«Qızlar internet kluba getsə o, qızın kitabı bağlandı»

Bloqosferdə mübahisəyə səbəb olan mövzulardan biri də bloqçuların jurnalist hesab edilib-edilməməsi idi

- Bizim Quba rayonunda internet kluba gedən qızlara pis baxırlar. Qız inretnetdən istifadə edəndə, oğlanlar min cür söyüş söyür, pis videolara baxırlar.

- İnsanlar ata-analarından çox mühitlərinə bənzəyirlər. Region insanlarının «wap çatlar»da hansısa tələbatlarını ödəmək üçün kimlərisə axtarmaları normaldır. Elə regionlar var ki, kifayət qədər qapalıdır, həmin hərkətləri açıq-aşkar real həyatda edəcəyi təqdirdə bilir ki, kənardan basqılara məruz qalacaq.

Bu müzakirələr sentyabrın 10-dan 12-nə kimi Nabranda Bloqosfer 2010 - Bloqçuların və Yeni Media mütəxəssislərinin 1-ci forumunda gedib. Foruma regionlardan da qoşulan gənc bloqçular bir sıra problemlərinin olduğunu qeyd edir. Onların fikrincə, bir bölgədə əgər İnternetin sürəti, digərində İnternet klublarının az olması problemdirsə, elə regionlar da var ki, qızların İnternetdən istifadəsi az qala yasaq edilib:

İNTERNETƏ GETMƏKLƏ BÜTÜN OĞLANLARIN NƏZƏRİ ONLARA ÇEVRİLİR...


- Ümumiyyətlə, regionlarımız çox fərqlidir. Məsələn, Lənkəranla Şəki, Qazaxla Quba çox fərqlənir.

- Gəncə şəhərindənəm. Gəncədə internet klublara oğlanlardan çox qızlar gedir. Amma di gəl qızların marağını cəlb edən nədir? Email-nə gedir, o çat bu çat.

- Qızlar internet kluba getsə o, qızın kitabı bağlandı. İnternetə getməklə bütün oğlanların nəzəri onlara çevrilir...

Regionlarda bloqlar üçün mövzu seçimi də sən demə böyük problem imiş. Hər halda eyni problemi bloqçuların əksəriyyətinin yaşadığı məlum oldu.

Qubalı bloqçulardan Ramin Mahmudov hesab edir ki, yaşadığı bölgədə bəzən bloqçular siyasi məsələlərə münasibət bildirməkdən çəkinirlər, bu səbəbdən də əyləncəli bloqların
İlqar Mirzə və Azər Nəzərov
sayı artır:

İNTERNETDƏN İSTİFADƏ EDƏNLƏR ÇOX AZDIR


- Regionda bloqçuların səviyyəsi yeni-yeni başlayır. İnternetdən istifadə edənlər çox azdır, omlar da «çat»laşma, əyləncə məqsədilə istifadə edirlər. Söz azadlığına gəlincə, bloqçular məcburdurlar, ya anonim olaraq fəaliyyət göstərsinlər, ya da kəskin nədənsə yazmasınlar. Problemlərdən yazmayanda da olur əyləncə.

Siyasi mövzulara gəlincə...

Bloqosferin mövzusu əvvəldən elan edildiyi kimi iştirakçılar tərəfdən müəyyən edildi. Ancaq müzakirəyə çıxarılan 7 mövzudan heç biri nə həbsdəki gənc bloqçular – Emin Milli və Adnan Hacızadə, nə də siyasi məsələlər barədə oldu.

Forumun təşkilatçıları Azər Nəzərov və İlqar Mirzə bunu mövzunun təklif olunmaması ilə izah etdilər:

Azər Nəzərov: - Düzünü desək, biz də gözləyirdik ki, bu mövzunu kimsə təklif edəcək. Biz buna hazır idik. Bizim üçün sürpriz oldu ki, bu mövzu açıq şəkildə təklif olunmadı.

İlqar Mirzə: - Burda əsasən keçmiş yox, gələcəyə doğru baxış idi. Necə edək ki, gələcəkdə bloqçuların fəaliyyəti daha təhlükəsiz, faydalı olsun.

Forum zamanı təklif edilən mövzulardan yalnız biri qəbul olunmadı - o da seçkilərin bloqlarda işıqlandırılması ilə bağlı idi. Təşkilatçılar bildirib ki, belə bir şərti forumun donorları irəli sürüb və tədbir sırf bloqçulucun inkişaf məsələsinə həsr edilib.

Bloqosferə öz dəstəyini verənlərdən biri də ABŞ-ın Azərbaycandakı səfirliyi idi. Səfirliyin sözçüsü Terri Devidson belə bir tələbin qəbuledilməz olduğunu
Bloqosferdə səslənən əsas tezislərdən biri də o oldu ki, «Azərbaycanda professional bloqçu yoxdur»
deyir:

İNTERNET AZAD MƏKAN OLMALIDIR

- ABŞ səfirliyi sponsordur, amma belə bir mövzunun seçilməsini biz dəstəkləyirik. İnternet azad məkan, insanların problemli məsələləri müzakirə edə biləcəyi yer olmalıdır.

Terri Devidson həbsdəki bloqçuların işini də diqqətdə saxladıqlarını və yeni mediada yaşanan «bum»un demokratiya üçün vacib olan ifadə azadlığı, debat mədəniyyətinin yaranmasına təsir edəcəyinə ümid etdiyini də bildirib.

Bloqosferdə mübahisəyə səbəb olan mövzulardan biri də bloqçuların jurnalist hesab edilib-edilməməsi idi. Bu fikrin tərəfdarlarından Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz mövqeyini qanunvericiliklə əsaslandırmağa çalışsa da, səsvermə zamanı iştirakçıların əksəriyyəti bloqçuların jurnalist olması fikrini qəbul etmədilər:

«AZƏRBAYCANDA PROFESSİONAL BLOQÇU YOXDUR»

- Media yönündə olan bloqçuların məşğul olduğu fəaliyyət sahəsi jurnalistikadır. KİV haqda qanunun 2-ci maddəsində əsas anlayışlar bölməsində informasiya yayımı ilə bağlı qeyd olunur ki, informasiya kağız, elektron formada, internet vasitəsilə yayılar bilər. İnternet sözünün sonralar açması yoxdur. Ona görə biz bloqçunun jurnalist hesab olunması ilə bağlı təkliflərimizi hazırlayırıq.

80-dən çox adamın iştirak etdiyi Bloqosferdə səslənən əsas tezislərdən biri də o oldu ki, «Azərbaycanda professional bloqçu yoxdur». Bu fikri onunla əsaslandırdılar ki, əgər azərbaycanlı bloqçular reklam vasitəsilə ayda 2000-2300 manat gəlir əldə edə bilmirsə, onda onları peşəkar adlandırmaq olmaz.