«Azərbaycanda hətta 500 min üzvü olan YAP-da güclü deyil».
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə deyib. Azərbaycanda bütün partiyaların zəif olduğunu deyən həmsədr bunların səbəblərini də açıqlayıb.
«Bu gün digər partiyalar kimi Azərbaycan Sosial Demokrat Partiyası da zəifdir. Bu gün Azərbaycanda hətta 500 min üzvü olan YAP-da güclü deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Səbəblər ondan ibarətdir ki, əvvəla siyasətdə 90-cı illərin əvvəllərində olan, 80-ci illərin sonlarında olan romantizm dövrü başa çatıb. Və istedadlı gənclər görürlər ki, əgər siyasətlə məşğul olurlarsa, onların karyeralarını qurmaq üçün, öz peşə qabiliyyətlərini nümayiş etdirmək üçün imkanlar o saat daralır. Və ona görə istedadlı uşaqlar siyasətə gəlmirlər. Bu, bir səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, siyasətdə maliyyə imkanlarının böyük əhəmiyyəti var. Müxalifət partiyalarının maliyyə imkanları haradan ola bilər?»
SİYASƏTÇİLƏR SƏHVLƏRİNİ BOYUNLARINA ALMIR
Əsas səbəbi isə partiyanın həmsədri keçmişlə əlaqələndirir. O deyir ki, vaxtilə xalqın siyasətçilərə olan inamını qırıblar:
«Əsas səbəb də ondan ibarətdir ki, bu gün üzdə olan siyasətçilərin əksəriyyəti Xalq Cəbhəsindən çıxmış siyasətçilərdir. Onlar vaxtı ilə çoxlu səhvlərə yol veriblər. Və bu səhvləri də boyunlarına almayıblar hələ indiyədək. Ona görə də xalqın inamı yoxdur. Mən, tutaq ki, Xalq Cəbhəsinin üzvü olmamışam. Amma deyir qurunun oduna yaş da yanır. Bunların hamısını nəzərə alaraq mən deyirəm ki, bu gün bütün partiyalar, o cümlədən bizim partiya zəifdir».
Araz Əlizadənin keçmişdə baş vermiş siyasi prosesləri hamilə qadına bənzədib.
«90-cı illərin əvvəlində Azərbaycan «Demokratiya» adlı uşağa hamiləydi. O zaman Xalq Cəbhəsi çevriliş yolu ilə bu uşağı saldırdı. Ondan sonra Azərbaycan bu uşağa hamilə qalmır».
Partiyanın həmsədri seçki təcrübələrindən də danışıb. O deyib ki, digər həmsədr Ayaz Mütəllibov seçkilərə qatılmasa da, partiya seçkilərdə 4 namizədlə iştirak edəcək. O partiyasının seçkilərdə 2000-ci ildən sonra daim iştirak etdiyini bildirib.
«2000-ci il parlament seçkilərini bizim partiya boykot etmişdi. O zaman 22 partiya boykot haqqında qərar qəbul etmişdi. Sonra hamısı quzu balası kimi seçkilərə getdilər. Boykot qərarı, kişi imzası, kişi sözü hamısı yaddan çıxdı. Bir dənə biz öz sözümüzün üstündə durduq. 2003-cü ildə prezident seçkilərində mən imzaları topladım, təqdim etdim. 8 qovluq idi, ilk 4 qovluğa dedilər ki, düzdür. 5-6-7-8-ci qovluğun hamısını elan etdilər ki, hamısı saxtadır. Ən gülməlisi odur ki, 8-ci qovluğa sonuncu vərəqə ancaq bizim mərkəzi komitənin üzvləri idi. sonuncu imzanı da mən atmışdım. Mənim də imzam saxta elan edildi. Buraxmadılar seçkiyə. 2005-ci il seçkilərində biz iştirak etdik 6 namizədlə. Heç biri seçilmədi».
XARİCİ SİYASƏTDƏN RAZI, DAXİLİ SİYASƏTDƏN NARAZI
Araz Əlizadə Sosial-Demokrat partiyasını müxalifət partiyası adlandırıb.
«Konstruktiv müxalifət partiyasıyıq. Biz iqtidarın xarici siyasətini tam dəstəkləyirik .Amma daxili siyasətindən narazıyıq».
Araz Əlizadə xarici siyasətdən razı olmasının səbəblərini də açıqlayıb.
«Biz görürük Azərbaycanın hörməti qalxıb, Azərbaycanla hesablaşırlar. Azərbaycan artıq heç kəsin yedəyində getmir. Özünə böyük qardaş axtarmır, özünə dost axtarır. Və dostlar da ki, həmişə bərabər hüquqlu olurlar».
Araz Əlizadə deyir ki, istər müxalifət olsun, istər iqtidar, siyasətdə olan hər kəs xalqı düzgün yola çəkməlidir.
«Mən həmişə xalqa düzgün yol göstərmişəm. Və məsləhət vermişəm ki, xalqı aparıb döydürənlərin ardınca getməsinlər. Çünki onlar xalqı döydürürlərsə, heç olmasa özləri də bir dəfə döyülsünlər. 20 yanvara apardılar özləri kənarda qaldı, xalq qırıldı. Meydan hərəkatında özləri kənarda qaldı, xalq döyüldü. Dövlət çevrilişi etdilər, ölkəni vətəndaş müharibəsi ilə qarşı-qarşıya qoydular, yenə də xalq əziyyət çəkdi. Ona görə mən həmişə xalqa göstərmişəm ki, düzgün yol nədir. Ağılla mübarizə aparmaq lazımdır, səs-küylə yox».
KORRUPSİYAYA NAZİRLƏR BAŞÇILIQ EDİR?
Partiyanın həmsədri deyib ki, daxili siyasətdə isə onları narahat edən məsələlərdən başlıcası korrupsiyadır.
«Balıq başdan iylənər, nazirlər başçılıq edir bunlara. Oradan yuxarıda mən düşünmürəm ki, kiminsə korrupsiyaya marağı olsun».
Korrupsiya halları ilə barışa bilmədiyini deyən partiyanın həmsədri prezidentin Dubay mülkləri ilə bağlı mətbuatda yazılanlara isə inanmadığını deyib. O deyib ki, prezidentin buna ehtiyacı yoxdur.
«Bizdə müxalifət nümayəndələrinin xaricdə evləri-mülkləri var. Prezidentin uşaqlarının niyə olmasın? Vaşinqton post mənim üçün «Qurani-Kərim» deyil ki, mən onun yazdığına inanım».