Prezident İlham Əliyev sentyabrın 30-da Bakıya gətirilən yeni taksilərə baxış keçirib.
«Azertac»ın məlumatına görə, bunların 12-si tanınmış «London Taksi» şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi məqsədləri üçün nəzərdə tutulan avtomobildir ki, bu da Avro-4 standartlarına tam cavab verir. Bu maşınlarda sürücü hissə sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılıb, arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər.
Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Avtomobillərə sayğaclar quraşdırılıb, «Call Center» istifadəyə verilib. Gecə-gündüz işləyən dispetçer mərkəzi böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamasına on-line rejimində nəzarət edilir.
Mərkəzdə hər bir sifarişin 40 saniyə ərzində qəbul edilib işlənməsi, hər 90 saniyədə sifariş yerinə yaxın olan avtomobilin avtomatik təyin edilməsi və hər 7-8 dəqiqədə avtomobilin sifariş yerinə çatması müəyyən edilir. Taksidən istifadə edən hər bir sərnişinin qəza zamanı 3 min manat sığortalı olması və maşınlarda «itmiş əşyaların tapılma» xidmətinin fəaliyyət göstərməsi də müasir xidmət növlərindəndir.