«Bu işi özü öz ağlıyla törətmişdi, məşq eləmişdi, özü təşkil eləmişdi. Axı nəyə görə bizim uşaqlar təşkilatçı olur? Nadirə nə qədər işgəncə vermişdilərsə, bu yaxınlarda da 3 həftə idi çölə çıxa bilmirdi».
ÜÇ NƏFƏRƏ ÖMÜRLÜK, BİR NƏFƏRƏ 11 İL
Dövlət Neft Akademiyasında bir il əvvəl törədilmiş qətliamla bağlı avqustun 10-da çıxarılan hökm təqsirləndirilən şəxslərin ailələri tərəfindən etirazla qarşılandı. Məhkəmə bu cinayətdə təqsirləndirilənlərdən Nadir Əliyevi, Cavidan Əmirovu və Nəcəf Süleymanovu ömürlük, Ariz Qabulovu isə 11 il müddətinə azadlıqdan məhrum etdi. Ömürlük cəzalandırılanlar cəzalarını qapalı həbsxanada çəkəcəklər.
Nadir Əliyevin anası Bahar Əliyeva deyir ki, onun oğluna cəza verməklə məhkəmə əslində zərərçəkmişləri susdurdu: «O yazıq ölənlərin də qanı ortada batdı getdi, vuranları tapa bilmədilər».
«GÖRDÜLƏR ARXASINDA DAYANANI YOXDUR...»
Nəcəf Süleymanovun anası Rəsmiyyə Süleymanova da məhkəmənin hökmü ilə razı deyil: «Mənim uşağım Fərdanı görməyib, uşağımı 15 günlüyə salmışdılar həbsə, gördülər arxasında dayanan yoxdur, başına bu oyunları açdılar».
Məhkəmənin hökmü elan olunarkən təqsirləndirilən şəxslər əsl cinayətkarların azadlıqda qalmasından təəssüfləndiklərini dedilər. Zərərçəkənlərsə hökmü sakit qarşıladılar. İclasdan sonra jurnalistlər zərərçəkmişlərdən hökmlə bağlı fikirlərini öyrənmək istədilər. Lakin zərərçəkmişlər fikir söyləməkdən imtina etdilər.
Təqsirləndirilən şəxslərin vəkilləri də hesab edirlər ki, məhkəmə çox qaranlıq məqamların üstündən sakit keçdi. Süleyman Nəcəfovun vəkili Səyyarə Əliyeva danışır:
«Məhkəmə düzgün aparılmadı. Bu uşaqların heç birinin günahı yoxdur. 22-23 yaşında uşaqlar heç nədən həbs olunublar, nə var ki, bu iş açılsın».
HÖKMDƏN APELLYASİYA ŞİKAYƏTİ VERİLƏCƏK
Ariz Qabulovun vəkili Səyyad Mirzəyev də hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs günahsızdır:
«Müdafiə etdiyim şəxsin əməlində bir vəkil kimi, hüquqşünas kimi cinayət tərkibi görmədim. Hətta olmuş olsaydı belə, ona verilən cəza həddindən yüksək idi».
Vəkillər deyir ki, məhkəmə hökmündən apellyasiya şikayəti verəcəklər.
Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsində yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib.
QUMAŞYAN MƏSƏLƏSİ QEYRİ-MÜƏYYƏN QALDI
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
İttiham aktında cinayətin təşkilatçısı kimi Gürcüstan vətəndaşı Mardun Qumaşyanın adı çəkilir. İttihamnaməyə görə, o, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaq hesab edir ki, Qumaşyan terrorçuluğu maliyyələşdirib. Məhkəmə hökmünə görə, Qumaşyanla bağlı cinayət işi ümumi işdən ayrılaraq onun həbs olunması üçün Gürcüstan hökumətinə göndərilib. İnterpol Qumaşyanı axtarır. Vəkillərsə deyir ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qumaşyanla bağlı İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyiblər.

İş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar
Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. 4 ay çəkən məhkəmə iclaslarında onlar cinayətin işgəncələr vasitəsilə boyunlarına qoyulduğunu deyirdilər. Məhkəmə onlara işgəncə verilib-verilmədiyini yoxlamaq üçün iki dəfə ekspertiza təyin edib. Onların üzərində işgəncə izlərinin olduğu təsdiqlənib. Amma ekspertlər həmin xəsarətlərin müddətini təyin edə bilmədiklərindən məhkəmə xəsarətlərin istintaq vaxtı yetirildiyinin təsdiqlənmədiyi haqda qərar çıxarıb. QUMAŞYAN MƏSƏLƏSİ QEYRİ-MÜƏYYƏN QALDI