqnal” nüsxə də artıq yığılıb, nəşriyyatdadır...
Yaltadan qayıdandan sonra üsrəyiatlanmış “Azərnəşr”ə gəldim. Bu umudla, burada bəlkə kitabımın ilk nüsxəsini gördüm.
Qalxdım ikinci qata. Nəşriyyatın dəhlizində redaktorumla qarşılaşdım.
O məni gördü, bənd olmadı, ötüb keçdi. Qaldım mat. Bu niyə belə susqun salam verdi, niyə qızardı?
Qara bir xəbər olmasın, girdim baş redaktorun otağına. Əliağa Kürçaylı mənimlə salamlaşdı, ötkəmcəsinə bildirdi:
“Sənin kitabın çıxmayacaq! Bilmərrə! Heç o barədə danışmağa dəyməz.
Onun yerinə başqa nəyin var, ver onu buraxaq”.
“Axı niyə? Bu nə sözdür? Mən siqnal nüsxə gözləyirdim”.
Bir daha bildirdi: “Öcəşməyə dəyməz. Məsələ həll olunub. Komitə bizə qəti tapşırıq vermişdir”.
Mən əl götürmədim. Qatdım-qatıldım işə. Kitabın buraxılmasını tələb etdim.
Üstəlik vaxtilə bu romanı buraxan kəs – Cəlal Məmmədov indi Respublika Mətbuat-Poliqrafiya Komitəsinin birinci müavini idi.
O gərək bu əsərin buraxılmasına razılıq verə idi.
Demə, işə SK – Mərkəzi Komitə, Dövlət Təhlükəsizlik Komitəsi, bir də Mətbuat-Nəşriyyat Komitəsi qarışmış və birlikdə qərara gəlmişdilər:
Mənim bu kitabım buraxıla bilməz.
Ora getdim, bura baş vurdum, dirəşdim. Axır söylədim: “Sizin sözünüz, iradınız nədir? Bunları söyləyin mənə, mən də bilim mənim kitabım hansı səbəbdən saxlanır”.
Ona nail oldum, bu işi pozan hər üç idarənin birlikdə qərarını, iradlarını mənə çatdırmaqdan ötrü bir kiçik yığıncaq keçirdilər.
İclas, müzakirə Nəşriyyat Komitəsinin sədrinin birinci müavini Cəlal Məmmədovun kabinetində oldu.
Əlfi Qasımov da burada idi, nəşriyyatın baş redaktoru, bir də Cəlal Məmmədovun özü.
Bildirdilər ki, kitab cəmiyyət barədə düz təsəvvür oyatmır...
Bir sözlə başa bəla “Qlavlit”in deyəcəyi iradları bunlar döşədi cəmdəyimə.
Əlfi Qasımov bax burada mənə üz tutub dedi: “Yaxşı yazıçısan, amma antisovetsən”.
Özü də bunu gülə-gülə, səmimiyyətlə söylədi. O da Nəşriyyat Komitəsində şöbə müdiriydi.
Görünür əvvəlcədən danışmış, bir-birini yönəltmişdilər.
Bu yerdə mən Cəlala üz tutdum: “Bu roman sizin baş redaktor olduğunuz vaxtda “Azərbaycan” jurnalında çıxmışdır.
Özü də sizin bir sıra xeyirxah iradlarınız, məsləhətlərinizdən sonra mən onu demək olar ki, başdan-başa yenidən işləmişəm”.
Altı nəfərdilər, bir qədər öcəşdikdən sonra iki yerə ayrıldılar.
Kitaba iki əsər salınmışdı: “Yaşıl teatr” və “Qanköçürmə stansiyası”. Bir qısm bildirdi ki, “Yaşıl teatr”ı buraxmaq olar, “Qanköçürmə”ni yox.
O biriləri bildirdi ki, “Qanköçürmə” povestini nəşr etmək olar, amma “Yaşıl teatr”ı yox. Mən də bundan yapışdım.
Söylədim: “Sizin rəylərinizə baxsaq, belə çıxır, bütünlükdə kitabı buraxmaq olar.
Bir qisminiz bu əsəri, o biriləriniz o biri əsəri bəyənir, sənin bəyənmədiyini o bəyənir, onun bəyənmədiyini sən bəyənirsən.
Deməli, bütünlükdə hər ikinizin rəylərinizi yanaşdırdıqda kitab çıxmalıdır.
Hər iki əsər kitabda çıxanadək jurnallarda çap edilmiş, Qlavlitdən keçmişdir”.
Bərk dirəmişdilər ayaqlarını. Görünür Mərkəzi Komitədən möhkəm tapşırmışdılar bunlara.
Axırda mən üz tutub Cəlal Məmmədova sözkəsən bir təklif etdim:
“Burada göstərilənlər birbaşa həyatdan alınmışdır, Cəlal müəllim! Sizin maşınınız varmı?”
Dedi: “Var!”. Dedim: “Onda gəlin əyləşək maşına! Sürsün birbaşa Respublika Qanköçürmə stansiyasına. Gedək baxaq!
Görəcəksizniz orada vəziyyət indinin özündə də mənim bu kiçik povestdə təsvir etdiyim təkidir .Mən olanı yazmışam”.
Üstündən iki-üç ay keçmiş mənim kitabım çıxdı: “Yaşıl teatr” adı ilə.
“Qanköçürmə stansiyası” da onun içində, romanın ardınca.
Elə bil hayıflarını onunla çıxmışdılar, kitab nəşr baxımından olduqca zay, kağızı da keyfiyyətsizdi.
Amma illərdən bəri kitabım çıxmırdı. Tilsim sındı.
Mən bir qənaətə gəldim: Kitab, nəşr olunası əsər, saxlanmalı, buraxılmamalıdırsa, onu Qlavlitədək dayandırmalıdırlar.
Yəni çıxmayası “ziyanlı” kitabı şöbədə, nəşriyyatda saxlamaq lazımdır .İş gedib Qlavlitə çıxmasın.
Həm nəşriyyat xərcə düşür, kitab yığılır, mətbəə nə qədər əmək çəkir.
Axırda Qlavlit saxlayır, qoymur çıxsın yaramaz kitabı. Səs yayılır: “Qlavlit saxlayıb”.
Yaxşısı budur, Qlavliti araya gətirmədən nəşriyyat özü saxlasın, ədəbi yolla, daha bədnam olmuş Qlavlit xəttilə yox.
Bir iş də vardı. Əgər müəllif düşərsə, əl çəkməsə, tabe olmasa, onda nə isə eləyə bilər.
Onlar əks tərəf, kitabı buraxmaq istəməyənlər sona qədər dayanmalı, əngəl törətməli, qoymamalıdırlar.
Burası var ki, müəllif də onlara enilməyib vuruşsa-çarpışsa, müəllifi çəkindirən, sıxışdıran qüvvələr də axırda görürlər, yox, bu sınan deyil.
İş şişir, yoğunlayır. Onda vadar olur, əl çəkirlər. Burada lazımdır bərk dayanasan. Axırda yumşalacaqlar. Deyəcəklər: “İnsaf da yaxşıdır.
Ay Mərkəzi Komitədə əyləşib göstəriş verən məmur! Siz də bir rəhmə gəlin! Vicdanınız olsun!”
Hər kitab, hər əsər belə olmazın çarpışmadan sonra işıq üzü görmüşdür.
Eşitmişik, yaradıcılıq cəhənnəm əzabıdır.
Amma kitab, əsər çıxarmaqdan ötrü çəkdiyin əziyyətin yanında yazmaq, “yaradıcılıq əzabı” toy-bayramdır.
Axırda adam özü usanır, söyür, söylənir, belə bir peşədən yapışdığına ağrınırdı.
Nə qədər naşirlə, baş redaktorla, redaktə edən kəslə öcəşmək olar?
Elə ki yazdın qurtardın, qabaqda səni yeni bir çarpışma gözləyirdi...
Əvvəlki parçalar
H.Əliyevin məruzəsində Sabir Əhmədli necə tənqid edilirdi?