Bu həm o Koroğludu, həm də o deyil.
O, dastandakı kimi Bağdada səfər edir, amma bu dəfə diktator Səddam Hüseynlə görüşür.
Səddam Koroğlunu öz tərəfinə çəkmək üçün ona 9 neft quyusu vəd edir.
Amma sonra Koroğlu Amerikaya səfər edir və prezident Buşla görüşür. Buşsa ona 15 quyu söz verir.
Belə olanda Koroğlu deyir ki, haydı, qoşunu yerit İraqa...
Bu postmodern süjet gənc yazar Kəramət Böyükçölün “Qanun” nəşriyyatında yenicə çapdan çıxan “Çöl” romanındandır.
Əsər haqqında "Oxu zalı"na verilən məlumatda deyilir ki, roman bir tərəfdən tərəkəmə həyat tərzindən bəhs edir:
Qədim zamanlardan bu yana tərəkəmələrin yaşayışı, məişəti, yeməyi, geyimi təsvir edilir. Digər tərəfdən xalqın milli mentaliteti, düşüncəsi, dünyagürüşü ilə bağlı stereotiplərə bu günün prizmasından baxılır.
Bəzi ənənələrə tənqidi yanaşılır. Xüsusən də keçmişlə, keçmişin qəhrəmanları ilə yaşamaq adətinə.
Koroğlunun bəzi dəliləri Qarabağ müharibəsində döyüşür, amma onlar döyüşə dillərində Koroğlunun adı girsələr də, Koroğlunun özü Moskvada "Çənlibel" supermarketi açıb, baş mühasibi də Qarikdir.
Koroğlu şöhrətə, pula aldanıb, Amerika səfərində Buşun verdiyi 15 quyuya görə İraqa hücuma xeyri-dua verməsi də bundandır.
Əsərin əsas ideyası odur ki, Azərbaycanda insanlar kitablardakı qəhrəmanlarla, romantika ilə yaşayırlar, halbuki bu bir aldanışdır.
Kitabdakı qəhrəmanlar gəlib ölkəni xilas etməyəcək.
Qarabağı azad etmək üçün romantika yox, hərb elmini oxumaq lazımdır...
Kitabdan bir parçayla yaxın günlərdə "Oxu zalı"nda tanış ola bilərsiz.