“Gənc İşçi” qəzetinin 9 iyun 1937-ci il tarixli sayında Rıqlin adlı müəllifin “Düşmənlərin hiylələri” adlı məqaləsi dərc edilib.
Rıqlin qırmızı terrorun tüğyan etdiyi həmin ildə Yazıçılar İttifaqının rəhbərləri haqqında ağır ittihamlar səsləndirib.
DÜŞMƏNİN HİYLƏLƏRİ
(Azərbaycan sovet yazıçıları ittifaqında)
Sovet Azərbaycanı yeni adamlarla, diqqətə şayan talantlarla, qurucularla, sosialist kültürü uğrunda çarpışan mübarizlərlə coşqun tərəqqi edir.
Keçmişdə köçəri alaçıqda yaşayanlar, indi Füzulini və Puşkini öyrənirlər.
Qoca aşıqlar bolşeviklər partiyası haqqında, Stalin haqında mahnılar yazırlar.
Ölkənin parlaq tərəqqisi Azərbaycan xalqının düşmənlərində - millətçilər, müsavatçılar, trotskistlərdə quduz kin oyadır.
Sosializm qurucularına qarşı hiddətli kin, bütün faşizm agentlərini bir canilər dəstəsində birləşdirmişdir.
Trotskist və müsavatçı Ruhulla Axundov kultur cəbhəsində uzun zaman kontrolsuz olaraq istədiyini etmişdir.
O, Elmlər Akademiyasının Azərbaycan filialının başçısı olmuş, incəsənət işləri komitəsinə rəhbərlik etmiş, yazıçılar ittifaqında ağalıq etmişdir.
O, bütün bu təşkilat və idarələri “öz” adamları ilə, xalqın gizli və açıq düşmənləri ilə zibilləmişdir.
Düşmənlər heç bir cəza görmədən öz trotskist, müsavatçı, pantürkist əsərlərini çap etdirmişlər.
Onlar Azərbaycan ədəbiyyatını möhkəm qıfıl altında saxlayaraq yeni adamları, xalqa və partiyaya sadiq adamları ədəbiyyata yaxın buraxmamışlar.
Hələ bu yaxınlarda yazıçılar ittifaqının başında partiya üzvü Ələkbərli dururdu.
- Bu həmin Ələkbərlidir ki, müsavatçı Əhməd Cavadın kontrrevolusion “Sədəf” romanı haqqında tərif edici bir məqalə yazmışdı.
Ələkbərlinin redaksiyası ilə müsavatçı Yusif Vəzirin “Studentlər” adlı alçaq, faşist kitabı buraxılmışdı.
Ələkbərli yazıçılar ittifaqının rus seksiyasının rəhbərliyinə öz dostu, trotskist Zudini təyin etmişdi.
Hesabla bu adamın siyasi siması kifayət qədər aydınlaşmış olur. Buna baxmayaraq əlavə etmək lazım gəlir ki:
- Həmin Ələkbərli yazıçılar ittifaqından gedəndən sonra (onu çıxarmamışlar, ancaq başqa işə keçirmişlər!) Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsi tərəfindən Partnəşrin direktoru və Lenin əsərlərinin redaktoru təyin edilmişdir.
Ələkbərlidən sonra yazıçılar ittifaqının başında Şamilov durmuşdur. Vəziyyət isə demək olar ki, heç dəyişməmişdir. Xəstəlik davam edir.
Yazıçılar ittifaqının idarə heyətində bir-biri ilə çəkişən iki qruplaşma vardır.
Bunlardan birinin başında ordenli şair Səməd Vurğun durur. Bu, Azərbaycan sovet ədəbiyyatı üçün çox işlər görmüş talantlı bir adamdır.
Lakin Vurğun Bakı olimpində birinciliyini əldən verməkdən qorxur. Bəzən düşmənin tərifləməsini sərt yoldaşlıq tənqidindən üstün tutur.
İkinci qruplaşmanın başında şair Süleyman Rüstəm durur. Bu adam kultur adamıdır. Lakin son zamanda yaradıcılığında geri qalmışdır: az yazır və dayaz yazır.
Hər cür çəkişmə onun çox vaxtını alır.
Bu iki qrup öz aralarında didişirlər. Bu didişmə, yaramaz, prinsipsiz, zərərli didişmədir. Vurğun Rüstəmlə vuruşur, üçüncüsü isə gülür.
Bu üçüncü adam, bu və ya digər qruplaşmaya yaxınlaşan düşməndir. Düşmən həm şirin yaltaqlıq və həm də acı qeybət vasitələrini işə salaraq aranı qızışdırır.
Bütün bu çəkişmələrdə Əsəd Axundovun rolu haqqında bir neçə söz söyləmək lazımdır. Əsəd Axundov Azərbaycan dövlət nəşriyyatının müdiridir.
Xüsusən Axundovun vaxtilə müsavatçılarla yaxın münasibətdə olduğu nəzərə alındıqda onun nəşriyyatdakı fəaliyyəti daha şübhəli görünür.
Axundov hər cür kontrrevolusion sarsaqlamaları çap edir.
O, yazıçılar arasında qrupbazlıq mübarizəsini qızışdırır.
Bunun üçün onun xüsusi üsulu vardır: birini camaat qarşısında Azərbaycanın Puşkini, digərini Lermontov, üçüncüsünü Turgenev adlandırır.
Bütün bu yüksək adlar bu gün ona görə verilir ki, sabah Puşkin Lermontovla və bunların hər ikisi təzəcə meydana çıxarılmış Turgenevlə dalaşdırılsın.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Axundovun bu zərərli fəaliyyətindən xəbərdardır. O bunları bilir, hiddətlənir, lakin hələ nəticə çıxarmamışdır.
İttifaqın indiki sədri Şamilova və yazıçılar ittifaqında əmələ gəlmiş vəziyyətə xarakteristika vermək üçün aşağıdakı faktları göstərmək olar.
Şamilovun redaktorluğu ilə çıxan azərbaycanca “ Ədəbiyyat” qəzetinin son nömrələrindən birində çap edilən bir məqalədə Yusif Vəzirin kontrrevolusion “Studentlər” kitabı bir “əhəmiyyətli ədəbiyyat əsəri” kimi qeyd edilmişdir.
Şamilovla söhbət etsəniz o başçılıq etdiyi ittifaqın düşmənlərlə necə mübarizə apardığını iftixarla sizə söyləyəcəkdir:
- Biz Əli Nazimi, Əhməd Cavadı, Rəfilini çıxarmışıq.
Sanki hər şey öz yerindədir. Lakin iş bundadır ki, ittifaqın idarə heyəti digər təşkilatlar tərəfindən artıq ifşa edilmiş olan düşmənləri qızğın “ifşa edir”.
Yusif Vəzir ittifaqda qalmaqdadır.
Kontrrevolusion fəaliyyət üstündə vaxtilə Bakıdan sürgün edilmiş Musaxanlı da ittifaqda qalmaqdadır.
Azərbaycanda siyasi və yaradıcılıq cəhətcə hələ möhkəmlənməmiş olan bir qrup bacarıqlı gənc yazıçı vardır.
Bunların bir hissəsi tamamilə millətçilik bataqlığına batmış, köhnə “avtoritetlərin” təsiri altına düşmüşlər.
Talantlı Azərbaycan xalqı içərisində olan yeni yaradıcı qüvvələri həyata qoşmaq üçün ittifaq nə edir? Heç bir şey etməyir.
Burada gənc yazıçı Mirzə İbrahimovun “Həyat” pyesinin başına gələn əhvalatı xatırlamaq pis olmaz.
Bu pyes sayıqlıq haqqında, ziyançılar haqqında bir əsərdir. Bu əsər iki ildən çox yatırılıb qalmışdı. Ruhulla Axundovun adamları bunu arxivə vermişlərdi.
Bu pyesi arxivdən çıxarıb, səhnədə tamaşaya qoymaq şair Süleyman Rüstəmin xidmətidir (bu yaxınlarda Azərbaycan dövlət dram teatrosunun direktoru təyin edilmişdir).
Pyes böyük müvəffəqiyyət qazanır. Lakin yazıçılar ittifaqının rəhbərləri, pyesi çox soyuq qarşılamışlar:
Mirzə İbrahimov onlara yaxın adamlar sırasına daxil deyildir.
Azərbaycan yazıçılar ittifaqı uzun zaman başlı-başına buraxılmış bir uçastok olmuşdur.
Yazıçılar ittifaqının ümumittifaq idarə heyəti Bakı yazıçılar ittifaqında nələr olduğu ilə maraqlanmamışdır. Yerli rəhbər orqanlar, bu təşkilata rəhbərlik etməmişlər.
Onlar inanılmağa layiq olmayan adamlara inanmışlar.
Məsələn, Xalq Komissarları sovetinin sədri H.Rəhmanov hansı bir juriyə isə inanaraq, Axundlunun kontrrevolusion kitabını mükafatlandırmışdır.
Yazıçılar təşkilatını sağlamlaşdırmaq, yazıçıları düşmənlərə qarşı barışmazlıq ruhunda tərbiyə etməklə mətbuat da məşğul olmamışdır.
Nə “Kommunist” (Azərbaycan dilində), nə “Bakinski raboçi” və nə də “Vışka” qəzetlərində ədəbiyyat məsələləri haqqında ciddi tənqid məqalələri olmamışdır.
Zərərli kitabların avtorlarını ifşa edən məqalələr yoxdur.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi son zamanda yazıçılar ittifaqı ilə məşğul olmuşdur.
Lakin avral qaydası ilə məşğul olmuşdur. İttifaq isə gündəlik planlı yardıma möhtacdır.
Bunsuz ittifaq öz sıralarını təmizləyə bilməz, onu didən qrupbazlığa nihayət verə bilməz və öz kadrolarını tərbiyələndirə bilməz. Xəstəlik davam edir. Xəstəyə fikir vermək və baxmaq lazımdır.
O. Rıqlın
Bakı.
(“Pravda” 8 iyun 1937 il)
P.S. Nasir, publisist, tərcüməçi Seyfulla Şamilov 1902-ci ildə Qazax mahalının Tatlı kəndində anadan olub. 1936-cı ildə Azərbaycan Yazıçılar İttifaqının rəhbəri seçilib.
1938-ci ilin fevral ayında 5 il müddətinə həbs edilərək Krasnoyarski vilayətindəki DTK-nın islah-əmək düşərgəsinə (Kraslaqer NKVD) göndərilib. 1974-cü ildə vəfat edib.
Tərcüməçi, ədəbiyyatşünas, publisist Ruhulla Axundov 1934-cü ildən AYİ-nin üzvü idi.
1897-ci il yanvarın 13-də Azərbaycanın Bakı quberniyasının Şüvəlan kəndində anadan olub.
«Hürriyyət», «Bakinski raboçi», «Kommunist» qəzetlərinin məsul redaktoru (1920-1924), Azərbaycan Dövlət Nəşriyyatının direktoru (1924-1930), SSRİ Elmlər Akademiyası Azərbaycan filialının sədr müavini vəzifələrində işləyib.
1938-ci ildə cəza tədbirləri dövründə qətlə yetirilib.
Yazıçı, tənqidçi Məmmədkazım Ələkbərli 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olub.
ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında «Kommunist» nəşriyyatının direktoru, «Ədəbiyyat qəzeti», «Bakinski raboçi». «Vışka» qəzetlərində baş redaktor olub.
1938-ci ildə cəza tədbirləri dövründə güllələnib.
Həmçinin oxu
Cavidi Cabbarlı da "vururdu"
Bicliyi oldu əyan ölkəyə Əhməd Cavadın
Sovet mətbuatı Rəsulzadəni belə təqdim edirdi
Rıqlin qırmızı terrorun tüğyan etdiyi həmin ildə Yazıçılar İttifaqının rəhbərləri haqqında ağır ittihamlar səsləndirib.
DÜŞMƏNİN HİYLƏLƏRİ
(Azərbaycan sovet yazıçıları ittifaqında)
Sovet Azərbaycanı yeni adamlarla, diqqətə şayan talantlarla, qurucularla, sosialist kültürü uğrunda çarpışan mübarizlərlə coşqun tərəqqi edir.
Keçmişdə köçəri alaçıqda yaşayanlar, indi Füzulini və Puşkini öyrənirlər.
Qoca aşıqlar bolşeviklər partiyası haqqında, Stalin haqında mahnılar yazırlar.
Ölkənin parlaq tərəqqisi Azərbaycan xalqının düşmənlərində - millətçilər, müsavatçılar, trotskistlərdə quduz kin oyadır.
Azərbaycan yazıçılar ittifaqı uzun zaman başlı-başına buraxılmış bir uçastok olmuşdur.
Ruhulla Axundov bütün bu təşkilat və idarələri “öz” adamları ilə, xalqın gizli və açıq düşmənləri ilə zibilləmişdir.
Ələkbərlinin redaksiyası ilə müsavatçı Yusif Vəzirin “Studentlər” adlı alçaq, faşist kitabı buraxılmışdı.
Gənc yazıçı Mirzə İbrahimovun “Həyat” pyesi böyük müvəffəqiyyət qazanır. Lakin yazıçılar ittifaqının rəhbərləri, pyesi çox soyuq qarşılamışlar.