Nuridə Atəşi ölümlə üz-üzə...

Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşinin həyat hekayəti - onun "Gəl günaha bataq" kitabından.

Əvvəli burda

...Bir il keçməmiş oğlum dünyaya gəldi. Qaynanam da əzazilləşdi. Bütün günü məni təhqir edir, ünvanıma söyüş, küfürlər yağdınrdı.

Bir sabah yuxudan qalxdıqda Ayanımı-qızımı beşiyində hərəkətsiz halda gördüm.

Hər sabah olduğu kimi ayaqlannı yerə çırpa-çırpa üstümə qaça bilmədi...

Ayan birtərəfli iflic olmuşdu. Dodaqlarımda gülüşüm dondu. Gəlinciyini uzatdım. Tuta bilmədi.

Yanaqlarımda sevinc qeybə çəkildi. Ümidlə beşiyinə sarı əyildim, toppuş qollarını boynuma dolaya bilmədi.

Gozlərimdə xoşbəxtliyim itdi. O dəhşətli sabah dünyanın bəlkə də ən bəxtəvər bir anasının xoşbəxtliyinə nöqtə qoyuldu.

Gözlərimə yaşlar, dodaqlarıma hüzn, üzümə dərin bir kədər çokdü o sabah.

Şaqraq gülüşlərimi kimsə eşitməz oldu artıq. Çətinliklərə baxmayaraq, xoşbəxtliyin dadını təzə-təzə dadırdım mən yazıq.

Qadın olmağın səadətini təzəcə duymuşdum mən günahsız...

Nə tez gəldi bu xoşbəxtliyin sonu? Nə tez bitdi, tükəndi dünyanın gözəllikləri mənim üçün? 25 yaşım yenicə tamam olmuşdu.

Dünyanın bu sonsuz acıları mənim kövrək qəlbim üçün hələ çox erkən deyilmiydi?

Bu dözülməz əzablar, bu sonsuz iztirablar mənim zərif vücudum üçün daha çox vədəsiz deyildimi?

Ayanın vəziyyəti qısa müddətdə pisləşdi. Görmə qabiliyyəti zəiflədi. Bir tərəfı tamamən fəaliyyətini itirdi.

Ailəmizə qəfü gələn bədbəxtlik məni elə sarsıtmışdı ki, özümü heç cür ələ ala bilmirdim.

Bu o zamanlar idi ki, Azərbaycanın torpaqları vəhşi ermənilər tərəfındən zəbt edilməkdəydi.

Vətən hər gün ağır itkilər verir, yüzlərlə günahsız əsgərlərimiz şəhid olurdu.

Cəbhə bolgələrində vəziyyət gündən-günə ağırlaşırdı. Hər gün Elçinin yoldaşlanndan bir-ikisi zəng vurur, vidalaşır, halallaşır, cəbhəyə yola düşürdü.

Ailənin tək kişisi, evin tək oğlu olduğu üçün Elçini cəbhəyə göndərməyəcəklərini bilirdim.

Buna baxmayaraq, o, çox narahat idi. Soruşduğum heç bir suala cavab vermir, sadəcə susurdu. Öz dərdim, Ayanın dərdi onsuz da mənə bəs idi.

Bir axşam Elçin əsgər paltarmda evə girdi və sabah cəbhəyə yola düşürəm, - deyə təmkinlə siqaretini yandırdı. İnana bilmədim.

Göz yaşlarım sel kimi axmağa başladı. - Sən məni bu boyda dərdlə, xəstə uşaqla, qucağımda dord aylıq südəmər körpəylə tək qoyub necə gedə bilərsən? - deyə yalvarmağa başladım.

Sonradan anladım ki, vətən məhəbbəti-filan deyilmiş onu cəbhəyə çəkən. Günahlarını yumaq üçün gedirmiş.

O cəbhəyə, mənsə xəstəxana qapılanna...

Elçin gedəndən sonra düz üç gün dörd divar arasında gözü yaşlı qaldım.

Onsuz da, qayınanamın məni görməyə gözü yox idi.

(O illər ərzində bir damın altında yaşadıq, lakin bir dəfə də olsun qapımı açıb xəstə balamm halını soruşmadı).

Heç bir qohumumu da bizə gəlməyə qoymurdu. Onsuz da, kimsə itirib-axtarmırdı məni.

İndı isə, maşallah, göbələk ki hardan çıxırlar bilmirəm.

Heç bir professor, həkim Ayanın dərdindən baş açmır, aparılan müalicələr, vurulan iynələr əks təsir göstərir, vəziyyəti getdikcə pisləşirdi.

Bir qolu tamamilə qurumuş, ayağını çəkib gəzə bilmir, görmə qabiliyyəti getdikcə zəifləyirdi.

İyirmi gündən artıq idi ki, Bakı uşaq nevroloji xəstəxanasında uşağın xəstəliyini bilmədən (Allah bilir hansı səhv diaqnozla) müalicə apanrdılar.

Hər bazar ertəsi xəstəxananın baş həkimi, professorlar, həkimlər xəstənin ümumi müayinəsinə gəlirdilər.

Növbəti müayinə günü palata həkimlərlə dolu idi.

Bir-bir Ayanı müayinə edib həra bir fikir, bir mülahizə yürüdürdü.

Xəstəxananın baş həkimi: Ayanın ya yıxılıb bu vəziyyətə düşdüyünü, ya da anadangəlmə birtərəfli iflıc olduğunu, mənim bunu hiss etmədiyimi həkimə anladarkən artıq özümü saxlaya bilmədim:

- Xeyr, yoldaş professor, mən dünyaya gətirdiyim uşağı tanımırammı? Nə dərddirsə, onun başı ılə əlaqəlidir. Mən onun başı...

Kimsə professorun bir sözünü iki edə bilməzdi, hamıi ondan qorxar, ona Allah kimi səcdə edərdilər. Özündən çıxmiş professor qəzəblə sözümü kəsdi:

- Sənin öz başın xarabdır. Uşağın başında heç bir şey yoxdur.

Yanındakı həkimlər yaltaqlıqla onun üzünə gülümsədilər və professora tibb elmində boyük bir ixtira etmiş kimi iftixarla baxdılar.

Mənsə o vaxt onların qarşısında çox aciz və gücsüz idim. Onlara meydan oxuya biləcək indiki gücümü çox-çox sonralar topladım.

O zamansa gücüm yalnız balamı qucaqlayıb aciz-aciz göz yaşı axıtmağa çatırdı.

Necə zavallı idim...

Bu hadisələr o vaxtlara təsadüf edirdi ki, bəstəkar Faiq Sücəddinovun mənim sözlərimə bəstələdiyi, məşhur müğənni Ilhamənin ifa etdiyi "Neylərsən" mahnısı öncə ayın, sonra isə ilin ən məşhur mahnısı seçilmişdi.

Bir dəfə televiziyada İlhamə ilə aparılan bir müsahibə diqqətimi çəkdi.

Bir səviyyəsız jurnalist sanki mahnının sözləri İİhaməyə aidmiş kimi ondan soruşurdu:

"Siz bu mətnlə nə demək istəmisiniz?"

- Mən bu sözlərlə kimisə axtarmışam, - deyə İlhamə də qürurla, mətn sahibi kimi cavab verdi.

Halbuki "Neylərsən"in sözləri mənim beş illik gizli və cavabsız bir məhəbbətimin fəryadları idi.

"Darıxmışam" dillər əzbəri olur, mənim ismimsə heç bir yerdə çəkilmir.

Qoy məni o mahnıların pərəstişkarları bağışlasınlar ki, onların oxunmağını sonradan qadağan etdirdim.

Mənim ən müqəddəs duyğularım incidilmişdi, yaralanmışdı, müəlliflik hüququm pozulmuşdu.

Bir gün isə Az.TV-də bir konsert proqramı diqqətimi cəkdi: "Faiq Sücəddinovun mahnıları" adlı konsertdə müxtəlif müğənnilər oxuyurdular.

İfa olunan bütün mahnıların sözləri mənə aid idi. Mənim adımsa titrdə yox idi.

Elçinlə bərabər oturub baxırdıq. Çünki "Neylərsən" onun bəlkə də, ən sevimli mahnısı idi.

"Darıxmışam" da həmçinin. Necə mahnılardır? - deyə konsertdən sonra soruşdum.

Çox gözəl, çox duyğulu. Əbləhlər bəstəkarların adını yazırlar, müğənniləri yazırlar, şairi niyə yazmırlar? - dedi.

Mən nə bilim. Bəlkə özü istəmir.

Yazıq hardan biləydi ki, o mahnıların sözlərinin müəllifı qarşısında oturub, bilsəydi öldürərdi məni.

Bir dəfə məni necə təpiklər altına saldı, ilahi.

Bütün bədənimdən təpiklərinin izi həftələrcə getmədi.

Bir dəfə yenə də məni günahsız yerə vurduğu zaman qayınanam kənardan İəzzətlə baxır, onu qızışdırırdı.

Elçinsə kişiliyini göstərərək qarnıma təpikləri yağdırırdı.

Birdən qayınanam mətbəxə cumub iri çörək bıçağını ona verərək bağırmağa başladı:

- Al, vur, öldür! Al atanın qanını. Elçin bıçağı ahb üstümə qaldıranda birdən baxışları sakitcə yaşı axan gözlərimə sataşdı.

Bıçağı bir kənara atıb: - Allah hər ikinizə lənət etsin -dedi və evdən çıxıb getdi...


...Sabahı televiziyaya zəng etdim. Məsələni dedim və "Bu qədər də haqsızhq olar?", - deyə soruşdum.

"Bağışlayın, gələn dəfə mütləq sizin adınızı da yazarıq. Nə boyük şey olub ki?" - deyə kobud bir şəkildə cavab verdilər.

- Bundan sonra sadəcə N.Atəşi yazın, - dedim. Eh, mən də nəyi qoyub nə axtarırdım?

Gözümə onsuz da, dünya görünmürdü. Balamı qucağıma alıb o həkimdən bu həkimə, o ekstrasensdən bu birisinə qaçırdım.

Yoldaşım məni bu boyda ağır dərdin içində tək-tənha qoyub Qarabağa döyüşə getmişdi.

Hər gün cəbhədən ağır xəbərlər gəlir, əsirlərin, yaralıların, şəhidlərin sayı qorxunc dərəcədə artırdı.

Elçinin olduğu bölgə en ağır döyüşlərin getdiyi bölgə idi.

Füzuli əldən getdiyi üç aydan artıqdı. Mənə yazdığı məktub ürəyimi yumşaltmış, onu çoxdan bağışlamışdım.

Əslində ona haqq da qazandırırdım. Elçin: - Mən vuruşmasam, o vuruşmasa, hamı evdə otursa, bəs, vətəni qoruyar? - deyə yazırdı.

Nə qədər vətənpərvər, qeyrətli insan olduğunu bildiyim üçün ona yalnız ürək-dirək verən sözlər yazır, Ayanın yaxşılaşdığını söyləyirdim.

Axı o yanımda olsaydı, mənə bu qədər çətin olmaz, heç olmasa göz yaşlarımı silər, təsəlli verərdi, fıkri ilə bəzən dolub boşalırdım.

Ayan hər gün atasını soruşurdu. Günahsız körpəm başa düşmürdü ki, nə üçün məhz bu ağır anlarında atası onun yanında deyil.

Onun hər gün "Atam hardadır, niyə gəlmir, bilmir ki, mən xəstəyəm?" kimi sualları məni hönkür-hönkür ağladırdı.

Belə axşamların birində onun göz yaşlanını silərək söz verdim ki, sabah atanı sənə gətirəcəyəm.

Ancaq bunu necə edəcəyimi heç özüm də bilmirdim.

Səhər tezdən uşaqları qonşuya qoyaraq cəbhəyə yola düşdüm. Füzulinin yollan bağlı idi.

Yalnız jurnalistlər və hərb maşınları keçə bilirdi. İki yaxın rəfıqəm cəbhə jumalisti idi: Əntiqə Qonaqova və Gülbəniz Arif qızı.

Tələbəlikdə bir yerdə kirayədə qalmışdıq. Əntiqə mənim əlimdən tutub ilk defə Azərbaycan Radiosuna gətirmişdi.

Mənim haqqımda ilk məqaləni və radio verilişini də Əntiqə yazmışdı.

Mən radioda Nəbi Xəzrinin "Dəniz, goy və məhəbbət", Vahabzadənin "Bir salama dəymədi?" şerlərini ifa etmişdim.

Təvazökarlıqdan uzaq olsa da, radioda çahşan redaktortar ifamı çox bəyəndilər.

"Nəhayət ki, şeir qiraətində təzə səsə, təzə nəfəsə rast gəldik", - dedilər. Nə isə...

Onlar ən qaynar nöqtələrdən yazırdılar. Nədənsə onların o zəhmətləri, fədakarlıqları indi heç kəsin yadında deyil.

Onların necə bir cəsarətlə ən qaynar nöqtələrə getdiklərinin, canlı reportajlar hazırladıqlarının şəxsən mən şahidi idim.

Qorxu nə olduğunu bilmirdim. Rəfiqələrim bir hərbf maşın tapdılar.

Məni çox böyük çətinliklə Füzuli hərbi komandanlığına qədər gətirib çıxartdılar.

Zor-güc komandirin qəbuluna düşüb vəziyyəti ona anlatdım.

Komandir bölgəsinin çox təhlükəli olduğunu deyib, mənə geri qayıtmağı məsləhət gördü.

Heç bir şeydən qorxmadığımı, mütləq yoldaşımı görməli olduğumu israr etdikdə, cəsarətim xoşuna gəldi.

Məni bir hərbi maşına mindirib bölmə komandirilə bərabər Elçinin döyüşdüyü yerə göndərdi.

Top, pulemyot səsindən qulaq tutulurdu. Başımı maşından çıxanb, heyrətlə dörd tərəfı seyr edirdim.

Arxadan komandir "Başını içəri sal, qız" , - deyə qışqıranda güllə qulağımın dibindən keçdi. Ölümlə göz-gozə dayanmışdım. Amma qorxmurdum.

Biz kazarmaya yetişəndə artıq hava qaralırdı,

Elçinsə hələ döyüşdə idi. Komandir bir əsgəri Elçinin dalınca göndərdi.

On dəqiqə sonra Elçin gozləri dörd olmuş, heyrət və təlaş içində kazarmaya girdi və mənİ görcək yerində dondu.

Haçandan-haçana özünə gəlib: - Sən necə gəlib buralara çıxmısan, dəlisənmi? - deyə dil-dodağı titrəyə-titrəyə qarşımda durdu.

Heç nə olmayıbmış kimi gülərək qolundan tutub özümə sarı çəkdim.

Əsgərlər kazarmanı tərk etdilər. Həsrətlə bir-birimizə sarıldıq.

Döyüş dostu yemək əlində kazarmaya girəndə artıq özümüzə gəlmişdik.

(Hər halda kazarmada sevişmək xoşuma gəlmişdi).

Allah bilir, neçə həftə idi çimmirdi.

Tər qoxusundan burnum tutulurdu, ancaq o an çox atəşli qadın olduğumu anladım.

Elçinin qəti inadına baxmayaraq komandirlə razılaşıb səhəri gün bərabər Bakıya döndük.

Qızım atasını gorüb sanki bütün xəstəliyini unutmuşdu.

Elçini yalnız bir həftə saxlaya bildim: Mənə nə deyərlər? Cəbhə yoldaşlarım nə düşünərlər?

Deyərlər arvadının balağında gizlənib cəbhədən qaçır. Hər kəs gəlib mənim kimi evdə otursa, bir düşün, nə olar?"

Yenə ona haqq qazandırdım. Gördüm ki, yox canım, əsl vətənpərvər oğul durub qarşımda...

Yenə tək-tənha, kimsəsiz qaldım.

İndi hər dəfə Almaniyadan Bakıya gələndə uzaq-yaxın o qədər qohum-qardaş, dost-tanış tökülüb gəlir ki...

Sanki mən onların ən əziz adamıyam, məni hamıdan çox sevirlər. Hər zaman seviblər.

Hərəsi bir dərdlə, bir problemlə üstümə gəlir, hamısına da kömək edirəm.

Onlara deyil, hərdən özümə sual verirəm ki, görəsən o zamanlar onlar harada idilər, niyə kimsə məni arayıb-axtarmır, qapımı açmırdı?

Amma hərdən o günlərimi düşünəndə bir anlıq elə zalım, acımasız oluram ki...

Mən kinli insan deyiləm, amma insanlann ikiüzlülüyünə, məni axmaq yerinə qoymasma qətıyyən dözə bilmir, bəzən hətta günahı olmayana belə "Vaxtım yoxdur" - dəyə görüşməkdən imtina edirəm.

Eh... Dünyanın işi belədir. Sən yalnız güclü, zəngin, imkanlı, əliaçıq olduğun zaman insanlara lazımsan. Nə isə...

Amma zaman keçdikcə "Yox!" deməyi də öyrəndim. Məncə, yox demək, "baxaram, fıkırləşərəm" deməkdən daha yaxşıdır. Eh, nə isə...

Ayanım gözlərimin önündə əriyib gedirdi.

Bir səhər onu Mərdəkan uşaq poliklinikasına apardım.

Poliklinikanın müdiri Ayanı müayinə edib ümidsiz-ümidsiz yaşlı gözlərimə baxdı.

Xeyli susdu. Uzun-uzadı içində nəyisə götür-qoy etdikdən sonra ağır-ağır dilləndi:

- Başqa uşağınız vamıı?
- Bİr oğlum da var. - Səsim çıxmırdı heç.

- Nə yaxşı. Heç olmasa biri var. - Yenə susdu. - Daha neyləyəsən.. . -Yəni ki, artıq Ayandan gözünü çək - mənasında çiyinlərini çəkdi:

- Qızınızın xəstəliyinə heç bir müalicə yoxdur. Belə. xəstələr uzaqbaşı 15 yaşına qədər yaşayırlar.

O yenə nə isə deyirdi, amma artıq mən heç bir şey eşitmirdim. Dizlərim titrəyir, gözlərim qaralır, ayaq üstə dura bilmirdim.

Yıxılmamaq üçün divara söykəndim. Gözlərimi qapadım.

Tibb bacısı qolumdan tutub məni otaqdan çıxartdı. Həyətə endim.

Ayaqlarımı ata bilmirdim. Sanki bütün bədənim qurumuşdu. Ayanı bağrıma basıb hönkür-hönkür ağlayırdım.

Birdən Ayan əliylə başımı qaldırıb dik gözlərimin içinə baxaraq ağlaya-ağlaya soruşdu:

- Aha, mən öləcəyəm?

Dəhşətə gəldim. Bir anda ayıldım. Üç, ya dörd yaşlı uşağın həssaslığı məni elektrik cərəyanına əlim toxunubmuş kimi silkələdi. Sankİ İlahidən mənə güc gəldi...

(ardı var)