Dünya şöhrətli türk yazarı Orxan Pamuk İstanbulda tikdirdiyi "Məsumiyyət muzeyi"nin bu ilin sonun qədər açılacağını deyir.
...2000-dən 2004-ə qədər hər gün səhər tezdən onu İstiklalda görürdüm. Sanki müstəqil bir yazıçı yox, saat 8.30-da dəzgahın başında olması lazım gələn bir fəhlə idi.
1 km. yolu bu başdan o başa tək-tənha gedib Cihangirin Bosfor boğazını görən tərəfindəki ofisinə yetişir və ilk
İşi boğazdan keçən gəmiləri saymaq olurdu
Deyəsən, gəmiləri saymağın zövqündən doymadığına görə, 2 ildən bəri onları pastel və sulu boya ilə kağıza, yağlı boya və fırça ilə kətana köçürməyə qərar verib.
Yox, çəkdiyi gəmilər İvan Ayvazovskinin deyil, müasir rus rəsm sənətinin böyük ustası İvan Lubennikovun boğazda gördüyü gəmilərə çox bənzəyir.
5 il əvvəl Doğan Paksoyun qalareyasında yarım litr rakı içəndən sonra İvan:”Mənə qara rəng, bir ədəd 10 nömrəli fırça və kağız gətir. Qapını bağla”- demiş, 1 saatdan sonra İstanbul boğazında üzən gəmilərin təsvir edildiyi 4 şəkli mənə uzatmışdı.
Pamukun gəmilərini İvanların (Ayvazovski və Lubennikov) “paroxod” larından fərqləndirən əsas cəhət - onların ətrafını saran yazılardır. Bunu onun yazıya olan mübtəlalığına bağlamaqdan başqa çarəmiz varmı?
Keçən əsrin ortalarından etibarən Türkiyədə məşhurlaşmağa başlayan Pamuk sadə həyatından vaz keçmədi.
Ardıcıl şəkildə sistemi tənqid etməyə başlayınca, “düşüncələrinə görə”, məhkəmə qapılarını aşındırmaq məcburiyyətində qaldı.
AKP hökumətinin 2002-ci ildə verdiyi vədlər onu umudlandırmış və Türkiyənin AB-yə tam hüquqlu üzv olması üçün Tayyip Ərdoğan hökumətindən dəstəyini əsirgəməmişdi.
Ta ki, 2004-ün payızına qədər. 6 il qabaq Avropalı Yaşılların İstanbulda keçirdiyi konfransda Daniel Con Bendictin Brusselə “Türkiyəni AB-yə qəbul edin ki, hər həftə gəlib İstanbul boğazında balıq yeyə biləsiniz” - sözləri ilə müraciətindən sonra kürsüyə gələn Pamuk
“Türkiyə getdikcə yaşanılmaz yer halına gəlir
Hər an ölkəni tərk edə bilərəm”- bəyanatını vermişdi.
Onun sözləri salonda hamını çaşbaş salmışdı; bir qadın “Ölkəmizə niyə bu qədər yuxarıdan aşağı baxırsınız?”- sözləri ilə ona etirazını bilidirərkən yenidən kükrəyən “qızıl dərili” Boğazda balıq yemək heyranlığından asanlıqla vaz keçməyəcəyini göstərmişdi.
AKP hökumətinin AB siyasətini qeydsiz-şərtsiz dəstəkləyən Pamuk “ölkəni tərk edə bilərəm”-sözlərini qəsdən demişdimi?
Bu, dünyanın ən böyük ədəbi mükafatını almaq üçün hazırlanmış bir planın tərkib hissəsi ola bilərdimi? Sonrakı gəlişmələr bu istiqamətdəki “şübhələr”i artırdı.
2005-in yanvarında İsveçrə jurnalına müsahibə verən Pamukun “Türklər 1 milyon erməni, 30 min kürd öldürdü”- sözləri siyasi çalxantıları da özü ilə gətirib-gəldi. Pamuk əvvəlcə o sözləri söyləmədiyini iddia etdi.
Mübahisələr qızışandan sonra İsveçrə jurnalındakı sözlərinin arxasında durdu: “Bir halda ki, sizi inandıra bilmədim və bu qədər üstümə gəldiniz, onda etiraf edirəm ki, o sözləri dedim”.
Vəkil Kemal Kerinçsiz “Türklüyü təhqir etdiyinə görə” Orhan Pamuku məhkəməyə verdi. ( “Ergenekon” adlı prosesdə 2008-ci ilin yanvarında həbs edilən Kemal Kerinçsiz Silivri 32 aydan bəri Silivri həbsxanasında yatır).
2005-in payızında Avropa Birliyinin diqqət mərkəzində iki məhkəmə prosesi vardı: 1) Hrand Dinkin məhkəməsi; 2) Orhan Pamukun məhkəməsi. “Türkiyə ermənilərinin damarlarındakı zəhərli qanı boşaldıb oraya Ermənistandan gətirilən qan doldurulmalıdır”-deyən Hrand Dink 6 ay həbs cəzası almışdı.
Pamukun hər məhkəməsinə AB-dən 5-6 millət vəkili gəlirdi. Məhkəməni mühasirəyə alan Türk milliyyətçilərinin etiraz aksiyaları
Pamuka Qərbdən verilən dəstəyi daha dücləndirirdi
“Hürriyət”in baş redaktoru Ərtuğrul Özkök o günlərdə yazmışdı ki, bir çox jurnalist və yazar “düşüncə suçu”ndan məhkəmə qapılarında get-gələ salınsa da, media qurumlarının xəbər mərkəzlərinin “axtarış motorları” sadəcə Pamuk və Dinklə bağlı xəbərlərə reaksiya verir.
“Pamukun bu ölkəyə bunları yapmağa haqqı yoxdur”-deyən ədliyyə naziri Cəmil Çiçək də Türkiyədəki liberalların və AB-nin sərt reaksiyasına məruz qalmışdı.
Məhkəmənin hazırlıq iclasları davam edərkən Türk cəza qanununda dəyişiklik edildi və “düşüncə suçları”nın məhkəmə təhqiqatına icazə səlahiyyəti ədliyyə nazirinə verildi.
O günlərdə Pamukun Nobel mükafatına çox yaxınlaşmasına baxmayaraq, 2005-in mükafatı Harold Pinterə verildi. Ədliyyə naziri Çiçək də Orhan Pamukun “düşüncə suçu” iddiası ilə başladılan məhkəmə prosesinin davam etdirilməsinə icazə vermədi.
Nobel xəbərini Nyu-Yorkda alan Pamuk, ölkəsinə tək-tənha döndü. Aeroportdan da tək-tənha çıxıb İletişim nəşriyyatına getdi.
Mükafat onun haqqı idi. Türkiyənin dünyada tanınmasında Nobel mükafatı laureatı Orhan Pamukun siyasətçilərin hamısından çox rolu olduğunu onun mövqeyini qəbul etməyənlər belə etiraf edir.
Ancaq mükafatın pərdə arxasındakı “siyasi motiv”in cəmiyyətin yaddaşından silindiyini söyləmək, hələlik, mümkün deyildir.
Nə vaxtsa mümkün olacaqmı?
Ədliyyə naziri Çiçək məhkəməni “xətm edəndən” sonra Pamuk “bundan sonra Argentina yazıçısı Xulio Kortasarı örnək alıb sadəcə roman yazacağam, siyasətlə işim olmayacaq”- desə də, Nobel mükafatını alar-almaz “həmişə siyasətin içində olacağını” bəyan etdi.
Və muzey
Əsərlərini “sərt vizuallıq” prinsipiylə yazdığı məlumdur. “Qar” , “İstanbul” və “Məsumiyyət muzeyi”ndə bu prinsipinə maksimal dərəcədə sadiq qaldığını görürük.
Tələbəlik dostu Ərdal Dönməzə Kars barədə roman yazacağına dair söz verəndən sonra Karsı qarış-qarış gəzib, sonra əsərin qəhrəmanının dalınca Almaniyaya qədər gedib.
“Məsumiyyət muzeyi” ndəki Bəyoğlu təfərrüatlarını şəxsi muzeyinə daşıyıb; 1998-ci ildə aldığı binada muzeyin quruluş işləri xeyli irəliləyib. Fevralda yaşıl torlarla əhatə edilən bina indi “mühasirə”dən çıxarılıb oxra qırmızısı rənginə boyanıb.
Muzeydə 83 sandıqın olacağını deyirlər – Pamukun “Məsumiyyət muzeyi”ndəki 83 bölümə uyğun olaraq.
Bu sandıqlardakı əşyalar Türkiyə həyatının 1975-ci ildən – yəni romandakı olaylar başlayandan üzü bəri -30 illik tarixini əhatə edəcək.
Tikiş maşınları, saatlar, düymələr, lotereya biletləri, mineral su qablarının qapaqları, farfor qablar, quş qəfəsləri, alışqanlar, taxma dişlər...
Muzeyin eksponatları həm adi, həm də qeyri-adi olan yüzlərlə belə əşyadan ibarət olacaq.
Sandıqlardakı belə əşyaların bəzisi doğrudan o dövrdən qalmadı, bəzilərini isə xüsusi olaraq muzey üçün sənətkarlar düzəldib.
20 gün əvvəl NTV-yə verdiyi müsahibədə deyirdi ki, muzeydə işlər istədiyi kimi getmir, evdəki haqq-hesab bazara uyğun gəlmir.
Ona görə də qarşısında iki yol var; ya 1 il “canını dişinə tutub” roman yazmamalı və muzeydəki təmir işlərini bitirməlidir; ya da roman yazmağa davam edərək muzeyin işlərini ala-yarımçıq qoymalıdır. Sözlərindən anlaşılırdı ki, muzeyin təmirini davam etdirmək üçün roman yazmağa ehtiyac olacaq.
Fevralda Oxu zalı Türkiyənin dünyada tanınan bəzi yazarlarının muzey barədə fikirlərini çap etmişdi. Sonra daha bir məlumat yayıldı ki, Orhan Pamuk dövlətin muzeyin təmiri üçün verdiyi maddi dəstəkdən imtina edri.
Muzeydəki təmir işlərinin irəliləməsinə baxmayaraq, oraya hələ də heç kimin girməsinə icazə verilmir.
Düz 1 həftə binanın qapısını aşındırmağımıza baxmayaraq, “Məsumiyyət muzeyi”nin açıq pəncərələrindən “nə ölüyə hay verən oldu, nə diriyə pay”.
Binanın işıq və su fakturalarının qapının dəstəyinə keçirildiyi də gözümüzdən qaçmadı.
Təcrübəyə əsaslanıb deyə bilərəm ki, Pamuk “Məsumiyyət muzeyi”nin təmirini yarımçıq qoyub roman yazacaq.
Aha, bunu indidən buraya da yazdım....
Oğlum, Siyavuş, “Məsumiyyət muzeyi”nə gedən pilləkənləri enib-çıxmaqdan nəfəsimiz kəsildi; çayları tez gətir. Mürəbbəyə ehtiyac yoxdur.
Çaylarrrrrrrr......

Bu sandıqlardakı əşyalar Türkiyə həyatının 1975-ci ildən – yəni romandakı olaylar başlayandan üzü bəri -30 illik tarixini əhatəı edəcək.