“Biz vətənimizə, torpağınıza, elimizə çox bağlı insanlarıq. Sözün həqiqi mənasında vətən daşıyıq. Təəssüflər ki, bəzən vətən daşı özü istəmədən belə çox-çox uzaqlara atılır...”.
Bu sözləri AzadlıqRadiosunun “Can Bakı” proqramına qonaq olan Bakının ən məşhur soyadlarından birinin daşıyıcısı Ofeliya xanım Dadaşova dilə gətirdi. Son 3-4 il ərzində tez-tez “gözəl Bakını” tərk etməyə məcbur olduğunu deyən xanım Dadaşova bunu doğuran “çoxdan-çox” səbəbləri də açıqladı.
BAKI MƏHVƏ SÜRÜKLƏNİR
Ofeliya xanım son vaxtlar Bakının çox dəyişdiyini diqqətə çatdırdı: “Amma təəssüf ki, şəhər gözəlliyə doğru yox, məhvə sürüklənir. Bakının keçmişi, tarixi yaddaşı sökülür. Biz bakılılar bunu qəbul edə, həzm edə bilmədiyimizə görə gücümüz vətəni tərk etməyə yetir”.
KEÇMİŞİ QORUMAYANIN GƏLƏCƏYİ ŞÜBHƏLİDİR...
Keçmişi qorumağın əhəmiyyətinə diqqət çəkən Ofeliya xanım “Keçmişini qorumayanın gələcəyi şübhəlidir”- söylədi. Xanım Dadaşova olduğu xarici ölkələrdə keçmişdən qalan adi daşın da qorunduğunun şahidi olduğunu dedi:
“Amma bizim millət atalarımız - millətə sahib çıxan kişilərimiz, Bakını quran kişilərimiz unudulur. Onlar bizə bütün dünyada gözəlliyi ilə seçilən, mənim fikrimcə unikal bir şəhər qoyublar”.
BAKIDA 3 BÖYÜK SÜLALƏ OLUB
Bu sülalələrin- Bakıxanovlar, Aşurbəyovlar və Dadaşovlar adlandığını deyən qonağımız Dadaşovların Hacı Hacağa qolundan olduqlarını diqqətə çatdırdı: “Hacı Hacağa Azərbaycanda milli burjuaziyanın banilərindən olub. İlk dəfə gəmiçiliyin əsasını qoyub. Gəmi tərsanələrini Hacı Hacağa tikdirib. Çoxlu sərnişin və yük daşıyan gəmiləri olub. Sonra da bu işi qardaşları, qardaşı uşaqları davam etdirib”.
HACI HACAĞA İNSANİ DƏYƏRLƏRİ DAŞIYAN KİŞİ OLUB
Ulu babasının 1828-ci İçərişəhərdə doğulduğunu söyləyən Ofeliya xanım onun çox səxavətli adam olduğunu bildirdi: “Özü də elə edirmiş ki, bu işi onun etdiyindən kimsə xəbər tutmasın”.
HACI II NİKOLAYIN MÜLKİ MÜŞAVİRİ OLUB
1-ci dərəcəli tacir rütbəsini alan Hacı Hacağa 1876-cı ildə Azərbaycanda ilk dəfə bu ada layiq görülən dördlüyün içində olub: “Dördlüyün biri də onun qardaşı Hacı Şıxəli Dadaşov idi. Hacı Zeynalabdin 1882-ci ildə bu adı alıb”.
NEFTLƏ VARLANMAYAN YEGANƏ MİLYONÇU?!
Düz oxudunuz. Ofeliya xanımın dediyinə görə, Hacı Hacıağa yeganə milyonçudur ki, neftlə məşğul olmayıb: “Dadaşovlar nefti xalqın milli sərvəti hesab ediblər. Dindar, allah adamı olduqları üçün, haram tikəyə əl vurmadıqları üçün neftə toxunmayıblar. Çünki neftlə varlanmaq çox asandır. Bu gün torpaq sahəsi al, sabah neft çıxsın, oldun milyonçu. Onlar öz zəhmətləri ilə varlanmağı üstün tutublar. İlk Gəmi Təmiri Zavodunu da onlar qurublar”.
İNDİKİ NİZAMİ MUZEYİ DƏ HACI HACAĞANINDIR
Verilişin digər qonağı Kəmalə xanım Dadaşova ulu babasının bu binanı “Metropol” oteli tikdirdiyini, onu icarəyə verərək gələn gəliri yetim və kimsəsiz uşaqların hesabına keçirdiyini bildirdi: “Özü də bu Bakıda yeganə otel olub ki, orada kazino olmayıb. Müsəlman aləmində qumar günah sayıldığına görə”.
BÜTÜN ANBARLARIMI AÇIN!
Qonaqlarımız ötən əsrin əvvəllərində Bakıda baş verən “Qadınlar qiyamı” kimi tarixə düşmüş hadisədən də danışdılar: “Çox böyük aclıq olub. Qadınlar qazanlarla küçələrə tökülüşüblər. Hacı Hacağa eşidib ki, qadınların üstünə atlı kazaklar göndərirlər, əmr edib ki, açın şəhərdəki anbarlarımın ağzını, paylayın camaata. Bir müsəlman kimi rəva görməyib ki, qadınları kazaklar dağıtsınlar”.
HƏR CÜMƏ - AÇIQ QAPI GÜNÜ!
Şəhərin imkansız adamları həmin gün Dadaşovlara müraciət edirmiş. Ofeliya xanım deyir ki, bu ənənə indiyəcən davam edir. Nə qədər çətinliklərlə qarşılaşsalar da, bu nəslin davamçıları ulu babalarının qoyduğu ənənəni yaşatmağa çalışırlar: “Həmin cümə günlərinin birində onun qapısına övladları tərəfindən atılmış bir kişi gəlir. Bu hadisə ona pis təsir edir. Hacı Hacağa qərara gəlir ki, Bilgəhdəki bir mülkünü Qocalar Evinə versin. 12 hektarlıq bir bağın içində olan Qocalar Evi çox təəssüf ki, hələ də fəaliyyətdədir...”.
- Qocalar Evinin yerləşdiyi XX qurultay küçəsini kim Hacı Hacağa küçəsi adlandırdı?
- Ötən əsrin əvvəllərində Bakıda olan qarşıdurmada Hacı Hacağa “Metropol” otelinin zirzəmisində kimləri gizlədib ölümdən xilas etdi? Doğrudanmı, bu gizlətmə olmasaydı biz “Leyli-Məcnun”suz, “Koroğlu”suz, “Nərgiz”siz qalacaqdıq?
- Kəmalə Dadaşova Bakı milyonçularını niyə kişilik institutu adlandırdı? Niyə Milli Burjuaziya Muzeyinin yaradılmasını vacib saydı?
- Ofeliya xanımım babası—Hacı Hacağanın oğlu, Bakı Dumasının qlasnısı Ağayusif Dadaşov 1918-ci il mart hadisələrində nələr etdi və niyə həlak oldu?
- Dadaşovlar Bakı kəndlərində nələr yadigar qoydular?
- Qonaqlarımız sabah-sentyabrın 23-də vəfatının 105-ci ilində millətin Hacı Hacağanı necə anmasını istədilər?
- Hacı Hacağanın kiçik oğlu Əliabbas nələrə imza atdı? Kral Qustavın (İsveç) birinci dərəcəli cəngavəri titulunu necə aldı?
- Hacı Şıxəli Dadaşov İçərişəhərdəki Cümə məscidini necə tikdirdi? Onu niyə ölümündən 40 gün sonra orada yenidən torpağa verdilər? Hacı Şıxəlinin zəngin qəbrini kimlər soydu?
- Ofeliya xanım Nobellərin davamçısı olan Maykl Nobeli niyə Bakıdakı evinə qonaq çağıra bilmədi?
- 75 nəfərin imzası ilə ölkə prezidentinə ünvanlanan məktuba cavab gəldi-gəlmədi? Məktubda nə xahiş olunurdu?
- Verilişə gələn şərhlər və suallar necə cavablandırıldı?
Ən yaxşısı, bu maraqlı qonaqların özlərini dinləməkdir. Peşman olmayacaqsınız.