Bir istehlakçı olaraq müdafiə olunduğunuzu hiss edirsinizmi? Bu sualla Yerevanda qarşımıza çıxan sakinlərə üz tutduq. Cavablar heç də ürəkaçan olmadı. Adamlar məhsulların və xidmətin keyfiyyətindən, qiymətlərin yüksək olmasından ürəkdolusu şikayət etdilər:
ÇOX ZAMAN MƏHSULLARIN VAXTI KEÇMİŞ OLUR
- İctimai nəqliyyatdan tutmuş qida məhsullarına qədər keyfiyyət çox aşağıdır. İstehlakçıların hüquqlarına əhəmiyyət verilmir, çox zaman məhsulların vaxtı keçmiş olur. Ət məhsullarından tutmuş çörək-bulka məmulatlarına qədər keyfiyyət şübhə doğurur. İctimai nəqliyyata gəlincə - məsələn, bir çoxları əlavə oturacaqlar quraşdırılan marşrut taksilərin yük mikroavtobusları olduğunu bilmir, onları sonradan sərnişin avtobuslarına çeviriblər. Oturacaqlar arasında məsafə elədir ki, ortaboylu adam yerləşmir. Bu da təhlükəsizlik qaydalarının pozulmasıdır.
- Bu gün qiymətləri nizamlayan dövlət mexanizmi yoxdur. Hər kəs öz bildiyini edir. Nəticədə biz əsaslandırılmamış yüksək qiymətlərlə qarşı-qarşıyayıq. Məsələn, sahibkar taxılı aşağı qiymətlə idxal edir, ancaq dünya bazarlarında bu gün qiymətlər qalxır, sahibkar da fürsəti əldən vermir – məhsulu ucuz almasına baxmayaraq. Heç kim çörəyin qiymətinin özbaşına artmasına nəzarət etmir. Mənim əməkhaqqım normaldır, ancaq təqaüdçülər və aşağı gəlirli insanlar var ki, minimal ərzaq tələbatlarını ödəməyə əziyyət çəkirlər.
- Vaxtı ötmüş və keyfiyyətsiz məhsullar həddən artıq çoxdur. Ərzaq məhsullarına gəlincə, çox vaxt evdə baxıb onların vaxtının keçdiyini görürük. Onları dükana nadir hallarda qaytarırıq, hesab edirəm ki, ayıbdır. Həm də təcrübə göstərir ki, malın qaytarılması və ya dəyişdirilməsi problemsiz ötüşmür.
MƏNASIZ VAXT İTKİSİ
Növbəti həmsöhbətlərimiz də hüquqlarını müdafiə etməyə cəhd göstərmir, düşünürlər ki, bu mənasız vaxt itkisidir.
- Mikroavtobusları götürək. Hamıya məlumdur ki, marşrutlar hansısa oliqarxa məxsusdur və onlara qarşı mübarizə aparmaq, onlardan nəyi isə tələb etmək mümkün deyil. Nə dedilərsə, o qanundur.
- Bu məsələ bizim qayğımız olmamalıdır. İstehlakçıların hüquqlarını müdafiə edən orqanlar var.
Bu gün Ermənistanda qiymətlərin tənzimlənməsinə, mal və xidmətlərin keyfiyyətinə nəzarət etməli olan bir sıra orqan var. Ermənistan istehlakçısını həm də qanunvericilik müdafiə edir. Ancaq «İstehlakçıların hüquqlarının müdafiəsi» ictimai təşkilatının rəhbəri Abqar Yeqoyanın fikrincə, istehlakçıların hüquqları demək olar ki, qorunmur. Buna misal kimi Yeqoyan bu il ərzində bir-birinin ardınca baş verən kütləvi zəhərlənmələri qeyd edir. Sonuncu kütləvi zəhərlənmə hadisəsi restoranda olub. 40 nəfər toy mərasimi keçirilən restorandan qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb:
ÇOXSAYLI ZƏHƏRLƏNMƏLƏR OLUB
- Bu il həm də keyfiyyətsiz qarpız və qovundan çoxsaylı zəhərlənmələr olub. Digər məhsullar da qida zəhərlənmələri və ya həzm yolundakı pozuntulara səbəb olur. Məhsulların saxlanma şəraiti ilə bağlı şikayətlər alırıq. Məsələn, yay mövsümündə soyuducuda saxlanmayan ət və süd məhsulları insan həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyidir.
Son illər Ermənistanın dükan və bazarlarında vaxtı keçmiş, sağlamlıq üçün təhlükəli və istehsal mənşəyi məlum olmayan, sertifikatsız məhsulların sayı artıb. Abqar Yeqoyan deyir ki, bu cür halların yaranmasına səbəb hökumətin 2009-cu ilin may ayında verdiyi qərardır. Həmin qərara görə, illik dövriyyəsi kiçik və orta olan subyektlərin müfəttişlər tərəfindən yoxlanması məhdudlaşdırılıb. Bu addım böhran əleyhinə tədbirlərdən biri olmaqla, kiçik və orta biznesə dəstək məqsədi daşıyıb. Ancaq qərardan sonra müfəttişlik idarələrinin yoxlama keçirmək və cərimələmək imkanı yoxdur.
Yeqoyan bildirir ki, təşkilatlarına ictimai xidmətin keyfiyyəti ilə bağlı xeyli şikayət daxil olur:
- Yayın gəlişi ilə su təchizatı qrafiki pozulub, telefon və İnternet əlaqəsi pisdir. Elektrik enerjisinə gəlincə, bu il işığın söndürülməsi halları da artıb. Düzdür, uzun müddət çəkmir, ancaq işığın olmayacağını əvvəldən elan etmirlər.
İctimai xidmətin tənzimlənməsi komissiyasının iclasında iştirak edəndə, elektrik enerjisi təchizatçıları monitorinqlərinin nəticələrini açıqlayır, deyirlər ki, guya vəziyyət yaxşılaşıb.
Qiymətlərin əsassız surətdə artırılmasına gəlincə, Ermənistan İstehlakçılarının Milli Akademiyasının rəhbəri Melit Akopyan bildirir ki, bu cür nümunə çoxdur və bu, dövlət tərəfindən tənzimlənmir:
DOLLARIN MƏZƏNNƏSİ ARTAN KİMİ HƏR ŞEY BAHALAŞIR
- Dünyada taxılın qiymətinin artırılması və ya pis məhsul haqqında danışılanda, Ermənistanda dərhal un və çörək-bulka məmulatlarının qiyməti yüksəlir. Eyni hal benzinlə də baş verir. Dolların məzənnəsi artan kimi hər şey bahalaşır, məzənnə düşəndə isə qiymətlər azalmır. Çünki digər ölkələrdə olduğu kimi, qiymətlərə nəzarət yoxdur. Başqa ölkələrdə dövlətin müəyyən etdiyindən artıq qiymətqoymaya görə böyük cərimələr nəzərdə tutulur və bunu edən şəxslər müflisləşə bilər.
Müvafiq orqanlar cərimə tətbiq etsələr belə, bu məbləğ o qədər kiçikdir ki, vəziyyəti dəyişmir və istehlakçı bu dəyişikliyi duymur. Digər tərəfdən qiymətlər artdıqca maaş, pensiya və müavinətlər artmır deyə istehlakçı dalana dirənmiş olur.