«Ümid edirik ki, qarşıdakı parlament seçkilərində hər kəs öz hüququndan istifadə edə biləcək».
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek sentyabrın 7-də jurnalistlərə açıqlamasında belə deyib.
Veronika Kotek bildirib ki, seçkilərə hazırlıq MSK-nın işidir. Amma Avropa Şurası da öz tərəfindən bu sahədə bəzi köməklik göstərir, MSK ilə birgə seminarlar keçirir.
AŞ təmsilçisi hesab edir ki, seçkilərlə bağlı məhkəmələrlə də iş aparılmalıdır:
«Çünki mübahisələr son nəticədə bu instansiyaya ünvanlanır. Eyni zamanda media ilə də iş aparılmalıdır. Çünki medianın seçkilərlə bağlı obyektiv məlumatlar yayması çox vacibdir».
Onun sözlərinə görə, oktyabrın ortalarında Avropa Şurasının 5 nümayəndəsi hökumət, siyasi partiya, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşmək üçün Azərbaycana gələcək. Şuranın 30 nəfərlik müşahidə missiyası isə seçkiyə bir neçə gün qalmış burada olacaq.