2010-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatı Peru yazıçısı Mario Varqas Lyosaya verildi.
Məlumatı oktyabrın 7-də İsveç Akademiyası açıqlayıb.
Akademiya yazıçıya mükafatın "hakimiyyət strukturunun kartoqrafiyasi, eləcə də fərdin müqaviməti, üsyanı və məğlubiyyəti ilə bağlı parlaq obrazların yaradılmasına görə" verib.
Mükafat öz sahibinə dekabrın 10-da Stokholmda təqdim olunacaq. Mükafatı ona xüsusi mərasimdə İsveç kralı təqdim edəcək.
Dekabrın 10-u Alfred Nobelin vəfat etdiyi gündür.
Mükafatın dəyəri təminən 1,5 milyon dollardır. Mükafatın sahibinə diplom və medal da veriləcək.
ÜSYANKAR YAZAR, İCTİMAİ XADİM
Müasir Latın Amerikası ədəbiyyatının öncül novator yazıçılarından olan perulu nasir Mario Varqas Lyosa 28 mart 1936-cı ildə Arekipdə doğulub. (Seyfəddin Hüseynlinin Lyosadan etdiyi tərcüməyə ön sözündən)
Leonsio Prado hərbi məktəbində, daha sonra San-Markos paytaxt universitetində təhsil alıb.
1958-ci ildə Madrid universitetinin təqaüdünü qazanaraq, uzun müddətə Avropa və Amerikaya gedib. Doqquz ildən sonra R.Qalyeqos adına beynəlxalq mükafata layiq görülən Varqas Lyosa yazıçının ictimai həyatla sıx bağlılığı mövzusunda məşhur nitqini söyləyib.
Daha sonralar öz fikirlərini həyata keçirmək üçün Peruda 1990-cı ildə keçirilən prezident seçkilərində namizəd kimi iştirak edərək, məğlubiyyətə uğrayıb.
Varqas Lyosanın 1963-cü ildə yazdığı ilk romanı "Şəhər və köpəklər" Limada onun kitablarının nümayişkaranə yandırılması ilə nəticələnən qalmaqala səbəb olub. Leonsio Prado hərbi məktəbinin "gerçək tarixçəsi"ndə əks etdirilən əcaib xüsusiyyətlər Perunun bütün hərbçi zümrəsini istehza hədəfinə çevirib. "Yaşıl ev" romanının əsas mövzuları olan zorakılıq və özgələşmə eyni vaxtda beş kəsişən süjet xəttilə inkişaf etdirilir.
Yazıçı burada genişləndirilmiş montaj texnikasından, hadisələrin zaman və məkanının ani əvəzlənmələrindən, çox müxtəlif nöqtələrdən yanaşma üsulundan istifadə edir.
"Küçüklər" hekayəsində "əsl kişi mühiti"nə düşən axta oğlanın başına gələnlər təsvir olunur. "Kilsədə söhbət" romanı M.Odrianın diktaturası zamanında Peru cəmiyyətinə xas olan naqislikləri ortaya çıxarır.
"Palomino Moleronu kim öldürüb?" detektiv povestində gənc bir müğənninin qətli həqiqətin və ədalətin qarışıq sərhədlərinin aydınlaşdırılması üçün zəmin rolu oynayır.
Varqas Lyosa "Kapitan Pantaleon və xeyirxah əməllər rotası", "Məhşər savaşı" və başqa romanların, eləcə də Floberin yaradıcılığı haqda tədqiqatın müəllifidir.
Nobeld'n əvvəl Lyosa ispandilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı - Servantes mükafatına, eləcə də Nabokov mükafatına layiq görülüb.
LYOSANIN ÖZ ÖLKƏSİNDƏ NÜFUZU
Bu yaxınlarda Peru prezidenti Alan Qarsia Mario Varqas Lyosanın müraciətindən sonra öz fərmanını ləğv edib.
Bir müddət əvvəl verdiyi fərmanla prezident 2003-cü ilə qədər hərbçi və xüsusi xidmət orqanlarının törətdiyi qanunsuzluqların araşdırılmasını dayandırmışdı.
Peruda həm də ictimai xadim kimi tanınan Lyosa prezidentə müraciətində bildirmişdi ki, fərman “80-90-cı illərdə insanları oğurlayan, həbs edilənlərə işgəncə verən, onları öldürən hərbçi və xüsusi xidmət orqanları əməkdaşlarına “pərdələnmiş amnistiyadır”.
80-90-cı illərdə Peruda davam edən vətəndaş müharibəsi zamanı hökumət qüvvələri və solçu üsyançılar arasında gedən döyüşlərdə 70 minə yaxın insan öldürülmüşdü. (BBC)
Bundan qabaq Lyosa etiraz nümayişi kimi vətəndaş müharibəsi zamanı həlak olan insanların xatirəsinə muzeyin yaradılması ilə məşğul olacaq komissiyaya rəhbərlik etməkdən boyun qaçırmışdı.
Lyosa öz şübhəsini ifadə etmişdi ki, yəqin prezident ilk dəfə dövlətə rəhbərlik etdiyi 80-ci illərin sonunda baş vermiş cinayətləri ört-basdır etmək istəyir.
Mario Varqas Lyosa keçmiş SSRİ məkanında da kifayət qədər tanınır.
Onun 1963-cü ildə çap edilən məşhur “Şəhər və köpəklər” romanı rus dilinə də çevrilmişdi və gənclər arasında çox populyar idi.
Alan Qarsia 2006-cı ildə ikinci dəfə Peru prezidenti seçilib. O 1985-90-cı illərdə də prezident olub.
(Nobel mükafatının bu ilki sahibi və onun əsərləri haqda ətraflı məlumat üçün "Oxu zalı"nı izləyin).
NOBEL MÜKAFATININ SON İLLƏRDƏ SAHİBİ OLMUŞ YAZARLAR
Keçən il mükafata alman yazar Herta Müller layiq görülmüşdü.
2008 - Jean-Marie Gustave Le Clézio
2007 - Doris Lessing
2006 - Orhan Pamuk
2005 - Harold Pinter
2004 - Elfriede Jelinek
2003 - John M. Coetzee
2002 - Imre Kertész
2001 - Sir Vidiadhar Surajprasad Naipaul
2000 - Gao Xingjian
1999 - Günter Grass
1998 - José Saramago
ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI HAQDA ƏTRAFLI
Dünyada ədəbiyyat sahəsində ən nüfuzlu mükafat sayılır. 1901-ci ildən hər il verilir. İstənilən ölkənin yazıçısının bu mükafata namizədliyi irəli sürülə bilər.
Mükafatın kimin verilməsini müəyyənləşdirmək İsveç Akademiyasına tapşırılıb.
Hər il İsveç Akademiyası dünya ölkələrindəki yazarlar birliklərinin rəhbələrinə, dil və ədəbiyyat institutlarına, Nobel mükafatçılarına minlərlə məktub göndərərək onlardan mükafata namizəd irəli sürmələrini xahiş edir.
Yazarlar birliklərinin rəhbərləri öz namizədliklərini verə bilməzlər.
Adətən minlərlə müraciətdən təxminən 50-sinə cavab (namizədin irəli sürülməsi haqda) gəlir.
Fevralın 1-dən sonra gələn cavablar nəzərə alınmır.
İlkin seçimdən sonra apreldə “20-lik”, yayda isə “5-lik” müəyyən edilir.
Bundan sonra "5-liyin" əsərləri ətraflı şəkildə nəzərdən keçirilir.
Oktyabr ayında İsveç Akademiyasının üzvləri səsvermə ilə qalibi seçirlər. Yarıdan çox səs qazanan namizəd qalib elan edilir.
Mükafatın dəyəri 1,4 milyon dollardır. Qalibə diplom və medal da verilir.
Təqdimat mərasimi ilin axırı baş tutur.
İndiyəcən bu mükafata Azərbaycandan yalnız yazıçı Kamal Abdullanını namizədliyi irəli sürülüb.
Lyosa ilə bağlı həmçinin oxu
Məşhur yazıçı prezident seçkilərinə niyə qatılmışdı?
Prezident fərmanı və yazıçı sözü
Mario Varqas Lyosa "Katoblepas" («Gənc yazıçıya məktublar»dan)