- Məni o qədər döyüb, amma səsimi çıxarmamışam, daha çox hamilə olanda döyülmüşəm. İndi də mənə hədə-qorxu gəlir ki, məhkəməyə versən başına oyun açacağam.
22 yaşlı Səbinə Həsənova 2 il öncə valideynlərinin razılığı olmadığına görə sevdiyi oğlana qoşulub qaçıb, bu müddət ərzində nə qədər təkid etsə də, aralarında vətəndaş nikahı da bağlanmayıb, əvəzində Səbinə qarşı tərəfdən yalnız fiziki təzyiq görüb.
İndi isə 7 aylıq körpəsi ilə tənha qalıb, qoşulub qaçdığı şəxs ondan da, körpəsindən də imtina edib. Səbinə deyir ki, döyüldüyü vaxtlarda bunu açıb-ağartmağı mənliyinə sığışdırmayıb, zorakılığa məruz qaldığını hamıdan gizlədib:
SÖYÜŞ, HƏDƏ-QORXU DOLU ZƏNGLƏR
- Deyirdim ki, hamiləyəm, ayrılsaq neyləyərəm, amma belədə faktiki yanımdadır, həm də uşağımın atasıdır.
Hazırda birlikdə yaşamasalar da, Səbinəyə qarşı zorakılıq davam edir, deyir, hər gün ona söyüş, hədə-qorxu dolu zənglər gəlir.
AZƏRBAYCANDA QADIN ZORAKILIĞI CİDDİ PROBLEM OLARAQ QALIR
Hazırda Azərbaycanda Səbinə kimi zorakılığa məruz qalan yüzlərlə qadın var. Əksər beynəlxalq təşkilatların hesabatlarında da göstərilir ki, Azərbaycanda qadın zorakılığı ciddi problem olaraq qalır, məsələn, UNİCEF-in ötənilki hesabatına görə, ölkədə 15-49 yaş arası hər 10 kişidən 6-sı qadınlara əl qaldırılmasına haqq qazandırır. BMT-nin hesablamalarına görə isə, nəinki Azərbaycanda, ümumiyyətlə dünyada hər 3 qadından biri fiziki zorakılığa məruz qalır.
Mehriban ZeynalovaBakıda mənzillənən “Təmiz Dünya” qeyri-hökumət təşkilatının rəhbəri Mehriban Zeynalova da deyir ki, Azərbaycanda xüsusən ailə daxilində qadınlara qarşı zorakılıq ildən-ilə artır:
92-98 NƏFƏR?
- Məsələn, əgər 2005-ci ildə 18-20 nəfər ailədə öldürülmüşdürsə, bu il həmin insanların sayı qəzetlərin monitorinqinə görə təxminən 92-98 nəfər arasındadır. Bu, dinamikanın həddən artıq artması deməkdir. Öldürənlər isə daha çox ər, oğul, qardaş və ya sevgili qismində olanlardır.
QANUN QƏBUL EDİLİB
Rəsmi qurumlar da Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı problemin mövcudluğunu inkar etmirlər. Bunun qarşısını almaq üçünsə Milli Məclis bu ilin iyun ayında “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanun qəbul edib. Qanun zorakılığın, onun doğurduğu mənfi, hüquqi, tibbi və sosial nəticələrinin qarşısının alınması, beynəlxalq standartlara uyğun olaraq məişət zorakılığından zərər çəkən şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, bu cür zorakılığa səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Mehriban Zeynalova deyir ki, bu qanunun qəbulu müsbət haldır, amma problem sənədin həyata keçirilmə mexanizmindədir. Hazırda problemi aradan qaldırmaq yolunda hər şeydən öncə sosial, hüquqi, psixoloji mərkəzlərin, sığınacaqların yaradılmasına, bu mərkəzlərdə çalışacaq peşəkarların hazırlanmasına və əhalinin maarifləndirilməsinə ehtiyac var.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyir ki, ölkədə bu cür mərkəzlərin açılacağı gün uzaqda deyil:
SIĞINACAQLAR YARANMAQ ÜZRƏDİR
- Komitə BMT-nin Əhali Fondu və Heydər Əliyev Fondu ilə birlikdə “Qadınlara qarşı zorakılılığa “Yox deyək” adlı layihə üzrə 2 ildir fəaliyyət göstərir. Bu layihənin nəticəsi olaraq nəzərdə tutulub ki, regionlarda sığınacaqlar yaradılsın. Artıq demək olar ki, sığınacaqlar yaranmaq üzrədir, bu yaxınlarda fəaliyyət göstərəcəklər. Bu sığınacaqlar qurbanlara psixoloji və hüquqi yardım göstərilməsində çox kömək olacaq.
O ki qaldı bu mərkəzlərdə çalışacaq peşəkarlara, Aynur Sofiyeva da bu cür mütəxəssislərin kifayət qədər olmaması ilə razılaşır. Komitə bu məsələni artıq müzakirəyə də çıxarıb, noyabrın 25-i keçirilən dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova zorakılığa məruz qalmış qadınlarla işləyəcək mütəxəssislərin hazırlanmasına ehtiyac məsələsini qaldırıb.
Bu gün dünyada Qadınların Beynəlxalq Zorakılıqla Mübarizə Günüdür.