“Azərbaycanın ən güclü seçki siyahısı AXCP–Müsavatın siyahısıdır”.
Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında Müsavat Partiyasınım başqanı İsa Qəmbər deyib. Onun sözlərinə görə, həmin siyahıda xeyli ləyaqətli namizədlər var:
SİYAHIMIZ SEÇKİLƏRDƏ QƏLƏBƏ ÇALMAĞA QADİR OLAN SİYAHIDIR
“Bizim siyahımız kifayət qədər güclü siyahıdır. Siyahıda çoxlu sayda təcrübəli siyasətçilər var. Son 25 ilin siyasət burulğanından keçmiş və bu 25 illik prosesdə təcrübə toplamış, ləyaqətli adını qoruyub saxlamış və eyni zamanda məşhurlaşmış xeyli insanlar var. Bundan başqa, siyahımızda çox ciddi mütəxəssislər var, yaxşı alimlər var, ziyalılar var. Hətta siyahıda az tanındığı deyilən adamların əksəriyyəti də konkret dairələrdə nüfuz sahibi olan insanlardır. Və siyahımız seçkilərdə qələbə çalmağa qadir olan bir siyahıdır. Yəni, normal bir seçki keçirilsə, mən əminəm ki, yerlərin əksəriyyətini AXCP-Müsavat blokunun namizədləri əldə edərlər. Xalq onlara səs verər”.
“YAP-ın siyahısı bütün demokratik təsisatlara uyğun aparılıb”.
Bunu isə YAP-dan olan deputat və partiyanın builki seçki siyahısında deputatlığa namizəd kimi adı göstərilmiş Elman Məmmədov deyib. Deputat deyib ki, seçki siyahısı hazırlanarkən partiyanın nizamnaməsi əsas götürülüb:
- Siyahıların hazırlanması, tərtib olunması və yekun siyahının araya gəlməsi bütün demokratik təsisatlara uyğun aparılıb. Və partiyanın nizamnaməsinə uyğun qaydada aparılıb.
SİZƏ HESABAT VERƏSİ DEYİL Kİ...
- Necə məsələn?
- Partiya nizamnaməsi ilə tanış olsanız əgər, görərsiniz ki, orada prosedurlar necə aparılıb. Bu partiyadaxili məsələlərdir və bütün detalların hamısına əməl olunub.
- Mən təəssüf ki, sizin partiyanın nizamnaməsi ilə tanış deyiləm.
- Tanış deyilsiniz. Sizə hesabat verəsi deyil ki...
- Amma siz tanışsınız eləmi?
- Bəli, mən tanışam.
- Lütfən bizə aydınladın, bizi məlumatlandırın. Hansıdır o prosedurlar sizin partiyada?
- O prosedurları siz maraqlanırsınızsa, öyrənmək istəyirsinizsə, zəhmət olmasa Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarına müraciət edin. Orada bu siyahıların hazırlanmasında məsul olan şəxslər sizə izah verərlər.
- Amma siz o prosedurlardan adı keçib, getmiş bir adamsınız? Yəqin ki o prosedurlardan xəbərdar olmalısınız?
- Mən o prosedurların hamısından xəbərdaram. Ancaq mən o səlahiyyətə malik deyiləm. Onlar haqqında sizə izah verməyə.
DEMOKRATİK ŞƏRAİTDƏ SEÇKİ MÜBARİZƏSİ GEDƏCƏK
- Sizcə bu prosedur kifayət qədər şəffaf olmamalıdır?
- Kifayət qədər şəffafdır və kifayət qədər demokratikdir.
- Bunu siz deyirsiniz, bizdə buna əmin olmaq istəyirik.
- Bu, partiyadaxili məsələlərdir, yəni partiyanın rəhbər orqanları və partiyanın hər bir maraqlanan üzvləri bu məsələlər haqqında kifayət qədər məlumata malikdir.
- Elman bəy, rəqibləriniz haqqında nə düşünürsünüz?
- Azərbaycan hüquqi, demokratik dövlətdir. Rəqiblər deyəndə seçkidə alternativ namizədlər də olacaq. Demokratik şəraitdə seçki mübarizəsi gedəcək. Və xalq kimi dəstəkləsə o qalib gələcək.
- Və siz nə düşünürsünüz adları bəlli olan rəqiblər barədə?
- Tanış deyiləm. tanışlığım yoxdur.
DİGƏR SİYAHI ORTAYA ÇIXMAYIB HƏLƏ
“YAP-ın yeni seçki siyahısı ortaya çıxa bilər”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu fikirdədir. Onun sözlərinə görə, AXCP ilə Müsavat ölkənin iki aparıcı partiyası ciddi diskussiyalarla, bütün demokratik prosedurlara əməl etmək şərti ilə vahid namizədlər siyahısı formalaşdırıb ortaya qoymasına baxmayaraq, hakimiyyətdaxili qüvvələr vahid namizədlər siyahısı formalaşdıra bilməyib:
“Bu siyahı aparatın siyahısıdır. Ancaq digər siyahı ortaya çıxmayıb hələ. Bu da tamamilə mümkündür ki, həmin siyahı ortaya çıxacaq hələ”.
Müsavat başqanı YAP rəsmilərinin partiya siyahısından kənar namizədliyini vermiş şəxslərə xəbərdarlığına da münasibət bildirib:
“Əgər Müsavat və AXCP desə ki, partiya siyahısından kənar kimsə öz namizədliyini irəli sürsə, bu düzgün deyil, bu Müsavatda və AXCP-də demokratiyanın məhdudlaşdırılması kimi qiymətləndiriləcək. Ancaq YAP öz üzvlərinin təşəbbüsünü pozur və siyahını gizli şəkildə formalaşdırır. Başqa meyarlarla formalaşdırır. Bunu da YAP-da nizam-intizamın güclü olması kimi təqdim etməyə çalışır”.
ƏTRAFLI DİNLƏYİN: